Slimfit
  1. HƏRB

Ermənistan MTX-sindən Ruslan açıqlaması: qaytarılır

Ermənistan MTX-sindən Ruslan açıqlaması: qaytarılır
Sakura

Ermənistan MTX-sindən Ruslan açıqlaması: qaytarılır

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi xoşməramlılıq əlaməti olaraq Azərbaycana qaytarılacaq.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) yaydığı məlumatda bildirilib.

“Xoş niyyət əlaməti olaraq və Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, azmış və qarşı tərəfə düşmüş hər iki tərəfin hərbi qulluqçuları ən qısa zamanda geri qaytarılmalıdır. Ermənistan Respublikası Ruslan Eldəniz oğlu Pənahovun Azərbaycan tərəfinə təhvil verilməsinə qərar verib”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilib.

Qeyd edək ki, az öncə 28 fevralda azaraq, Ermənistan tərəfə keçən Ruslan Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi qərar verib. Qərara əsasən, onun şərti sərhədi azaraq keçdiyi təsdiqlənib və Ruslana qarşı cinayət təqibinə xitam verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR