Dərc edildi: Baxış sayı: 1222
Fəzlullah Nəimi - Necə əfqan etməyim kim, mehribamm bunda yox
Necə əfqan etməyim kim, mehribamm bunda yox
Könlümün əyləncəsi, ruhi-rəvanım bunda yox.
Xari-qəmdə qaldın ey dil, həsrəti əfkar ilə
Rüxləri gül, kaküli ənbərəfşanım bunda yox.
Həmnişin eyi əfəndim dilfərabın var ikən
Baği-hüsnündə açılmış meyvə barın var ikən
Xoş idin əvvəl bana, şuxi cəhanım yar ikən
Şimdi ağlarsam nola, qaşı kəmanım bunda yox.
Ey gözüm, sən var ikən halım pərişan oldu hey
Çarəsiz şeyda Nəimin kan əfqan oldu hey.
Gəl, qədəm bas bəzmə kim, dərdim fəravan oldu hey
Məclisə rövnəq verən şirin zəbanım bunda yox.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət