1. DÖVLƏT VƏ SİYASƏT

DİN polislərə verilən yeni geyimlərlə bağlı açıqlama yaydı

DİN polislərə verilən yeni geyimlərlə bağlı açıqlama yaydı

DİN polislərə verilən yeni geyimlərlə bağlı açıqlama yaydı

 

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib.  

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında qeyd edib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür:  

“Bu yenilik dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu.  

Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər.  

Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”. 



Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Editörün Seçimi

SON XƏBƏRLƏR