1. TİBB VƏ SAĞLAMLIQ

COVID-19-un yeganə əlaməti bu ola bilər

COVID-19-un yeganə əlaməti bu ola bilər

COVID-19-un yeganə əlaməti bu ola bilər

Qoxu duyğusunun itməsi COVID-19-un yeganə əlaməti ola bilər.

Yoluxanların əhəmiyyətli bir hissəsində hərarət və öskürək olmur. Onların qarşılaşdıqları yeganə simptom iybilmə problemləridir. Mütəxəssislər, iybilmə duyğusunun itdiyini hiss edən hər kəsi infeksiyanın daha da yayılmaması üçün təcrid olunmağa çağırır.

COVİD-19-ün ən məşhur simptomları öskürək və hərarətdir. Bununla belə, bəlkə də təhlükəli bir xəstəliyin diaqnozunda istifadə edilə bilən başqa bir simptom var. Söhbət qoxu bilmənin itməsi və ya anosmiyasan gedir.

İngilis otorinolaringoloqlarının bildirdiyinə görə, Cənubi Koreyada koronavirusdan analiz nəticələri müsbət çıxan xəstələrin üçdə birində qoxu və dadbilmə ilə bağlı problemlər olub. Bununla yanaşı, nə öskürək, nə də hərarət qeyd olunub.

Oxşar hal Çin və İtaliyada olan bir çox xəstə üçün də xarakterikdir. İran, ABŞ və Fransadan da anosmiya hallarının artdığı bildirilir.

Qoxunun itməsi hələ də COVID-19 əlaməti olaraq qəbul edilmədiyindən, şikayətləri olan xəstələr sınaqdan keçirilməmiş və ya karantinə alınmamışdır. Bu o deməkdir ki, onlat infeksiyadan şübhələnmədən yaymağa davam ediblər. Bəlkə də belə gizli daşıyıcıların mövcudluğu dünyada yoluxanların sayının sürətlə artmasını izah edir.

Mütəxəssislər, qoxu və dad ilə əlaqədar problemlərin koronavirusun ilk növbədə gənclərdə ilk əlaməti ola biləcəyini düşünürlər. Belə simptomları aşkar edən hər kəsi infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün bir həftə ərzində izolyasiya etməyə çağırırlar.

Hal-hazırda, RNT əsaslı testlər COVID-19 diaqnozu üçün istifadə olunur. Bununla belə anticisimlər koronavirusun test edilməsi daha inkişaf etmiş bir üsula çevrilə bilər. Bu yanaşma, artıq COVID-19-u yüngül formada olan və həkimlərlə məsləhətləşməmiş şəxsləri müəyyən etməyə kömək edəcək. İmmun sisteminin virusa necə reaksiya verdiyini, immunitetin nə qədər davam etdiyini və xəstəliyin populyasiyada əslində nə qədər geniş yayıldığını anlamağa kömək edəcəkdir.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR