Dərc edildi: Baxış sayı: 5925
Dadaloğlu - Bəri
Yenə gəldi yaz aylan,
Görəceyəm indən bəri.
Yaz yağmuru sulu olur,
Coşar, çağlar indən beri.
Ağaclar pürçünü açdı,
Quşlar qılavuzun seçdi,
Yolumuz qürbətə düşdü,
Qərib düşdüm indən bəri.
Ağaclar geydi donunu,
Quşlar artırdı ününü,
Qərib olan vətənini,
Anıb ağlar indən bəri.
Dadaloğlum der ki, mana,
Dərdim artar ondan yana.
Ötər bülbül yana-yana,
Gözüm çağlar indən bəri.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət