Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Fikrət Hacıyev Əli oğlu

Fikrət Hacıyev Əli oğlu
Sakura

DOĞUM TARİXİ: 19/05/1964 VƏFAT TARİXİ: 05/05/1992

19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə doğma kəndlərində səkkizinci sinfi bitirdikdən sonra, Gəncə texniki-peşə məktəblərinin birində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ufa şəhərində keçirmişdir... Sonra Bakı Kooperativ Texnikumu... O, təhsilini başa vurub doğma kəndə qayıdır və öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır. Sadə peşə sahibi kimi o, hər kəsin işinə yarımağa çalışırdı.

1991-ci ilin sonu... O, könüllü olaraq cəbhəyə gedir. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni quldurlarından müdafiəsində fəal iştirak edir və az müddət ərzində döyüş yoldaşlarının böyük hörmətini qazanır. O, rəhbərliyin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, bilmədiyini peşəkar hərbçilərdən öyrənməyə çalışırdı.

4 may 1992-ci il... Talış kəndində yerləşən erməni mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlanan ərazi üzrə əməliyyat planı hazırlanmışdı. Bu, erməni silahlı birləşmələri üçün gözlənilməz oldu. Düşmən Goranboy döyüşçüləri qarşısında duruş gətirə bilməyərək, öz mövqelərini tərk etdi. Mayın 5-də ermənilər qəfil hücuma keçərək, ərazini güclü atəşə tutdular. Fikrət Hacıyev bu döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

 

Mənbe: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR