Slimfit
  1. BİOQRAFİYA

Dmitri Mendeleyev

Dmitri Mendeleyev
Sakura

Dmitri Mendeleyevin bioqrafiyası

Rusiyanın Tümen vilayətinin şimalında Sibirin qədim paytaxtı - Tobolsk şəhəri yüksəlir. Buradan, XVI-XVII əsrlərdə rus tədqiqatçı səyyahlarının dəstələri ucsuz-bucaqsız Sibir düzlərini öyrənməyə yönəlirdilər. Ən böyük rus alimi Dmitri Mendeleyev burada anadan olub.

Alimin uşaqlığı

1834-cü ildə Tobolsk gimnaziyasının direktoru İvan Mendeleyevin ailəsində onun oğlu dünyaya gəldi. Uşağa Dmitri adı qoydular. Gələcək alim ailədə sonuncu, on yeddinci uşaq idi.

1841-ci ildə o, Tobolsk gimnaziyasına qəbul olanda atası artıq orada işləmirdi. Buna görə yeni şagirdə heç bir güzəşt və əzizləmə göstərilmədi.

Şimaldan Tobolsk mənzərəsi. Fotoşəkil Sergey Prokudin-Qorski 1912. Mənbə: Həvəskar çəkiliş

Tobolsk gimnaziyası Sibirdə ən yaxşı hesab olunurdu. Məsələn, orada rus ədəbiyyatını başqa bir tanınmış tobollu- Pyotr Yerşov ("Qozbel at" əsərinin müəllifi) tədris edirdi. Sürgün edilmiş dekabristlərdən bəziləri də Tobolsk vilayətində yaşayırdılar.

Mendeleyevlər ailəsinin yaşadığı intellektual mühitə baxmayaraq, Dmitri əksər yaşıdları olan oğlanlar kimi, uşaqlıq dövrü keçirmişdi. Sonralar o, Peterburqda yaşayarkən "Tobolsk körpüsündəki məktəb döyüşlərini" tez-tez xatırlayırdı.

1849-cu ildə Dmitri Mendeleyev orta məktəbi bitirdi. O vaxt atası artıq həyatda deyildi. Anası heç də asan olmayan bir qərar verdi: oğlunun təhsilini ödəmək üçün əmlakını satdı və Dmitrini paytaxta göndərdi.

Dövri cədvəldən başqa nə var?

Bundan sonra baş verənlər yaxşı məlumdur. Təhsil, daha sonra - otuz illik - Sankt-Peterburq İmperator Universitetində dərs demək. Və kəşflər, kəşflər, kəşflər ...

Onlardan ən yaddaqalanı sözsüz ki, kimyəvi elementlərin məşhur dövri cədvəlidir (1869). Böyük alimin fəaliyyətinin az tanınan tərəfləri haqqında danışmaq da maraqlıdır. Məsələn, Mendeleyevin neft-qaz və neft-kimya sənayesinin inkişafına verdiyi töhfələr barədə.

Mendeleyev ilə Sovet poçt markası. Mənbə: Həvəskar

Rusiya dövlətinin Mendeleyevə yalnız kimyəvi elementlər cədvəlinə görə deyil, neft boru kəmərlərinə görə də borclu olduğunu çox az adam bilir. 1863-cü ildə neft və neft məhsullarının nəqli üçün boru kəmərinin istifadəsi ideyasını irəli sürən, onun qurulma prinsiplərini izah edən və bu nəqliyyat növünün şübhəsiz üstünlüklərini sübut edən Mendeleyev idi.

Mendeleyevin ideyalarına əsaslanaraq, başqa bir görkəmli rus mühəndisi Vladimir Şuxov 1878-ci ildə Rusiya İmperiyasında ilk dəfə Bakıda Balaxanı - Qara şəhər nefr kəmərini inşa etdi. İlk boru kəmərinin uzunluğu 10 kilometr idi. İndi Rusiyada neft boru kəmərlərinin uzunluğu on minlərlə kilometrdir! Bütün bunlar Medeleyev və onun istedadlı davamçılarının sayəsində mümkün oldu.

Rusiya neft sənayesinin və neft kimyasının atası

Əlbəttə, Mendeleyev boru kəməri nəqliyyatının ixtiraçısı deyildi (İlk neft boru kəmərləri ABŞ-da meydana gəlmişdi) - o, yalnız bu yeniliyi populyarlaşdırdı, ağılına gətirdi və Rusiya şəraitinə uyğunlaşdıraraq düzgün tətbiq etdi. Neft tankeri (tanker) ideyası isə 100 faiz Mendeleyevin icadıydı.

Elə həmin 1863-cü ildə - boru kəməri ilə neft nəqlinin başlanması ilə eyni vaxtda - Mendeleyev neft tankeri ideyası ilə çıxış etdi. Məsələ bundadır ki, həmin illərdə neft məhsulları nəhəng taxta çəlləklərdən istifadə etməklə daşınırdı. Qablaşdırma və çoxlu daşınma xərclərini nəzərə alsaq, neftin daşınması dəyəri istehsalın maya dəyərindən bir neçə dəfə çox idi! Bu da Rusiya neft məhsullarını nəinki xarici, hətta daxili bazarda da rəqabətə davamsız duruma salırdı.

İlk tankerlər. Mənbə: Həvəskar

Dmitri İvanoviç eyni nəqliyyat metodları ilə Rusiya neft sənayesinin gələcək inkişafının mümkünsüzlüyünü gözəl başa düşürdü. Belədə, alim cəsarətli bir ideya ilə çıxış etdi - neft məhsullarını ənənəvi çəlləklərdə deyil, bilavasitə gəmilərdə xüsusi saxlanclar düzəldərək daşınması. Və tezliklə ilk rus tankerləri meydana gəldi.

"Amerikaya çatmaq və ötmək!"

Dahi Mendeleyevin neft elminə verdiyi bütün yenilikləri saymaqla bitməz. Bunlardan neftin fasiləsiz distillə edilmə prinsipi (hazırda bütün dünyada qəbul olunur) və Rusiya neftinin karbohidrogenlərinin öyrənilməsi, onun fraksiya tərkibinin xüsusiyyətləri, emalı və s. qeyd etmək olar.

Dmitri Mendeleyev adına qızıl medal. Mənbə: Həvəskar

Mendeleyev Volqanın yuxarı və orta axınlarında neftayırma zavodlarının təşkili ideyasını irəli sürdü (1891-ci ildə Mendeletevin “Neft emalı zavodlarının harada qurulacağı” adlı geniş məqaləsi dərc olundu). Və daha başqa-başqa digər ideyalar.

Rusiyadakı ən böyük neft-kimya kompleksi, SIBUR-a məxsusdur. Mənbə: SIBUR

Nəticədə, Mendeleyev, Rusiya neft sənayesinin bir müddət Amerika sənayesindən üstün olmasına nail oldu. Həmkarı, kimyaçı Nikolay Zelinsky xatırlayırdı: "Mendeleyev açıq şəkildə görürdü ki, yalnız iqtisadi müstəqillik həqiqi müstəqillikdir." Zaman bu parlaq alimin proqnozunu sübut etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR