Slimfit
  1. PSİXOLOGİYA

Ən vacib sirr: uğur qazanmış insanlar hər şeyi necə çatdırırlar

Ən vacib sirr: uğur qazanmış insanlar hər şeyi necə çatdırırlar
Sakura

Ən vacib sirr: uğur qazanmış insanlar hər şeyi necə çatdırırlar

"Vaxtın idarə edilməsinin 15 sirri" kitabının müəllifi Kevin Kruz milyarderlər, olimpiya çempionları və əlaçı tələbələrlə sorğu keçirib və vaxt idarəetməsi ilə bağlı bu və digər suallara cavab axtarıb. Ens.az saytı həmin kitabda yer almış ən maraqlı fraqmentlərdən bəzilərini təqdim edir.

Fəsil 1. 1440 dəqiqənin sehrli gücü

Digər insanlara vaxtımızı oğurlamağa icazə veririk və ya ağılsız olaraq onu havaya sovururuq, sanki unuduruq ki, bu, bizim ən dəyərli və bərpa edilməyən resursumuzdur.

Əlinizi ürəyinizə qoyun. Bir daha təkid edirəm ki, bunu gerçəkdən edin. Əlinizi sinənizə qoyun və ürəyin döyüntüsünü hiss edin. tuk ... tuk ... tuk ...

Nəfəsinizə qulaq asın. Nəfəs alma-nəfəs vermə… nəfəs alma-nəfəs vermə.

Heç vaxt bu ürək döyüntülərini və bu nəfəsləri geri qaytara bilməyəcəksiniz. Əslində mən elə indicə sizdən, həyatınızdan, bir neçə ürək döyüntüsü və bir neçə nəfəs aldım.

Ancaq əgər vaxtınızın necə axdığını hiss etməyə bütün kəskinliyi ilə kömək edərsə, buna dəyərdi

Yəqin daşünürsünüz ki : “Bəli, vaxt vacibdir. Ona görə də bu kitabı oxuyuram. Mən bunu başa düşürəm! ”

Ancaq Siz bu anlayışa uyğun yaşayırsınızmı?

Pula nə qədər əhəmiyyət verdiyinizi düşünün. Mümkün qədər çox şey əldə etmək üçün səhərdən axşama qədər işləyirsiniz, qazanc üçün yollar axtarırsınız, var-dövlət əldə etdikdə onu oğurlaya biləcək birisindən narahat olursunuz və nəhayət "Necə milyonçu olmaq" kateqoriyasından kitablar oxuyursunuz.

Pulunuzu qoruyursunuz, bank kartlarınızı diqqətlə izləyirsiniz və küçədə kənar şəxslərə pul paylamırsınız.

Ancaq çoxumuz vaxtımızı az düşünürük. Digər insanlara vaxtımızı oğurlamağa icazə veririk və ya ağılsız olaraq onu havaya sovururuq, unuduruq ki, bu bizim ən dəyərli və bərpa edilməyən resursumuzdur.

1440 - həyatınızı dəyişdirə biləcək sehrli bir rəqəmdir. Bu nömrələrin sehrini öz üzərinizdə sınamağa çağırıram. Sadəcə 1440 rəqəmini bir kağız parçasında böyük qalın hərflərlə yazın və ofisinizin qapısına, televizorun üstünə, kompüterinizin yanında asın - burada həmişə gözlərinizin önündə olacaq və vaxt kimi qiymətli mənbənin məhdudiyyətlərini xatırladacaq ... Yalnız bir dəqiqəni necə sərf edəcəyiniz barədə düşünün.

Fəsil 3. Ediləcək işlər siyahısını tərtib etməyi saxla- işə başla!

Sağlam düşüncə, hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, ümumi mənada məqsədinizin konkret və ölçülə bilməsi lazım olduğunu diktə edir ... "pula qənaət etmək" hədəfinin yerinə qarşına, deyək ki, "ilin sonuna 5000 dollara qənaət edəcəm" hədəfi qoymaq... Və "arıqlamaq" məqsədinin əvəzinə, "on həftədə on kilo itirmək" sözünü dəqiq göstərməlisiniz ...

Ən vacib vəzifəni müəyyən etdikdən sonra onu gündəlik planınıza əlavə etməlisiniz. Gündəliyinizi və ya təqvim planlayıcısını açın və həmin işi görmək üçün bu iş günü ərzində mümkün qədər erkən saatı seçin.

Dyuk Universitetinin psixologiya və davranış iqtisadiyyatı professoru Den Arieli insanların çoxunda tam oyandıqdan sonrakı ilk iki saatın ən yüksək məhsuldarlıq və idrak fəaliyyətinin olduğunu söyləyir ...

Müxtəlif sahələrdə uğur qazanmış insanlar siyahı tərtib etmir, gündəlik iş planları hazırlayır. Bu kitab üçün apardığım bütün müsahibələr və sorğuların gedişində aldığım əsas mesajlardan biri bu idi: bir şeyin edilməsini istəyirsinizsə, bunun üçün konkret bir vaxt planlaşdırmalısınız

Cədvəlinizə zidd olan gözlənilməz sorğulara avtomatik olaraq cavab verməyə özünüzü öyrədin: “Təəssüf ki, saat 16: 00-dan 17: 00-a qədər mənim vacib bir işim var. Saat 17: 00-dan sonra danışa bilərik, yoxsa bunu sabah da etmək olar ? "

Bu cür təcili işlərin necə tez-tez növbəti günə təxirə salınmasına təəccüblənəcəksiniz, nəticədə cədvəlinizdə onlara boş vaxt ayıra biləcəksiniz. Sözsüz ki, bəzən təcili çıxan işlər planlaşdırdığınız fəaliyyətdən daha vacib və aktual olur. Ancaq problemlərin həllini boş vaxtınıza keçirməklə planlarınızı pozmamaq vərdişi məhsuldarlığınızı xeyli artıracaq...

Planlaşdırmanı effektiv vaxt idarəetmə vasitəsi kimi istifadə etməyin başqa bir yolu, ideal bir həftə planını hazırlamaqdır.

Bunun necə görünəcəyini düşünün.

Freelancer (müstəqil çalışan-red.) , məsləhətçi və ya məşqçi olmağınızdan asılı olmayaraq ideal həftəniz layihələr üzərində işləmək, müştərilərlə görüşmək, yeni bacarıqlar öyrənmək və davamlı təhsil almaq, öz marketinq təşəbbüsləriniz üzərində işləmək və fikir mübadiləsi üçün həmkarlarla görüşlər daxil ola bilər.

Orta dərəcəli rəhbərsinizsə, ideal bir həftəyə komanda ilə görüşləriniz, cari məsələlərin həlli və strateji planlaşdırma üçün vaxtı daxil edə bilərsiniz, bu zaman sakit düşünə və gələcək üçün planlar hazırlaya bilərsiniz.

Peşənizdən asılı olmayaraq, ideal həftəniz - və ya gün (idealda) - şəxsi məsələlər, məsələn, ailəniz, idman, hobbiniz və asudə vaxtınızı əhatə edəcəkdir.

Bütün bu təkrarlanan fəaliyyətlər üçün həftəlik cədvəlinizdə vaxt bloklarını vurğulayın. Bu, həyatınızı ondan maksimum yararlanacaq şəkildə tərtib etməyə və maksimum zövq almağa imkan verəcək.

Fəsil 4. Süründürməçiliklə mübarizə

Təsəvvür edin ki, süründürməçiliyi nəhayət məğlub etməyi bacardınız. Həyatınız necə dəyişərdi?

Süründürməçiliyi birdəfəlik məğlub etmək üçün onun səbəblərini başa düşmək lazımdır. Siz bir işi tənbəl olduğunuza görə başqa vaxta saxlamırsınız, verdiyiniz vədi yerinə yetirməməyiniz də bununla bağlı deyil. Bunu ona görə edirsiniz ki:

1) motivasiyanız yoxdur

və / və ya

2) bir hədəf qoyanda və ya qərar verəndə vərdişlərinizin gücünü düzgün qiymətləndirmirsiniz - "real özün" ilə müqayisədə "gələcək özünün" gücünü.

Gələcəklə bağlı fikirlərimiz həmişə təhrif olunur. Psixologiyada buna indiki anın təhrifi deyilir. Gələcək üçün böyük planlar qururuq, həyatımızda köklü dəyişikliklər etməyə, yeni bir insan olmağa qərar veririk, amma həmin gələcək yetişəndə və bu günümüzə çevriləndə pişiklərlə şirniyyat, komediya, Facebook və videolar seçməyə davam edirik. Bu daha asan və daha əyləncəlidir. Həyatımızı dəyişmək isə gözləyər - nahardan sonra və ya bazar ertəsi günü və ya ümumiyyətlə 1 yanvar tarixindən başlayaram.

İndiki anda özümüzün mükəmməl versiyamız olmaq..bunun nə qədər çətin olduğunu həmişə qiymətləndirə bilmirik. Bu müvəqqəti uyğunsuzluğu aradan qaldırmaq üçün "gələcək özüm"ü məğlub etməliyik - çünki məhz o gələcək yetişdiyi vaxt qərarımızı "təxribata çəkir". "Gələcək özümüz" "daha yaxşı özümüzün" düşmənidir. Bu döyüşü "gələcək özüm"ü məğlub etmək üçün etdiyim zaman səyahəti kimi təsəvvür etməyi xoşlayıram. Məsələn, sağlamlıq və fiziki fəaliyyətlə bağlı hədəflər qoyanda ( bu mənim zəif nöqtəmdir!) Həmişə düşünürəm: gələcəkdə bu hədəfləri necə təxirə salacağam? Bunun qarşısını almaq üçün nə edə bilərəm?

Bilirəm ki, "gələcək özüm" məni qeyri-sağlam yemək yeməyə inandıracaq. Bunun qarşısını almaq üçün mənim "həqiqi özüm" mətbəxə gedir, bütün lazımsız qidaları şkaflardan atır və evdə onları satın almağı özünə qadağan edir. Bunun əvəzinə yerkökü, alma və digər sağlam qidalar alıram.

"Gələcək özüm" mənim çox məşğul olduğuma və daha vacib işlərim olduğuna inandıraraq, idman məşqinə getməməyə inandırmağa başlayacaq. Belə təxribatın mümkünlüyünü istisna etmək üçün mənim "həqiqi özüm" idman üçün gündəlik cədvəldə ilk səhər vaxtını ayırır. İdmana başalayana qədər "bugünkü mən" hətta elektron poçtlarımı yoxlamağı da qadağan edir ...

Nəhayət, növbəti layihəni ən qısa müddətdə həyata keçirmək üçün sevincli həyəcan içində səhər yatağından tullanmasaq, bu, xəyallarımızın kifayət qədər inandırıcı olmadığına görədir. Demək onlar bizi kifayət qədər motivasiya etmirlər. Və motivasiya ağrı və zövqə enir. İcra etməyə tərəddüd etdiyiniz kateqoriyadan olan çətin bir işi yerinə yetirməyiniz lazım olduğunda düşünün (və hətta aydın görüntüləyin) arxasında hansı ağrı və hansı həzz dayanır onun arxasında.

Bunu etsəm nə zövq alacağam? Etməsəm nə ağrı hiss edəcəm? Məqsədlərimdən biri hər gün məşq etməkdir. Dartma, güc məşqləri və bir qaçış zolağında ürək məşqləri üçün yoqa. İdmanı təxribata çəkmımək üçün onlarla əlaqəli ağrı və zövqü dəqiq təsəvvür etməliyəm. Niyə məşq etməliyəm? Yaxşı görünmək istədiyim üçün, əzələli bədənə sahib olmaq istəyirəm (kişilərdən kim bunu istəmir ki?), Enerjili olmaq istəyirəm, sağlam ürək-damar sistemi və yaxşı işləyən bir beyinə sahib olmaq istəyirəm.

Əgər məşq etmirəmsə, hansı ağrıları hiss edirəm? Özümü pivədən qabarmış qarnı və boş əzələli təsəvvür edirəm (iyrənc mənzərə!). Uzun müddət bir yoqa pozasını etmirəmsə, yaşamağa başlayacağım dizlərdəki qəribə ağrıları xatırlayıram. Düşünürəm ki, mən hətta bəxtsiz və deyingən ev kişisinə çevriləcəm. Hətta məşqdən boyun qaçırmağı sevgilimə hörmətsizlik əlaməti olduğunu iddia edirəm ...

Bəzən hansısa iş aparmağa hazırıq, ancaq onu bitirməkdən çəkinirik. Bu qədər süründürməçiliyi məğlub etməyin bir yolu əvvəlcədən özünü kifayət qədər yaxşı, lakin qüsursuz nəticə əldə etməyə kökləməkdir...

Gündə beş kilometrə qaçmağa başladınız, amma sonra daim boyun qaçırmağa başladınız? Özünüzə deyin ki, sadəcə küçəyə çıx və yavaş-yavaş növbəti məhləyədək qaç. Artıq bu kifayət qədər yaxşıdır. Və kim bilir bəlkə daha çox qaçmağı düşünəcəksiniz.

Üzərində çalışdığınız kitabı heç cür tamamlaya bilmirsiniz? Özünüzə deyin ki, sadəcə sizə qismən səliqəli mətn yazmaq lazımdır. Sonda, siz nəticədə ona qayıtmağa və tamamlamağa həmişə bacarıqlısınız.

Yeni bir məhsulu tamamlamaq həvəsiniz var? Əlinizdə olanı bazara çıxarın və hər buraxılışı təkmilləşdirin. O zaman ki, plankanı əvvəlcədən "kifayət qədər yaxşı" səviyyədə qurursunuz, başladığınız işi bitirmək motivasiyanız daha güclü olacaq

Fəsil 5. İş yerini özünü günahlandırma hissi olmadan saat 17: 00-da necə tərk etmək

Bu çox uğurlu biznes liderlərinin həyat tərzinə nəzər yetirin:

Facebook-un Əməliyyat direktoru Şerl Sendberq uşaqları ilə nahar etmək üçün hər gün səhər saat 17.30-da ofisini tərk edir.

Intel-in keçmiş prezidenti Endryu Qrouv həmişə işə saat 8: 00-da gəlir və düz 18: 00-da çıxırdı.

400-dən çox şirkətin konqlomeratını (bir neçə firmanın, vahid bir şirkət altında birləşməsidir ) idarə edən Virgin Group-un qurucusu Riçard Brenson, sanki özəl adasından çıxmaq istəmir və mütəmadi olaraq yeni görünməmiş dünya rekordları qırır.

Bu sizi şoka salmır ki? Bütün bunları neçə çatdırırlar?

... Endryu Qrouv, "High Performance Management" (yülsək səviyyəli idarəetmə) adlı kitabında bu sirri bizə açıqlayır:

İş günüm həmişə yorğun olduğum və evimə getməyə hazır olduğum zaman yox, bütün işlərim bitdikdə başa çatır. Məndə başqa cür ola bilməz. Hər hansı bir evdar adam kimi menecerin işi heç vaxt bitmir: həmişə görüləsi işlər var və görüləsi olanlar, edilməsi mümkün olanlardan həmişə çoxdur.

Bu, onu möhkəm mənimsəsəniz, həyatınızı kəskin şəkildə dəyişdirə biləcək sadə ideyalardan biridir

Fəsil 11. Həftədə səkkiz saat qənaət etdirən "Üç Harvard Sualı"

2013-cü ilin sentyabr ayında professorlar Culian Birkinşou və Cordan Koen "Harvard Business Review" -da məhsuldarlıq təcrübəsinin nəticələrini bölüşdülər. Onlar müəyyən ediblər ki, yüksək ixtisaslı zehni işçilər vaxtlarının 41 faizini peşə məmnuniyyətini gətirməyən və ya ümumiyyətlə başqaları tərəfindən həyata keçirilə bilən hər cür ikinci dərəcəli fəaliyyətə sərf edirlər.

Bəs insanlar niyə belə etməyə davam edirlər?

Tədqiqatçılar bir çox insanın özünü məşğul hiss etməkdən xoşlandığını söyləyirlər, çünki bu, özlərinə hörmət hissi artırır; kiçik, əhəmiyyətsiz vəzifələri yerinə yetirməkdən məmnun qalırlar; və hətta darıxdırıcı görüşlərə də xoş baxırlar, çünki bu, iş masasınından qalxmaq və həmkarları ilə söhbət etmək imkanı verir.

Birkinşou və Koen insanlara dayanmağı və işlərinə yen baxışla nəzər yetirməyi öyrətdikdən sonra zamanla böyük bir qazanc əldə etdilər.

Orta hesabla bu yanaşmada təhsil alan işçilər, həftədəki səkkiz iş saatına qənaət etməyə başladılar, masa arxasında keçirdikləri vaxtı altı saat, iclasların vaxtını isə iki saat azaldaraq ...

Bu yanaşmanı tətbiq etmək üçün, keçən həftə etdiyiniz bütün tapşırıqların və görüşlərin siyahısını tərtib edin və aşağıdakı suallara cavab verin:

1. “Konkret bu iş mənim və ya şirkətim üçün nə qədər vacibdir? Bunu etməyi dayandırsam nə olacaq? ”

2. "Mən bu işi edə biləcək yeganə insanammı?" Bunu təşkilat daxilində və ya xaricində başqası edə bilərmi? ”

3. “Eyni nəticəyə, amma daha sürətli necə nail olmaq olar ? Ona sərf etdiyim vaxtın yarısı olsaydı, bu işi necə edə bilərdim? ”

Bu "üç Harvard sualları", tamamilə göz ardı edə biləcəyiniz və ya başqasına həvalə edə biləcəyiniz ən dəyərli vəzifələri müəyyənləşdirməyə, həmçinin vacib vəzifələri yerinə yetirməyin ən təsirli yollarını tapmağa imkan verəcəkdir.

Mənbə: hbr-russia.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR