30 mart 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
GÜNDƏM

Ermənilər Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verir, amma...

D.Babayan: “Bufer zonası” terminologiyası çoxdan köhnəlib və mövcud reallığı əks etdirmir...”

3176 Baxış
Ermənilər Qarabağda sülhməramlı qüvvələrin  yerləşdirilməsinə razılıq verir, amma...

Azərbaycanın işğal altındakı  torpaqlarında qondarılmış separatçı-terrorçu rejim başçısının  “mətbuat katibi” sayılan David Babayan ad-soyadlı məxluq son vaxtlar bəzi erməni nəşrlərində Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı yayılan şayiələrə cavabında Qarabağda "bufer zonası" anlayışının mövcud olmadığını bildirib. 
 
Moderator.az xəbər verir ki, Rusiyadakı erməni saytların yaydığı məlumatda belə deyilir.  
 
Separatçı məmur “bufer zonası”  terminologiyasının çoxdan köhnəlmiş olduğunu və mövcud reallığı əks etdirmədiyini bildirib. 
 
“Sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasına gəlincə, Qarabağ tərəfi prinsipcə belə bir addımın əleyhinə deyil. Lakin  bunun baş verə biləcəyi haqda özünəməxsus mövqeyə malikdir. Əgər bütün məsələlər, nəhayət, həllini taparsa, yəni Azərbaycan “Artsax Respublikası”nı tanıyar, “Artsax” da Azərbaycan Respublikasını tanıyar... Bəlkə də bu vəziyyətdə bəzi sülhməramlı qüvvələr iki dövlətin “sərhəd”i boyunca yerləşdirilə bilər" -deyə David Babayan həyasızcasına vurğulayıb.
 
Xatırladaq ki, Qarabağda “bufer zona” deyildikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda qalan 7 rayon: Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan  ərazisi nəzərdə tutulur...
 
P.S....
 
Sultan Laçın





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Aprel şəhidimiz Fəxrəddin Qurbanlı
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X