Slimfit
  1. MARAQLI

Dünyanın ən böyük şəhəri

Dünyanın ən böyük şəhəri
Sakura

Dünyanın ən böyük şəhəri

Dünyanın ən böyük şəhəri Çinin Çunçin şəhəridir! Bəli, ən böyük şəhər! Başlanğıc üçün bəzi statistik məlumatları nəzərinizə çatdıraq:

şəhərin uzunluğu: 450km

şəhərin eni: 470km

Şəhərin ümumi sahəsi 80min kvadrat kilometr təşkil edir.

Bu çoxdur yoxsa azdır? Avstriyanın sahəsi 83879 kvadrat kilometrdir. Azərbaycanın sahəsi isə 86600 kvadrat kilometrdir. İndi bu şəhərin nə qədər böyük olduğunu düşünün!

Çunçin administrativ olaraq 26 rayona, 8 mahala və 4 muxtar vilayətə bölünür. Yançzı çayı boyunca 25 körpüyə malikdir.

Əlbəttə ki, şəhərdə metropoliten var. Onun 8 xətti, 182 stansiyası var. Metronun dəmir yolunun ümumi uzunluğu 310 km-dir.

Təxmin etdiyiniz kimi, Çunçin Çinə məxsusdur. Şəhərin əhalisi 30 milyon nəfərdir. Prinsipcə Çinin əhalisinin milyarddan çox olduğunu düşünsək, onda 40 milyon. - ümumiyyətlə heç nədir. Lakin əlbəttə ki, şəhərin miqyası böyük bir rəqəmdir. Bütün insanlar hardasa və necəsə hərəkət edirlər, buna görə də Çunçin üçün bu qeyri-adi deyil - yollar bax belədir:

Estakadarl, viaduklar, hər cür çox səviyyəli yollar... Maşınlar o qədər çoxdur ki, bir səviyyəli yollar sadəcə heç kimə uyğun deyil.

Çunçində göydələnlər üstünlük təşkil edir. Əgər orda azmərtəbəli tikinti inkişaf etsəydi onda insanlara normal yaşama imkanı vermək üçün şəhərin bütün ərazisində tikinti aparmaq lazım idi.

Əgər siz Çunçinə getmək istəyirsinizsə, bilin ki, çinlilərin acı yeməklər üçün ürəkləri gedir. Şəhərin özündə xoqo yeməyi çox məşhurdur - bu, paxla, çili və digər bibər növlərini ehtiva edən bir şorbadır.

Çunçində görülməli çox yer var. Şəhər şəfalı bulaqlar və unikal mənzərəli təbiəti ilə məşhurdur: cəngəlliklər, şəlalələr, yüksək dağlıq çəmənliklər, kanyonlar.

 

Mənbə: Туризм и путешествия

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR