Slimfit
  1. MƏDƏNİYYƏT

ƏSA Teatrı 4 yaşını qeyd edir

ƏSA Teatrı 4 yaşını qeyd edir
Sakura

ƏSA Teatrı 4 yaşını qeyd edir

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı 4 yaşını qeyd edir. ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. Teatr yarandığı gündən bu günədək böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib.

Gənc olmasına baxmayaraq ƏSA Teatrı U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin də əsərlərini tamaşaya qoyub.

Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənət, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edildiyindən, ƏSA Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirir. Hazırda ƏSA Teatrı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında eyniadlı tamaşa hazırlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR