Slimfit
  1. HƏRB

Əsgərimiz Ermənistanda necə tutulub? - Kənd sakini danışdı

Əsgərimiz Ermənistanda necə tutulub? - Kənd sakini danışdı
Sakura

Əsgərimiz Ermənistanda necə tutulub? - Kənd sakini danışdı

Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Azərbaycan əsgərinin 3 kənd sakini tərəfindən tutulduğu bildirilib.

Ens.az Globalinfo.az-a istinadən xəbər verir ki, Qor Ohancanyan adlı şəxs əsgəri necə tapmaları və polisə təhvil vermələrindən danışıb.

“Dostumla kənddən çıxıb, Qafana gedirdik. Yolda onu Azərbaycan hərbi formasında gördük. Yaxınlaşıb suallar verdik və azərbaycanlı olduğunu başa düşdük. Sonra digər dostum gəldi, onu tutduq. Hadisə yerinə polislər gəldi”, – o bildirib.

Ohancanyan iddia edib ki, guya azərbaycanlı əsgər tapılanda üzərində güllələr, maskalar, sursat, əlində isə ötən gün öldürülən mühafizəçiyə məxsus telefon olub.

Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.

Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb. Bu gün tapılan əsgərə ağır işgəncələr verilib.

Baş Prokurorluq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başladıldığını bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR