Slimfit
  1. MARAQLI

Əsəbi olanda sakitləşməyin sadə yolu

Əsəbi olanda sakitləşməyin sadə yolu
Sakura

Əsəbi olanda sakitləşməyin sadə yolu

Baş gicəllənməsi əksər insanları narahat edən şikayətdir. Ələlxüsus isti havalarda başgicəllənmə hallarına geniş rast gəlinir. Baş gicəllənməsinin bir çox səbəblərinin olduğu bildirilir.

Nevroloq, uzman həkim Nərgiz Ağayevanın bildirdiyinə görə, bu hala səbəb olan faktorlardan biri də stressdir.

Onun sözlərinə görə, stress səbəbilə dizziness adlandırılan müvazinət pozulması da yarana bilər. Dizziness zamanı (müvazinət pozulması) yer sanki ayaqların altından qaçırmış kimi hiss etmək, ayağı boşluğa atmaq kimi hisslər yaranır: “Stressin, əsəbiləşməyin bizim sağlamlığımız üçün nə qədər zərərli olduğu, necə ağır xəstəliklərə səbəb ola biləcəyi heç birimiz üçün sirr deyil. Bəs niyə bütün bunları bildiyimiz halda “özümüzdən çıxırıq", “əlimdə deyil hirsimdən partlayıram” deyirik. Əslində əlimizdə olan durumlar da var”.

Nevroloq deyib ki, bu halda ən sadəsi dərin nəfəs alıb vermək, bizi əsəbiləşdirən, özümüzdən çıxaran səbəblərdən 10-15 dəqiqəlik də olsa, uzaqlaşmaq lazımdır: “O an fərqli şeylər düşünmək lazımdır. Bunları heç olmasa bir dəfə sınayın, qismən də olsa sakitləşməyinizə vəsilə olacaq”...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR