29 mart 2020, bazar
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Fikrət Qoca

Qocayev Fikrət Göyüş oğlu (Fikrət Qoca) — şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın Xalq şairi

Fikrət Qoca

Həyatı

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).

Mükafatları

  • Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi — 30.07.1979
  • "Şöhrət" ordeni- 26 iyun 1995-ci il 
  • "Şərəf" ordeni - 2 sentyabr 2015-ci il
  • Azərbaycan Respublikasının Dövlət mükafatı - 2016

Kitabları

  • Qağayı (1963)
  • Hamıya borcluyam (1965)
  • Yatmadığım gecələrdə (1970)
  • Günlərin bir günü (1972)
  • Gül ömrü (1975)
  • İnsan xasiyyəti (1980)
  • Ömürdən səhifələr (1984)
  • Mavi dünyanın adamları (1988)
  • Taleyin agır taleyi (1993)
  • Dənizdə ay çiməndə (1967)
  • Seçilmiş əsərləri (2014)

Od gəlini (1969) ərləri (1988)

  • Eldən elə – dildən dilə (1988)
  • Sükutun səsi (1991)
  • Flora Kərimova - Bir xumar baxışla - musiqi: Ramiz Mirişli
  • Şövkət Ələkbərova - Arazım - musiqi: Ramiz Mirişli
  • Elmira Rəhimli və Yaşar Səfərov - Günəşi gözləyirik - musiqi: Ramiz Mirişli
  • Elmira Rəhimli -İncitmə məni - musiqi: Adil Bəbirov
  • Elmira Rəhimli - Mən anayam - musiqi: Adil Bəbirov
  • Yaşar Səfərov - Yollar - musiqi: Adil Bəbirov
  • İslam Rzayev - Bilirsən özün - musiqi: Adil Bəbirov
  • Hüseyn Bakılı - Payız gəldi - musiqi: Emin Sabitoğlu
  • Oqtay Ağayev - Qaytar eşqimi - musiqi: Oqtay Kazımi
  • Rəşid Behbudov - Ey xəyal - musiqi: Oqtay Kazımi
  • Şövkət Ələkbərova - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
  • Məmmədbağır Bağırzadə - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
  • Flora Kərimova və Cavan Zeynallı - Qorxuram - musiqi: Ruhəngiz Qasımova
  • Mirzə Babayev - Mübarək deyin - Telman Hacıyev
  • Brilliant Dadaşova - Bahar nəfəsli - musiqi: Aqşin Əlizadə
  • Yusif Savalan - Gözlə - musiqi: Polad Bülbüloğlu

Filmoqrafiya

  1. Uşaqlığın son gecəsi (film, 1968)
  2. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  3. Qaynana (film 1978)





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Dünyanın ən yüksəksürətli avtomobili - İtaliyada istehsal olunmuş Pininfarina Battista markalı elektrik avtomobilidir. Avtomobili istehsal edən Automobili Pininfarina şirkəti bildirib ki, Battista avtomobili 2 saniyənin içində 100 km/saat sürət yığır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X