1. DÜNYA

Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər

Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər

Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər

ÜST-dən verilən məlumata görə, koronavirus peyvəndi üçün universal çıxış yolunu təmin etmək məqsədilə 100 milyard dollardan çox vəsait tələb olunur.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun iştirakı ilə brifinq keçirilib. O bildirib ki, dünya əhalisini peyvəndlə təmin etmək üçün qət etməli uzun yol var, bunun üçün çox pul lazımdır:

“ÜST tələb olunan milyardlarla dolları maliyyələşdirmə yolunun 10%-ni keçib. Təkcə peyvəndlər üçün 100 milyard dollardan çox vəsait lazımdır. Bu, bütün ölkələr üçün peyvəndin istehsal xərclərini ödəməyə kifayət qədər böyük məbləğdir. Dünya əhalisi isə 7,7 milyard nəfərdən çoxdur. Biz artıq peyvənd tapılması istiqamətində yaşıl cücərtiləri görürük”.

Qeyd edək ki, artıq ən varlı ölkələr peyvənd üçün “sıraya düzülüb”, böyük miqdarda sifarişlər verilib. ABŞ, İngiltərə, Almaniya və digər ölkələrin peyvənd hazır olarsa, onların böyük hissəsini alacağı ilə bağlı iddialar səslənir. Xatırladaq ki, “Donuz qripi” pandemiyası zamanı da oxşar hal olmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR