Slimfit
  1. CƏMİYYƏT

Deputat TƏBİB-dən narazılıq etdi

Deputat TƏBİB-dən narazılıq etdi
Sakura

Deputat TƏBİB-dən narazılıq etdi

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) narazılıq edib. 

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı sahəsində problemlər yarandığını deyib.

“TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb”, - deyə A.Nağıyev əlavə edib. 

O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR