Dünya onların pulunu sayır: 7 milyarder nədən qazanıb, nəyə xərcləyir?
Bütün dünya onların milyardlarından danışır, ancaq bu pulları qazanmaq elə də asan olmayıb.
Qazandıqları milyardları xərcləmək yox, üstünə daha çox pul gətirmək üçün indi də çalışırlar.
Cebhe.info dünyanın ən məşhur 7 milyarderinin pulu necə qazanıb, necə xərclədiyini təqdim edir.
1. Larri Peydc. “Google”un yaradıcılarından biridir və müxtəlif şirkətlərdə pul qazanıb. Kapitalının əsas hissəsini "Tesla", "Kitty Hawkk", "Opener" şirkətlərinə qoyub.
2. Cef Bezos. "Amazon"un yaradıcısıdır. Pulunu əsasən gələcəkdə inkişafı gözlənilən sahələrə qoyur. Ancaq əsas investisiyaları "Washington Post","Blue Origin" və "Uber"dədir.
3. Karlos Slim. Dünayda ən varlı adamlardan biri olub. Meksikalı maqnat neftdən telekommunikasiyaya qədər çox sahəyə pul yatırıb. Hazırda əsas investisiyaları "Realia Business", "The New York Times" və "YPF"dədir.
4. Mark Zukenberq. "Facebook"un yarıdıcısıdır, ancaq pulunu daha çox süni intellektə yatırır. Proqram hazırlanmasında da pul xərcləməyə "yox" demir.
Əsas investisiyası "Vicarious", "Walk" və "Asana"dadır.
5. Bill Qeyts. "Microsoft"un yaradıcılarından biridir. Ancaq hazırda xeyriyyəçiliklə məşğuldur. Pulu əsasən "Breakthrough Energy", "Ventures", "Berkshire Hathaway" və "Coca-Cola" şirkətindədir.
6. Bernar Arno. Fransalı milyarder əsasən brend geyim satışından milyardlar qazanb. LVMH qrupunun rəhbəridir, ona gəlir gətirəcək sahələri yaxşı bilir. Əsas investisiyası "Louis Vuitton" və "Christian Dior"dadır.
7. Uorren Baffett. Onu daha çox əfsanəvi milyarder adlandırırlar. Öz strategiyası sayəsində milyardlar qazanıb, bank və mətbuat sahəsindən qazancı daha çox olub. Hazırda əsas investisiyası "Amazon", "Apple" və "Coca-Cola" şirkətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət