Slimfit
  1. CƏMİYYƏT

"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..." - Ülviyyə Əliyeva

"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..." - Ülviyyə Əliyeva
Sakura

"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..." - Ülviyyə Əliyeva

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dostları Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişində onun ölümündən danışıblar.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, xalq artisti Mübariz Tağıyev Oqtay Əliyevin xaraketindən söz açıb: “Çox pozitiv, qaranlıqda işıq axtaran, zarafatlarından qalmayan insan idi. Aramızda söz-söhbətlər də olurdu. Hərdən “Yeni ulduz” layihəsində bir-birimizi başa düşmürdük. Müzakirələr edirdik və axırda razılaşardıq. Oqtay Əliyev “Yeni ulduz” layihəsini yenidən bərpa etmək istəyirdi, başqa formatda…”

“Soy prodakşın"ın bədii rəhbəri Səyavuş Hüseynli isə Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərləri yalanlayıb: “Deyirlər, guya ürək əməliyyatı keçirib. Yalandır. İndi analizlərin cavabını gözləyirlər. Oqtay sükan arxasında huşunu və idarəetməni itirib. Səbəbi bilinmir, infarkt, yoxsa damar tıxanıqlığı olub.

Dilarə və Mehriban Zəki deyir ki, nə qədər çağırsalar da Oqtay cavab verməyib. Sükan arxasında yuxulu da olmayıb. İndi həkimlərdən cavab gözləyirik. Dilarə üçün təsəvvür edə bilmədiyimiz qədər ağırdır. Böyük itkidir. O, nə vaxt özünə gələcək, bilmirəm. Oqtay ailəsinə bağlı adam idi. Anası Elmira xanım deyir ki, Oqtay hər səhər və axşam zəng edib soruşurdu, nə lazımdır”.

Əməkdar artist Ülviyyə Əliyeva isə Dilarə Əliyevadan danışıb: “Dilarə toparlanmağa çalışır. Çox qayğıkeş insandır. Oqtayın valideynlərini və qızlarını düşünür. Oqtay Əliyev dəfn edilən zaman Dilarə qayınatası Vidadi bəyə dedi ki, evdə qızlarıma görə ağlaya bilmirəm. Burada isə siz varsınız. Sizə nəsə olsa, Oqtay məni bağışlamaz”.

Qeyd edək ki, Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı avtomobildə əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də olub. Dilarə Əliyeva yüngül xəsarət alıb. Mehriban Zəki isə xəstəxanadadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR