Slimfit
  1. CƏMİYYƏT

Ələsgər Məmmədli barəsində qərar verildi

Ələsgər Məmmədli barəsində qərar verildi
Sakura

Ələsgər Məmmədli barəsində qərar verildi

Bakı şəhəri Xətai Rayon Məhkəməsi martın 9-da Toplum TV işi üzrə saxlanılan daha 1 nəfər barədə həbs qətimkan tədbiri seçib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Ələsgər Məmmədli həbs olunub.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Martın 8-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və İlkin Əmrahovun həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri 4 ay müddətinə həbs olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR