Slimfit
  1. MARAQLI

Dünyanın ən bahalı saatı hərracda satıldı

Dünyanın ən bahalı saatı hərracda satıldı
Sakura
:0

Dünyanın ən bahalı saatı hərracda satıldı

İsveçrənin “Patek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə “Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.

Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

“Professional Watches” portalı qeyd edir ki, “The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR