Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Bahar əyyamı və Hacı Seyid əzim dövrü (II hissə)

Firidun bəy Köçərli - Bahar əyyamı və Hacı Seyid əzim dövrü (II hissə)
Sakura

Firidun bəy Köçərli - Bahar əyyamı və Hacı Seyid əzim dövrü (II hissə)

 
Әyzәn qәzәli-farsiyi-Bahar:
 
Rixti, bәrhәm zәdi gisuyi-әnbәrfamra,
Baz rosvaye-gәhan kәrdi mәne-bәdnamra.
 
Şod moşәvvәş әz delәm zolfe-to, ari, mişәvәd
Әz tәpidәnhaye-morğ aşoftegiha damra.
 
Vәde dadi sobh bәr vәslәm, mәgәr danestei
Hecre-to bәr mәn bәrabәr kәrde sobho şamra?!
 
Qoftәmәş: Siminbәrәtra xahәm әndәr bәr keşid,
Qoft: Ro, әz del borun kon in xәyale-xamra.
 
Gәr besurәt bәr to manәd surәte-bothaye-Çin,
Vaceb amәd sәcde kәrdәn bәd әz in әsnamra.
 
Henduye-zolfәt әgәr zin qune qәsde-din konәd,
Sәcdeqahe-kofr sazәd qebleye-eslamra.
 
Çon koni bәr mostәhәqqan bәxşe-nemәthaye-hosn,
Bәr Bәhare-xәstәdel әvvәl bedeh doşnamra[9].
 
[9] Tərcüməsi:
Әnbәr saçan saçını töküb pәrişan elәdin,
Yenә mәn bәdnamı rüsvayi-cahan elәdin.
Mәnim ürәyimin çırpıntısından sәnin zülfün pәrişan oldu,
Bәli, quş çapalayanda qәfәsdә pәrişanlıq olar,
Mәnә vәdә verdin ki, sübh çağı vәslә çatacağıq,
Mәgәr bilirdin ki, sәnin ayrılığın mәnim gecә-gündüzümü
                                               bәrabәr edib?!
Ona dedim:--Sәnin gümüş bədәnini bağrıma basmaq istәyirәm,
Dedi:--Get, bu xam xәyalı başından çıxar.
Әgәr surәtdә Çin bütlәri sәnə oxşasalar,
Bundan sonra sәnәmlәrә sәcdә elәmәk vacib olar,
Saçının qaralığı әgәr dinә belә qәsd elәsә,
İslamın qiblәsini kafirlәrin sәcdәgahına çevirәr.
Müstәhәqq olanlara gözәl nemәtlәr bәxş edirsәnsә,
Әvvәlçә ürәyi xәstә Baharı söy.
 
Qәzәli-farsiyi-Bahar:
 
Şәvәd bexak nehan sobhe çon şәrab dәr ayәd,
Setare celve nәdarәd ço aftab dәr ayәd.
 
Ze şәrm mah keşәd sәr bexak pirәhәne-sobh,
Şәbi ke mahe-mәn әz xane bineqab dәr ayәd.
 
Ze didәnәt rәvәd әz dide gәr sereşkәm, әcәb nist,
Dәr aftab ço bini ze dide ab dәr ayәd.
 
Ze şәrhe-qesseye-zolfe-to şәb nәxosbәm әgәr çe
Deraz şod ço hekayәt ze dide xab dәr ayәd.
 
Mәgәr ze çine-do zolfe-to kәrde nafe qoşayi
Ke әz nәsime-sәhәr buye-meşke-nab dәr ayәd.
 
Ze geryeәm lәbe-lәlәş şәvәd be xәnde qoşude,
Bәli, bexәnde qol әz geryeye-sәhab dәr ayәd.
 
Ze yade-xuye-roxәş şod Bәhar tәbqozari,
Ço qәtre dәr sәdәf oftәd dore-xoşab dәr ayәd[10].
 
[10] Tərcüməsi:
F.Köçәrli bu qәzәlin altı beytinin bәdii tәrçümәsini aşağıda
verdiyi üçün burada onun yalnız son beytinin tәrcumәsi verilir:
 
Bahar sәnin üzündәki tәr damcısını yada salıb ilhama gәldi.
Damcı sәdәfә düşәndә tәmiz durr әmәlә gәlәr.
 
Әgәr fars әdiblәrinin әn mәşhur vә kamili bu qәzәllәrdәn hәr birini mütaliә edib diqqәt yetirә, anladığımıza görә, yenә dә tәşxis edә bilmәz ki, bunlar türk oğlunun kәlamıdır. Bundan mәlum olur ki, mәrhum Bahar fars dilinin şivәsinә vә üsuli-inşasına bir dәrәcәdә bәlәd imiş ki, onu öz ana dili kimi bilirmiş.
 
Baharın bu qәzәllәri müasiri olan Qaaninin vә sair mәşhur fars şairlәrinin kәlamına bәnzәyir. Xaqani Şirvaninin sәfәhati-İranda o qәdәr adı vә şöhrәti yoxdur, nә qәdәr ki, Baharın namü nişanı vә ehtiramı ziyaddır.
 
Farslar özlәri iqrarü etiraf edirlәr vә Xaqaninin şerlәrini oxuduqda deyirlәr: "Buye-tork miayәd"[11]. Vә lakin Baharın kәlamına o qәbil isnadat verilmir.
 
[11] Tərcüməsi: Türk әtri gәlir.
 
Cinas, eyham, tәşbihat vә istiarat istemalında Bahar mәrhum Qaaniyә bәrabәr imiş. Bu qövlümüzün tәsdiqi üçün axırıncı qәzәldәn bir neçә beytlәrin tәrcümәsini burada gәtirmәyi lazım gördük: Günәş doğub asiman üzrә tülu etdikdә ulduzların cilvәsi pozulub, nәzәrә gәlmәdiyi kimi, şәrabi-gülfam dәxi mәclisә gәldikdә tәsbeh tarları gözdәn düşüb mәhvü nabud olur. Sәnin nurani üzünü gördükdә gözlәrimdәn yaş axmağı tәәccübünә gәlmәsin, zira ki, günәşә hәr kәs baxsa, gözlәrindәn su axar. Sәnin müәttәr vә uzun saçının qissәsini şәrh etdikdә gecәlәr sabaha kimi yatmadığım ondandır ki, hekayәt tul çәkdikdә gözdәn yuxu gedәr. Mәnim ağlamağımdan onun lәlә bәnzәr dodaqları xәndә edib gül kimi açılır, yәni mәn ağladıqca nigarım gülür. Bәli, bunda tәәccüb yoxdur, hәmişә göy üzündә bulud ağlayanda çәmәndә gül xәndә edir vә hakәza.
 
Baharın türk dilindә yazdığı şerlәrdәn bir neçә qәzәllәri әlә düşdü ki, burada dәrc olunur.
 
Qәzәl:
 
Mey nuri cilvә eylәdi cami-bülurdәn,
Cami-büluri gör ki, lәbalәbdi nurdәn.
 
Ruxsarın atәşi mәni yandırdı durdәn[12],
Әlbәttә, yandırar, düşә gün gәr bülurdәn.
 
[12] Tərcüməsi:
"Yandırdı durdәn mәni ruxsarın atәşi" olmalıdır
 
Naz ilә bir xuramә gәl, әmvatә qıl güzәr,
Ta "mәrhәba!" sәsi gәlә әhli-qüburdәn.
 
Zahid sözilә kim büti-meyxanәdәn keçәr,
Özü görәk keçirmi behişt ilә hurdәn[13]?
 
[13] Tərcüməsi:
Zahid sözilә mәn necә meyxanәdәn keçim,
Zahid özü keçәrmi behişt ilә hurdәn?--[olmalıdır].
 
Ol bivәfa tutarmı vәfa ilә dәstimi,
Basmaz ayağını gözümә çün qürurdәn.
 
Meyxanәyә Bahar qürur ilә meyl edәr,
Zahid qüsura meyl qılır [kim] qüsurdәn.
 
Qәzәl:
 
Zülfün kimi qaraldı könül dudi-ah ilә,
Eşqindә iddia edәrәm bu güvah ilә.
 
Netsin o tari-zülfünә bu qan olan könül,
Mümkünmüdür bacarmaq o zülfi-siyah ilә?!
 
Hәr guşәsindә gözlәrinin min bәla yatıb,
Necә can almasın belә göz bir nigah ilә?
 
Lütf ilә yığdı süni-qәza hüsni-ruyinә,
Necә ki, bağban gülü bağlar giyah ilә.
 
Müjgan sәfini sinәmә çәkmәk rәva deyil,
Gәlmәk xәrabә mülkә nә lazım sipah ilә?!
 
Fikri hәmişә qanını tökmәkdir aşiqin,
Muxtardır, nә etmәk olur padişah ilә!
 
Meyxanәyә Bahar girib "ya sәnәm" deyir,
Zahid girәndә Kәbәyә yüz "la ilah" ilә[14].
 
[14] Tərcüməsi:
La ilahә illәllah....--allahdan başqa allah yoxdur.... (Q u r a n ayәsindәn).
 
Qәzәl:
 
Hәr kim ki, hicri-yar ilә düşsә dimağdәn,
Heç açılırmı könlü onun seyri-bağdәn?
 
Sordum sorağını, dedilәr qeyrә yar olub,
Ey kaş lal olaydı dilim bu sorağdәn.
 
Ölmәkdәn özgә yox mәnә eşqindә bir vüsul,
Pәrvanә yanmağın sevәr ancaq çirağdәn.
 
Bir lalә üzlü yar çәkib dağ sinәmә,
Ya rәb, sәn etmә sinәmi xali bu dağdәn!
 
Yetdikdә gül dodağına mey bilmәzәm alır
Meydәn dodaq nәşәni, ya mey dodaqdәn?!
 
Sәnsiz әgәr bahar açıla istәmәz Bahar,
Nә qönçә bardәn açıla, lalә dağdәn.
 
Qәzәl:
 
Aç qara zülfünü ta sәfheyi-ruxsarı tuta,
Xoş olur sünbül әgәr açıla gülzarı tuta.
 
Hәr zaman müşki-Xitadәn iy oğurlar zülfün,
Möhtәsib hanı ki, bu düzdi-xәtakarı tuta?
 
Bilmәyirsәn neçә min aşiq olub zülfünә bәnd,
Zülf qalmaz sәnә gәr hәr biri bir tarı tuta.
 
Hiç insaf deyil, zülfünә canım qurban,
Mәn duram, özgәlәr ol türreyi-tәrrarı tuta.
 
Qorxum oldur ki, görә zülfünü zahid nagәh,
Buraxıb sübheyi-sәddanәni, zünnarı tuta.
 
Nә әcәb etmәsә ol şux mәnimlә göftar,
Neylәsin, yox o qәdәr arzı ki, göftarı tuta.
 
Yalvara-yalvara zülfün nә olur tutsa Bahar,
Çox әcәb sanmayın әfsungәr әgәr marı tuta.
 
Qәzәl:
 
Lәli-lәbin ki, xәlq deyirlәr şәrab ona,
Xasiyyәti-şәrab tapar yetsә ab ona.
 
Şirin lәbin ki, lәl ürәyin qanә döndәrib,
Yoxdur üzündә qanı, deyәn lәli-nab ona.
 
Görmәk şüai-arizini kimdә tabi var,
Bitablıq edib nә salırsan niqab ona?!
 
Gündәn-günә saraldı, görüb hüsnünü yenә,
Girmәz yerә ki, qarşı çıxar aftab ona.
 
Nәfyi-vücudi-nöqteyi-mövhum edәr hәkim,
Ağzın deyәydi kaş açılıb bir cavab ona.
 
Zahid ki, eşqi küfr deyib hökm edәr, Bahar,
İmanә gәlmәz, oxuyasan min kitab ona.
 
Qәzәl:
 
Tutsam şәrabı gәr lәbinә tay, haramdır,
Gәr nöğrә söylәsәm tәninә, hәrfi-xamdır.
 
Ruxsarın üzrә zülfünә baxdım o qәdr kim,
Gördüm ki, gün qürub eylәyib, vәqti-şamdır.
 
Mahi-tamam sәhv ilә bir gün dedim sәnә,
Hәr kәs eşitdi, dedi: bu söz natamamdır.
 
Zalım, bu qәdr könlümü qan etmәyin nәdir,
Qan etmәdim, dedim lәbinә lәl, namdır.
 
Zahid bilirmi hiç miyanın hekayәtin,
Nazik sözü nә bilsin o kәs kim, avamdır.
 
Zahid, tәvafi-Kәbәni qoy, bir güzar qıl,
Meyxanә içrә gör nә sәfalı mәqamdır?!
 
Dedim ki, şәhddir lәbin, ey canı cismimin,
Dedi: görün Bahar nә şirinkәlamdır.
 
Qәzәl:
 
Derdim o mәst gözlәrinin çox bәlası var,
Gördüm o qara zülfü onun da xәtası var.
 
Hәrgiz behiştә meyl elәmәz, huri istәmәz,
Hәr aşiqin ki, sәn kimi bir dilrübası var.
 
Derlәr bahadır ağzına can, bilmәzәm neçün
Bu yox olan şeyin bu qәdәr çox bahası var?
 
Müjganın ilә çeşmini gәr sorsalar nәdir,
Bimar piri gör ki, әlindә әsası var.
 
Bir naz ilә xuramә gәl, ey sәrv, ta görәk
Hüsn içrә hansı sәrvqәdin iddiası var.
 
Yox eybi gәrçi hicrin ilә ölmәgin, vәli
Çeşmin görәndә ölmәgin özgә sәfası var.
 
Fәxr eylә kim, qulamınam, ey xublәr şәhi,
Hansı şәhin Bahar kimi bir gәdası var?
 
Mәrhum Baharın türk lisanında yazdığı başqa kәlamlarından, mәәttәәssüf, әlә gәtirә bilmәdik. Onların vasitәsilә şairin qәdrü qiymәti vә dәrәceyi-kәmalü tәbi-şeriyyәsi daha da artıq tәhqiq vә tәyin olunardı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR