Slimfit
  1. MƏDƏNİYYƏT

Əzizov, Eyvazov və Netrebko Böyük teatrın səhnəsində

Rusiyanın Böyük teatrında bu gün “Verdi – qala” adlı möhtəşəm konsert keçiriləcək. Konsertdə Cüzeppe Verdinin operalarından ariyalar səsləndiriləcək.  Oxu.Az xəbər verir ki, bununla bağlı teatrın rəsmi…

Rusiyanın Böyük teatrında bu gün “Verdi – qala” adlı möhtəşəm konsert keçiriləcək. Konsertdə Cüzeppe Verdinin operalarından ariyalar səsləndiriləcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı teatrın rəsmi saytı məlumat yayıb. 

Teatrın tarixi səhnəsində Rusiya və Azərbaycanın xalq artistləri Anna Netrebko və Yusif Eyvazov duet oxuyacaq. Bu, onların Böyük teatrın səhnəsində ilk birgə konsertidir (bundan əvvəl onlar bu səhnədə çıxış ediblər. Puççininin “Manon Lesko”sunda...).

Anna Netrebko - klassik musiqi tarixində “Time” jurnalının versiyası üzrə dünyanın ən nüfuzlu insanları siyahısına daxil edilən ilk müğənnidir. Qala-konsertdə o, və həyat yoldaşı Yusif Eyvazovla yanaşı, “New York Times” qəzetinin opera tarixinin ən böyük səslərindən biri hesab etdiyi amerikalı müğənni Dolora Zacik də çıxış edəcək. 

Konsertin dördüncü ulduzu Böyük teatrın aparıcı solisti Elçin Əzizovdur. Solistlər Çaykovski adına böyük simfonik orkestin müşayiəti ilə çıxış edəcəklər. Dirijor italyan maestro Mikalencelo Massadır. 

Konsert zamanı “Otello”, “Aida”, “Taleyin gücü”, “Luiza Miller”, “Don Karlos” operalarından ariyalar səslənəcək. 

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR