Slimfit
  1. CƏMİYYƏT

Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı

Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı
Sakura
:0

Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.

Oxu.Az xəbər verir ki, ilk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib.

 

Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam etdiriləcək.

Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şəraitin yaradılması nəzərdə tutulub. Pilot layihələrin icrası üçün 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatdan keçmiş, əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR