Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda işəgötürənlərin iştirakı ilə seminar keçirib

Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda işəgötürənlərin iştirakı ilə seminar keçirib
Sakura

Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda işəgötürənlərin iştirakı ilə seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ucar rayonu ilə yanaşı, Ağdaş və Zərdab rayonlarından olan işəgötürənlər də iştirak ediblər. Seminarda istirahət vaxtı, istirahət günləri, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əməkhaqqı növləri, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi barədə məlumat verilib.

Bu sahələrdə, habelə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi və s. ilə bağlı əmək qanunvericiliyinin prinsipləri diqqətə çatdırılıb. İşəgötürənlərin məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və digər məsələlərlə bağlı sualları cavablandırılıb, onlara hüquqi izahatlar verilib.

Qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələrindən bəhs olunub. Əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşımasının işçilərin gələcək sosial müdafiə hüquqlarına malik olmasına maneə yaratdığı, hər bir işəgötürənin işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalı olduğu vurğulanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR