Slimfit
  1. MEDİA

FHN-in İdman-sağlamlıq klubunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionata yekun vurulub

FHN-in İdman-sağlamlıq klubunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionata yekun vurulub
Sakura

FHN-in İdman-sağlamlıq klubunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionata yekun vurulub

FHN-in İdman-sağlamlıq klubunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionata yekun vurulub

15 -17 mart 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat keçirilib.

İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılan çempionat 3 gün davam edib. FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 65-ə yaxın əməkdaşın qatıldığı birincilikdə əməkdaşlar 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-sağlamlıq klubunun hüquq məsləhətçisi Həmdiyyə Məmmədov müasir müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər, bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların qazanıldığını bildiriblər.

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Bakı Regional Mərkəzi komanda hesabında birinci olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-in Akademiyasının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Şirəliyev Rəfail sahib olublar.

Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR