Slimfit
  1. DÜNYA

Ermənistanda dələduzluqda ittiham olunan keçmiş səfirin oğlu həbs edilib

Ermənistanda dələduzluqda ittiham olunan keçmiş səfirin oğlu həbs edilib
Sakura

Ermənistanda dələduzluqda ittiham olunan keçmiş səfirin oğlu həbs edilib

Ermənistanın paytaxtı İrəvanın birinci instansiya məhkəməsi ölkənin İsraildəki keçmiş səfiri Armen Smbatyanın oğlu, dirijor Sergey Smbatyanı iki ay müddətinə həbs edib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Sergey Smbatyan və atası, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurmaqda təqsirləndirirlirlər.

Prokurorluq əlavə edib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.

Armen Smbatyan ilə bağlı məhkəmə qərarının yaxın saatlarda çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dünən saxlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR