Slimfit
  1. DÜNYA

“Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı bundan sonra yayımlanmayacaq

“Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı bundan sonra yayımlanmayacaq
Sakura

“Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı bundan sonra yayımlanmayacaq

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 2015-ci ildən bəri Türkiyənin ATV kanalında yayımlanan məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialı artıq başa çatıb.

İzləyicilərinin qısaca olaraq EDHO adlandırdığı ekran əsəri uzun zaman idi ki, ən reytinqli proqramlardan biri kimi daim diqqət mərkəzində idi. 

Bu xəbəri ekran əsərində baş rolu canlandıran Oktay Kaynarca “Instagram” hesabından paylaşıb.

O, serialın yaradıcı heytinə və pərəstişkarlarına təşəkkür edərək onlarla vidalaşıb.

Qeyd edək ki, Türkiyə televiziyası tarixinin ən uğurlu layihələrindən biri olan “Eşkiya dünyaya hökümdar olmaz” serialının ötən altı mövsüm ərzində 199 seriyası yayımlanıb.

Son həftələrdə ATV-də serialın yeni mövsümünün anonsları getsə də, kanal rəhbərliyi ilə serialın çəkiliş qrupu arasında anlaşmazlıqların yaşandığı bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR