Slimfit
  1. DÜNYA

Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittiham irəli sürüldü

Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittiham irəli sürüldü
Sakura

Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittiham irəli sürüldü

ABŞ Ədliyyə Nazirliyi Nyu Cersi ştatından olan senator Robert Menendezə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeyri-leqal xarici agent kimi işləməkdə ittiham edib.

“Ən azı 2018-ci ilin yanvarından 2022-ci ilin iyun ayına qədər Robert Menendez və onun həyat yoldaşı Nadine Menendez (Arslanyan), eləcə də digər tanınmış şəxslər əvəlcədən sövdələşərək xarici agent kimi fəaliyyət göstərməyə razılaşıblar”, - ABŞ Prokurorluğunun Nyu-Yorkun Cənub Bölgəsi Məhkəməsinə təqdim etdiyi sənəddə deyilir.

Xatırladaq ki, sentyabrda senatora qarşı Nyu Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb. Bildirilib ki, senator biznezmenlərdən nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.

Həmçinin, prokurorların sözlərinə görə, Menendez həssas hökumət məlumatlarını Misirə ötürüb və bu ölkənin xeyrinə ABŞ-ın rəsmi qurumlarına təzyiq edib.

 

Mənbə: TASS

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR