Slimfit
  1. MARAQLI

Dünyada ilk seçkilər harada keçirilib?

Dünyada ilk seçkilər harada keçirilib?
Sakura

Dünyada ilk seçkilər harada keçirilib?

Axar.az xəbər verir ki, dünyada seçkilər ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə qədim Yunanıstanın şəhər-dövlətlərində baş tutub. Orta əsrlərdə kilsədə dini rəhbərlərin müəyyənləşdirilməsində seçkidən istifadə olunub.

1789-cu ildə isə ilk dəfə olaraq seçki hüququ Fransada təsdiq edilib. Bundan sonra Avropanın bir sıra inkişaf etmiş dövltlərində seçki hüququndan istifadə edilməyə başlanılıb. Lakin bu seçkilər heç də demokratik olmayıb. Belə ki, seçkilərdə ancaq mülkü, torpağı, əmlakı çox olan şəxslər seçilə və səs verə bilib. Hətta 3-4 əmlakı olan şəxsin 3-4 səsvermə hüququ da var imiş. Həmin illərdə seçkilərdə ancaq kişilər iştirak edib.

Qadınlara seçki hüququ isə 1893-cü ildə ilk dəfə Yeni Zelandiyada verilib. Daha sonra Şimali Avropa dövlətləri qadınlara bu hüququ tanıyıb.

Azərbaycan ərazisində keçrilən və azərbaycanlıların iştirak etdiyi ilk seçki isə (səs vermə yolu ilə) 1865 - ci ildə Kənd cəmiyyətləri haqqında qanundan sonra elə həmən il keçirilib.

Yaşı 25 - dən yuxarı olan kəndlilər 3 il müddətinə Vahid kənd idarəsinə seçilirdi (sonra qubernator təsir edirdi).

İkinci dəfə isə 1878 - ci ildə şəhər islahatından sonra Bakı şəhər dumasına keçirildi. Şəhərdə yaşayıb vergi verən 25 yaşı olan kişilər seçkidə iştirak edə bilərdi.

Yəni Azərbaycan XIX əsrin II yarısından səs verir, seçki qutusunu tanıyır.

Həmçinin Azərbaycan 1918-ci ildə Şərqdə qadına seçki hüququ verən ilk dövlət kimi tarixə düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR