Slimfit
  1. DÜNYA

Ərdoğan ABŞ-da səfərdədir

Ərdoğan ABŞ-da səfərdədir
Sakura

Ərdoğan ABŞ-da səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da işgüzar səfərdədir.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı Endryüs hava limanında Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, BMT-dəki daimi təmsilçisi Firidun Sinirlioğlu, ABŞ-ın Protokol rəisi Cam Henderson qarşılayıb.

Ərdoğanla birgə həyat yoldaşı Əminə Ərdoğan, bir neçə nazir və AKP rəsmiləri də ABŞ-a yollanıb.

Ərdoğan qısamüddətli istirahətdən sonra ABŞ Ticarət Ofisi, Xarici İqtisadi Əlaqələr Qurumu və Türkiyə-ABŞ İş Şurası tərəfindən təşkil edilən Dəyirmi Masa toplantısına qatılıb.

Mətbuata qapalı keçirilən tədbirdə “Pepsico”, “Google”, UPS, “Hilton”, “The Coca Cola Company”, GE, “Citi”, “Uber”, THY, “Limak”, TAV, “Borusan, “Kale Group” kimi şirkətlərin təmsilçiləri də iştirak ediblər.

Qeyd edək ki, bu gün ərzində Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR