Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - İbrahim İbn Əliyyün-Nəccar Xaqani (II hissə)

Firidun bəy Köçərli - İbrahim İbn Əliyyün-Nəccar Xaqani (II hissə)
Sakura

Firidun bəy Köçərli - İbrahim İbn Əliyyün-Nəccar Xaqani (II hissə)

 
Cәnnәtmәkan Abbasqulu ağa "Qüdsi" tәxәllüs--ki, onun tәrcümeyi-halı gәlәcәkdә zikr olunacaqdır,--"Gülüstani-İrәm" adlı kitabında Nizaminin vә Xaqaninin müasirlәrindәn vә onlardan sonra Qafqaziyada vücuda gәlәn ülәma, şüәra vә hükәma barәsindә filcümlә mәlumat veribdir. Heyfa ki, "Gülüstani-İrәm"-in farsi nüsxәsi әlimizә düşmәdi vә lazımi qәdәrincә ondan istifadә edә bilmәdik. Ancaq rus dilinә tәrcümә elәdiyi bir nüsxәsi müvәqqәti әlimizә keçdi. Fürsәti qәnimәt bilib, aşağıda tәhrir olunan mәlumatı rusdan türkә çöndәrmәklә mәcmuәmizi zinәtlәndirdik. Abbasqulu ağa yazır: ".... Vә hәr әsrin ruhu vә övzayi-әhvalı vә hәr bir millәtin dәrәceyi-kәmalı, tәrәqqi vә tәmәddünü ol әsr vә millәt hasilә yetirdiyi әdәbiyyatdan vә әsari-әtiqәdәn müşahidә olunur. Qafqaziyanın cәnubi-şәrqindә hәddәn ziyadә xәrabә şәhәr, qәsәbәlәr, uçuq hasar vә minarәlәr, qәdim mәbәdgahlar (monastrlar), Aranzәmindә hәvariyyundan müqәddәs Şәmunun qәbri, Bәrdәdә, Gәncәdә, Şamaxıda vә Bülbülә kәndindә imamzadәlәrin rövzeyi- mütәhhәrәlәri vә bunlardan әlavә Şirvan, Şәki, Gәncә, İrәvan, Qarabağ mahallarında bir çox möhtәrәm seyidlәrin, şeyxlәrin vә pirlәrin qәbirlәri ona şәhadәt verir ki, keçmişdә bu yerlәr ülәma, ürәfa vә şüәra mәrkәzi olubdur. Bu yerlәrin mötәdil abü hәvası, münbit torpağı, qalın meşәlәri, dilgüşa vә basәfa dağları vә tәpәlәri, lalәzar çәmәn vә sәhraları, meyvәli vә güllü bağ vә bostanları hәr qisim nemәt vә meyvәcat yetirmәkdәdir. Bu cәhәtә әn qәdim әsrlәrdәn müxtәlif qövm vә tayfaların nәsli burada sükunәt ediblәr. Müxtәlif şәkil vә heykәldә, siyrәt vә surәtdә olan millәtlәrin övladı bu yerlәrdә bәnd olub qalıblar.Onlardan hәr biri elm vә hünәrindәn, cibilli istedad vә qabiliyyәtindәn, ayin vә adәtlәrindәn vә xasiyyәtlәrindәn bir nişan vә әlamәt qoyublar. Belә ki, Qafqaz әhalisi bir çox mәnәvi dövlәt vә irslәrә varis olublar vә şәklü şәmayildә dәxi qeyri millәtlәrdәn tәrcih tapdıqları cәhәtә Qafqaziya ünsürünә (rasasına) Avropa millәtlәri dәxi özlәrini mәnsub qılıblar.
  
Fәqәt Qafqaz xittәsi sabiqdә müttәsil dava vә qovğa meydanı olub, bir an vuruşma vә toqquşmadan asudә qalmayıblar. Bununla belә bu yerlәr ülәma, hükәma vә şüәra sinfindәn xali qalmayıbdır. Burada bir çox mötәbәr vә müqtәdir şәxslәr vücuda gәliblәr ki, hәr biri öz әsrinin fәridi vә mümtazı olubdur. Vә bunu da bilmәk gәrәkdir ki, Qafqaz torpağından çıxıb başqa diyara mühacirәt edәn kәslәr qürbәt vilayәtlәrdә vә әcnәbi mәmlәkәtlәrdә böyük nam vә şöhrәt qazanıblar.
 
Şirvan şahlarının zәmani-sәltәnәtlәrindә--ki, dörd yüz ildәn ziyadә çәkibdir,--bu yerin әhalisi eyni-әmnü asayişdә yaşayıb, vilayәti abad vә mәmur qılıblar. Sәfәvilәr әsrinin ibtidasında Qafqaziyanın bәzi yerlәrindә osmanlılar ilә әcәmlәr arasında bir çox müharibәlәr vüqua gәlmәklә belә vilayәtin övzaü nizamı pozulur. Ancaq Şah Abbasi-dövvüm Qafqazın şәrq sәmtini tәsxir etdikdәn sonra tәzә nizam vә qanun tәsis elәyir vә bu әmnü asayiş Şah Sultan Hüseynin zәmani-sәltәnәtinәdәk davam edir. Vәli Nadir şah zühur edib Dağıstanın üstünә hücum qılır. Yenә davalar başlanır; hәr tәrәfdәn qan sel kimi axır, övzayi-mәmlәkәt nizami-qaydadan düşür....
 
Bununla belә әlimizә düşәn pәrişan namәlәrdәn istifadә edәrәk zeyldә adları zikr olunan ülәma vә әhli-qәlәmlәrimizin tәrcümeyi-hallarına vә әsәrlәrinә dair müxtәsәrәn mәlumat veririk:
 
1. Şeyx Әbuabdullah Әli ibn Mәhәmmәd Badkubeyi bir çox mötәbәr müvәrrixlәrin yazdıqlarına görә, din vә dünya elmlәrindәn baxәbәr bir vücud imiş. Cavan sinnindәn başlayıb әsrinin mötәbәr ülәmasından elm tәhsil etmәyi. Onun müdәrrislәri Şeyx Abdullah Xәfif vә Şeyx Әbülqasım Kaşifi kimi böyük alimlәr olubdur. Mәşhur Şeyx Әbuseyid Әbülxeyr ilә onun arasında bәzi elmi vә fәnni mübahisәlәr vüqua gәlibdir. Şeyx Әbülabbas ilә mabeynlәrindә ülfәt vә dostluq әlaqә bağlayıbdır. Mәzkur Әbülabbas Şeyx Әbüabdullah Әli Badkubeyinin alim vә fazil bir vücud olmağını öz әsәrlәrindә zikr vә tәsdiq edibdir. Şeyx Әbuabdullah ömrünün axırlarında dünyadan vә xalqdan qәti-әlaqә edib, Şirazın yaxınlığında bir mağarada etikaf vә ibadәtә әylәşir. Burada şeyxi öz әsrinin mәşhur ülәma vә füzәlası ziyarәt edәrmiş. Vәfatı hicrәtin 442-ci tarixindә vaqe olubdur ki, miladın 1051-ci ilinә mütabiqdir. Asari-qәlәmiyyәsi olubsa da, bizә erişmәyibdir.
 
2. Mәhsәti Gәncәvi vәcihә vә nәcibә bir qız imiş. Sultan Sәncәr Sәlcuqinin sarayında artıq şöhrәt kәsb etmişdi. Fünuni-şerdә әn zәrifә vә qabilә
bir vücud imiş, tәbiәti-şeriyyәsi var imiş. Gözәl vә dilpәsәnd qәzәllәr inşad edәrmiş. Әşarü asarından bir çox nümunәlәr "Atәşkәdә"dә mәsturdur.
 
3. Fәlәki Şirvani öz әsrinin әn mәlumatlı vә xoştәb şairlәrindәn birisi hesab olunur. Onun әsl adı Mәhәmmәddir vә necә ki, yuxarıda zikr olundu, Xaqaninin müasiri vә dostu imiş. Rәvayәt olunur ki, cavanlıq sinnindә ikәn bir münәccimin oğlu ilә dostlaşıb, onun atasından münәccimlik elmini öyrәnmişdi vә bu elmdә artıq mәharәt vә qabiliyyәt büruz etmişdi. Fünuni-şerdә dәxi ustadi-şüәra Әbülüladan tәlim almışdı vә münәccimlik elmini sevdiyindәn "Fәlәki"
tәxәllüsü götürmüşdü. Bir çox әşarı "Tәzkirәtüşşüәra"da zikr olunubdur. Onlardan әn mәqbul vә sәlisi Şirvan mәnuçehrlәrinin şәnindә yazdığı qәsidәlәrdir.
 
4. İzzәddin Şirvani dәxi Xaqaninin müasiri olub, ziyadә danişmәnd vә maarifpәrvәr bir vücud imiş. Dövlәtmәnd vә alitәb, bir şәxs olduğu üçün müdam onun mәclisi ürәfa, ülәma vә şüәra ilә ziynәtlәnәrmiş; şüәra sinfinә cümlәdәn ziyadә riayәt göstәrәrmiş vә bәzi kәlami-bәliğindәn müqtәdir şair olduğu görünür.
 
5. Mücirәddin Beylәqani cavan ikәn Şirvana azim olub, burada hәkim Xaqaniyә şagird olur. Fünuni-şerdә ondan tәlim alıb, özü dәxi şer yazmaqda mahir olur. Xaqani yazdığı әşarü kәlamın üzünü ağardarmış. Şirvanda olan vaxtı Mücirәddin Xaqaninin әqrәbalarından birisinin qızına aşiq olub, onu almaq istәyir, vәli biçiz vә fәqir şair mәn olunur vә öz müәllimindәn gözlәdiyi kömәyi vә tәrәfdarlırı görmәyib, mәyusanә Azәrbaycan diyarına azim olur vә burada öz kamal vә mәrifәti sayәsindә Atabәyin әn müqәrrәb adamlarından birisi olur. Atabәyin vasitәsi ilә Qızıl Arslanın vә fәrzәndi Sultan Toğrulun hüzuruna müşәrrәf olur. Hәr iki sultanın şәnlәrindә gözәl qәsidәlәr inşad qılmışdı.
 
6. Hüseyn ibn Әli Seyid Zülfüqar Şirvani özünün elmi vә tәbiәti-şeriyyәsi ilә iştihar bulmuşdu. Şirvan vüzәrasından Sәdr Sәid onun yazdığı bir qәzәlә әvәz olaraq yeddi xarvar ipәk ona bәxş etmişdi. Axır vaxtlarda Seyid Zülfüqar Xorasana әzimәt edib, orada Sultan Mәhәmmәdin tәcümeyi-halını vә ümurisәltәnәtdә icra etdiyi gözәl tәdbirlәrini nәzm ilә yazmışdı. Sonra Hülaku xanın oğlu Әbakә xanın vәziri Atabәy Yusif Seyid Zülfüqarı ömrünün axırına kimi öz tәhti-himayәsinә alıb, şairin haqqında lütfü ehsanatını әsirgәmәzdi. Seyid Zülfüqar Әbakә xanın zәmani-sәltәnәtindә Tәbrizdә vәfat edibdir vә "Mәqbәrәtuş-şüәra"da dәfn olunubdur.
 
7. Әbusәid Abdal Badkubeyi bәzl vә ehsanı ilә vә mehmannәvazlığı ilә şöhrәt kәsb etmiş dәrvişsifәt bir zat imiş. Bakı şәhәrinin yaxınlığında sükunәt edәrmiş. Cüzi mәdaxilinә qane olmaqla belә füqәraya kömәk vә evinә gәlәn qonağa hörmәt vә inayәt göstәrәrmiş. Padşahlardan fәrman ilә ona verilmiş neft quyusundan vә Şibanidәki әkin yerlәrindәn yetişәn mәhsulat, fәrmanların hökmüncә, onun vәfatından sonra da füqәra vә mәsakinә tәqsim olunarmış vә qәbrinin üstündә olan mücavirlәrә vәzifә verilәrmiş vә lakin müruri-әyyam ilә Şirvan şahlığında vüqua gәlәn inqilab vә siyasi hadisәlәr tәsirindәn Әbusәidin mәscid vә hücrәlәri vә müsafirxanası tәxrib vә qәbri sәdәmeyi-ruzgardan torpaq ilә yeksan olur.
 
Hicrәtin 1232-ci tarixindә ki, miladın 1817-ci sәnәsinә mütabiqdir, Hacı Qasım bәy vәlәdi-Mәnsur xan Badkubeyi Әbusәidin qәbrini axtarıb tapır vә mәscidini hücrәlәri ilә vә müsafirxanası ilә tәrmim qıldırır. Mәscidin vә müsafirxananın vә neft quyusunun açılmağından yәqin olunur ki, bu haman dәrviş Әbusәidin binalarıdır ki, onun vәsfi-şәnindә Mәhәmmәd ibn Mahmud "Nәfayisül-fünun" adlı kitabında bu minval yad etmişdi ki, Hülaku xanın nәvәsi Sultan Mәhәmmәd xan Xudabәndә--ki, miladın 1314-cü tarixindә tamami İrana padşahlıq edirmiş, Badkubә şәhәrinin canibindә bir dәrvişә rast gәlir ki, orada bir neft quyusu qazdırıb, onun mәdaxili ilә hәm özü mәaş edәrmiş vә hәm dә müsafirlәrә vә füqәraya xәrc qılarmış. Dәrviş mәzkur adәtinә görә, padşaha da ziyafәt tәrtib qılır. Sultan Mәhәmmәd Xudabәndә dәrvişin bu himmәt vә alitәbliyini gördükdә ona pürqiymәt töhfәlәr bәxşiş elәyir, vәli Әbusәid qәbul etmәyib deyir: "O qәdәr ki, mәnә lazımdır, varımdır. Daha başqa şeyә ehtiyacım yoxdur!" Әbusәidin cavabı sultana o qәdәr xoş gәlir ki, onun әlini sıxıb, dost vә qardaş olmağına әhdü peyman edir. Dәrviş bәzi vaxtı dostuna cüzi hәdiyyәlәr göndәrәrmiş vә sultan o hәdiyyәlәri satdırıb onlardan hasil olan mәblәğә özü üçün kәfәnağı aldırmağı vәsiyyәt etmişdi.
 
Әbusәidin asari-qәlәmiyyәsindәn bizә bir şey vasil olmayıbdır.
 
8. Seyid Yәhya Badkubeyi hicrәtin sәkkizinci әsrindә bu vilayәtdә böyük alim vә müdәrrislәrdәn hesab olunurmuş. Qafqazın hәr tәrәfindәn tәlәbә vә suftәlәr
onun başına cәm olub, elm mәrifәt kәsb edәrlәrmiş. Ülumi-diniyyәyә dair bir çox mötәbәr әsәrlәri vardır. Seyid Yәhyanın adı bәzi şәri kitablarda kәmali-
ehtiram ilә zikr olunubdur. Onun ibadәt etdiyi hücrә vә mәdrәsәsi Abbasqulu ağa Qüdsinin әsrindә mövcud imiş. Mәscid mәrhumun adı ilә tәsmiyә olunub--"Seyid Yәhya mәscidi" adlanarmış.
 
9. Şeyx Molla Yusif Müsküri әslәn әrәb imiş. Abavü әcdadı hicrәtin yeddinci әsrindә Mәdinәdәn Qafqaza hicrәt ediblәr vә ibtidada Qarabağ mahalında
sakin olarlarmış. Bәdә Qarabağdan Quba mahalına köçüblәr vә burada "Müskür" adlı mәhәldә Şeyx Molla Yusif tәvәllüd edibdir. Şeyxi-mәzkur ibtidai tәlimdәn sonra Seyid Yәhya Badkubeyinin hüzuruna gedib, ondan ülumi-ilahiyyәni vә ehkami-şәriyyәni tәhsil etmәyә başlayır. Seyid Yәhyanın tәhti-tәrbiyәsindә şeyx xeyli müddәt kәsbi-kәmal edib öz zehn vә istedadı ucundan bir çox elmlәrә dara olur vә ustadi-möhtәrәmi onun müdәrrisliyinә xeyir-dua edib yola salır. Şeyx Molla Yusif öz vәtәninә müraciәt edib müdәrrisliyә qurşanır vә bir çox möhtәrәm şәxslәr onun tәdris vә tәlimi bәrәkәtindәn ad vә şöhrәt qazanırlar, xüsusәn, onun istәkli şagirdi qubalı Şeyx Mәhәmmәd öz әsrinin fәridi olur. Şeyx Molla Yusifin nәsli camaat içindә vә el arasında hәmişә әziz vә möhtәrәm sayılıblar. O qәryәdә ki, şeyx dәfn olubdur vә onun övladı sakindirlәr, şeyxin adı ilә mәzkur qәryә tәsmiyә olunubdur--"Şeyxulla" kәndi adlanır. Şeyx Molla Yusifin әsәrlәrindәn bizә yetişәn onun әrәb dilindә "Bәyanul-әsrar" adlı yazdığı kitabıdır. Bu kitab bir müqәddimәdәn vә iyirmi dörd babdan ibarәtdir ki, mәalı insanın әhvalı-ruhiyyәsinә vә әxlaqü әtvarına şamildir. Şeyx vәfat edibdir hicrәtin sәkkizinci әsrinin axırlarında.
 
10. Bәdr Şirvani öz әsrindә әn zәrif şairlәrdәn birisi hesab olunurmuş. Şerşünaslıqda vә elmi-tәnqiddә artıq dәrәcәdә mәharәti var imiş. Xeyli zaman Şirvanda nazü nemәt içrә möhtәrәm yaşayıb. Әsәrlәrindәn bir neçәsi bizә yetişibdir. İranın mәşhur şairlәrindәn Katibi Turmizi Bәdr Şirvaninin ziyarәtinә Şirvana gәlib, xeyli vaxt aralarında fünuni-şer vә әdәbiyyat babında mübahisәlәr olubdur. Dövlәtşahın dilindәn rәvayәt olunur ki, Şirvan valisi Әmir İbrahim Katibinin bir şerinә bәdәl olaraq ona on min dinar qızıl bağışlayır. Bu mәblәği Katibi bir ayın müddәtindә Şirvan karvansarasında sәrf elәyir: o, pulun bir hissәsini fәqir şairlәrә vә bir hissәsini dә füqәraya verir, bir hissәsini dә oğurlayırlar. Belә ki, ay tamam olmamış Katibinin yemәyә bir batman unu da qalmır. Bu halda Әmir İbrahimә aşağıdakı mәzmunda bir şer yazıb göndәrir: "Dünәn aşpazıma әmr etdim ki, mәnim vә qonağımın aclığını rәf etmәk üçün bağri bişirsin. Aşpaz mәnә cavab verdi ki, evimizdә bir az әt vә yağ olur ki, tapılsın, amma unu kim verәcәkdir, o mәlum deyil. Mәn ona dedim ki, göyün dәyirmanını işlәdәn kәs bizә un verәr".
 
11. Әbdürrәşidi-sani Badkubeyi tәvәllüd edibdir hicrәtin 805-ci ilindә ki, miladın 1403-cü tarixinә mütabiqdir. Әsәrlәrindәn qalanı әrәb dilindә yazdığı coğrafiya kitabıdır ki, onda rusların, slavyanların, varyakların, peçeneqlәrin haqqında müfәssәl mәlumat veribdir. Avropa ülәmasından mәşhur akademik Fren "İbn Fәdlan" nam adlı tәb olunmuş әsәrindә Әbdürrәşid Badkubeyi yazdığı coğrafiyadan bir çox mәlumat әxz etmişdir.
 
12. Kәmalәddin Mәsud Şirvani çox böyük ülәmadan birisi hesab olunur. Uzun müddәt Heratda Sutan Hüseyn Bayqarının zәmani-sәltәnәtindә müdәrris olubdur. 905-ci tarixi-hicriyyәdә Heratda vәfat edibdir. Xorasan ülәma vә hükәma firqәsi Kәmalәddin Şirvaninin elm vә fәzlini kәmali-ehtiram ilә öz әsәrlәrindә zikr ediblәr.
 
13. Müsahib Gәncәvi--ki, Kәrbәlayı Әlixan Ziyadoğlu ismilә mәşhurdur,--Gәncә vә Qarabağ bәylәrbәyisi olubdur. Ziyadә xirәdmәnd, baxәbәr vә xoşsöhbәt bir vücud imiş. Şah Abbas Sәfәvinin lütf vә inayәtinә nail olduğu üçün "Müsahib" lәqәbi almışdı. Ümuri-mәmlәkәtdә ziyadә mahir vә durbin olduğundan maәda şerşünaslıqda yәdi-beyzası var imiş. Özü dәxi şer deyәrmiş vә bir çox şer vә qәzәllәri qalıbdır.
 
14. Molla Mirzә Şirvani ziyadә alim vә fazil bir zat imiş ki, hәr növ elmdәn baxәbәr vә öz әsrinin filosofu sayılırmış. Ülәma firqәsilә müttәsil müzakirә
vә mübahisәdә olub, hәr kәsә ariz olan elmi müşkilat vә şübhәlәri kәşfü bәyan edәrmiş. Abbasqulu ağa Qüdsinin zamanında da Molla Mirzә Şirvaninin adı İranzәmindә tәhsin ilә yad olunarmış. Ömrünün axır vaxtlarını İsfәhanda vә Kәrbәlayi-müәllada ülәma vә müctәhidlәr zümrәsindә keçiribdir. Vәfatı da
orada olubdur, Şah Sultan Hüseyn Sәfәvinin zәmani-sәltәnәtindә.
 
15. Molla Mәhәmmad ibn Molla Nәşәfәli Badkubeyi öz әsrinin alim vә fazil bir şәxsi imiş ki, hәr növ elm vә fәnlәrә dara imiş. Ziyadә xoşxülq, paktinәt bir vücud olduğu üçün cümlәnin hörmәt vә rәğbәtini kәsb etmişdi. Mirzә Mәhәmmәd xani-dövvümün müәllimi vә mürәbbisi olubdur. Bir neçә mötәbәr әsәrlәri qalıbdır ki, onların cümlәsindәn Şeyx Bәhaәddinin "Kәşkül" nam әrәb lisanında yazdığı kitabın şәrhi ilә farscaya tәrcümәsidir. Bu tәrcümәni Molla Mәhәmmәd Fәtәli xanın fәrmayişi ilә elәyibdir. Sәhih rәvayәtә görә, Molla Mәhәmmәd ilә Mәhәmmәd Çәlәbi Әlicәli sünnü vә şiә mәzhәb arasında olan nifaq vә әdavәti götürüb, sülh vә saziş etmәk üçün xeyli müddәt müzakirә vә müşavirә ediblәr vә bu xüsusda Mәhәmmәd Çәlәbi әrәb dilindә mötәbәr bir kitab yazıbdır. Haman kitabı әrәbdәn fars dilinә mәrhum Abbasqulu ağa Qüdsi pәdәri Mәhәmmәd xani-saninin buyurmağı ilә tәrcümә elәyibdir.
 
16. Hacı Mәhәmmәd Çәlәbi Әlicәli Qübbә nahiyyәsindә öz әsrinin bilikli vә gözüaçıq alimlәrindәn sayılırmış. Hacı Mәhәmmәd Çәlәbinin hәr elmdәn xәbәrdarlığı var imiş. Xüsәsәn, ülumi-ehkami-şәriyyәdә әmsalı yox imiş. Mәrhum Çәlәbinin bir neçә mötәbәr әsәrlәri qalıbdır ki, ülәma indindә mәqbul vә bәzilәri dәsturülәmәl hökmündәdirlәr. Hacı Mәhәmmәd Çәlәbi yeddi dәfә Hәcc ziyarәtinә gedibdir, vәfatı hicrәtin 1223-cü ilindә vaqe olubdur ki, miladın 1808-ci salına mütabiqdir. Zәmani ki, Mustafa xan rus qoşununun içindә Quba hәvalisindә Şıxәli xan ilә müharibә edirlәrmiş Hacı Mәhәmmәd Çәlәbinin cәsәdini dәfn etmәk üçün şәhәr qәbristanlığına gәtirirlәr. Bu әsnada alimin cәsәdinә ehtiram göstәribәn hәr iki tәrәf yaraq vә әslәhәlәrini yerә qoyub, müvәqqәti sülh edirlәr.
 
17. Mәstәli Şirvani--ki, әsl adı Hacı Zeynalabidin ibn Axund İsgәndәrdir.--tәvәllüd edib şәhri-Şamaxıda hicrәtin 1194-cü ilindә ki, tarixi-mәsihiyyәnin 1779-cu salına mütabiqdir. Altı ay onun tәvәllüdündәn sonra atası Axund İsgәndәr әhlü әyalını götürüb gedib Kәrbәlayi-müәllaya. Mәstәli Şirvani on yeddi yaşına kimi bәzi elmlәri öz atasından vә sair mәşhur alimlәrdәn tәhsil edibdir vә cavan ikәn dәrvişlәr silkinә daxil olub, dәrviş Mәsumәli şah Hindistaninin tәlim vә söhbәtindәn istifadә edir. Bundan sonra Bağdada köçüb, orada elm vә biliyini kamala yetirmәk üçün Nurәli şah İsfәhanidәn başlayır dәrs almağa. Elmini tamam edәndәn sonra İraqi-әcәmә, Gilana, Şirvana vә Azәrbaycana sәfәr edib, hәr mәkanü mәhәldә bir neçә vaxt iqamәt edib, tәcrübә vә biliyini daha da artırır. Mәstәli Şirvani Azәrbaycandan azim olur Tәbәristana, oradan Xorasana, Kürdüstana, Zabilistana vә Kabula әzimәt edir. Hәr yerin ülәma vә hükәması ilә aşina olub, mәclislәrinә daxil olur. Xeyli müddәt Hәsәnәli şahın xidmәtindә qalıb, hüsni-tәvәccöhlәrinә müvәffәq olur va onun vәfatından sonra--ki, vaqe olubdur Hindistanda Pişavәrdә 1216-cı (1802) tarixindә,--Mәstәli Şirvani Pәncab sәmtinә vә oradan Dehliyә, Allahabada, Benqalya, Dәkәnә vә Hindistanın sair yerlәrinә sәfәr edib. Bәd Hindistan vә Xita cәzirәlәrini gedib gәzir.
 
Bundan sonra Mәstәli Multandan keçib Kәşmirә, Müzәffәrabada vә oradan keçib Kabula, Tәbәristana, Bәdәxşana, Xorasana, İraqa vә İraqdan Farsa. Bu uzun vә pürzәhmәt sәyahәtdәn sonra Mәstәli bir neçә müddәt yorğunluğun almağa mәcbur olur. Bir az rahat olandan sonra Mәstәli yenә sәyahәt qәsdilә Әrәbistanın çox yerlәrini vә qәrbi-cәnubunda olan şәhәr vә qәsәbәlәri gәştü güzar edib, oradan Hәbәşә keçibdir vә bir az vaxt orada iqamәt edәndәn sonra Mәkkәyә qayıdıbdır. Mәkkәdәn Mәdinәyә vә Mәdinәdәn Әlqahirәyә, oradan Qüdsi-Xәlilә vә Qüdsdәn Arçıblaq cәzirәlәrinin bәzini seyr edib İstambul tәrәfinә azim olubdur vә İstambulda bir müddәt iqamәt etdikdәn sonra Rumeli şәrqinә vә Bolqarıstana gedib, o yerlәrin әhalisi vә övzaı ilә filcümlә tanış olur vә bәd yenә İstambula qayıdıb vә oradan Anadoluya, Diyarbәkr vilayәtinә vә Diyarbәkrdәn Ermәnistana vә buradan Azәrbaycan sәmtinә azim olur. Azәrbaycanın bir çox yerlәrini gәzdikdәn sonra Tehrana sәfәr edir.
 
Mәstәli Şirvani hәr iki sәyahәtindә dünyanın yarısını gәştü güzar edib, altmışdan ziyadә müxtәlif ayin vә adәt üzrә yaşayan vә yek-digәrinә ziddü müğayiri-dinü mәzhәb, ehkam vә üsulunu icra edәn milәl vә әqvam ilә tanış olubdur vә "Riyaz" adlı kitabında yuxarıda zikr olunan dinlәr vә mәzhәblәr babında vә hәr bir yerin tarix vә coğrafiyasına vә әhalisinin mәişәtinә dair әtraflı mәlumat veribdir. Mәstәli Şirvani bir neçә vaxt dәrviş-mәczub Әli şah Hәmәdaninin yanında qalıb, Nemәtullah mәzhәbilәrin şeyxi vә müәllimi olmağa xeyir-dua ilә icazә alıbdır. Amma dünyagir vә nәfspәrәst ülәmadan bәzi onun ziddinә gedib, әdavәt başlayıblar vә onu dini-islama müğayir başqa bir әqidәdә olmaqla Fәtәli şahın nәzәrindә müttәhim vә müqәssir ediblәr.
 
Mәzkur şahın qәzәbindәn ehtiyat edib, Mәstәli Şirvani әvvәlcә Şiraza vә oradan Kirmana azim olur. Kirman hakimi İbrahim xandan çox iza vә cәfalar çәkib axırda öz vәtәni Şirvana müraciәt elәyir vә burada hicrәtin 1236-cı tarixindә--ki, miladın 1821-ci salına mütabiqdir,--evlәnir. Amma vәtәnindә çox vaxt sakin olmaq ona nәsib olmur. Tәәhhülündәn bir il sonra vәba naxoşluğu düşür vә çox adamlar tәlәf olur. Mәstәli әyalını götürüb İrana gedir. Bir az İsfәhanda vә bәd Qum şәhәrindә sakin olur vә burada öz "Sәyahәtnamә"sini yazır."
 
Abbasqulu ağa Qüdsinin zamanında Mәstәli Şirvani Şirazda olurmuş vә özü dә hәm әrkani-dövlәt indindә vә hәm camaat nәzәrindә möhtәrәm vә müәzzәz bir alim sayılırmış.
 
Burada adları zikr olunan mәşhur qәlәm әhllәrindәn vә ülәmadan başqa Qafqaziyada hәr bir әsr vә zamanda sair möhtәrәm vә danişmәnd şәxslәr dәxi vücuda gәlibdir ki, özlәrindәn sonra әsәrlәri qalıbdır vә o әsәrlәr cümlә ürәfa vә әrbabi-kәmal indindә mәqbuldur. Mәrhum Abbasqulu ağa onların tәrcümeyi-hallarına dair mәlumat vermәyibdir; ancaq ismi-şәriflәrini zikr etmәklә iktifa edibdir. Şeyxlәrdәn mәşhuru bunlar olub: "Sәlyanda Әbuәli Rudbari Sәlyani, Şabranda Şeyx Yaqub Çәrxi, Qubada Şeyx Әbdülkәrim vә Şirvanda Baba Rüknәddin Şirvani. Ülәmadan: Sidqullah Bәrdәvi, Hәnәfi Qarabaği, İbrahim Әrşi, Ağdaşda Bürhanәddin Ağdaşi, Şәkidә Әbdürrәhim әfәndi Şәkui, Mәhәmmәdәmin әfәndi, Әyyub әfәndi, Baba әfәndi, Şirvanda Axund Şәrif Şirvani, Bakıda Axund Nәcәfәli Badkubeyi vә Dәrbәnddә Mollaağa Dәrbәndi.
 
Şüәradan: Nişat, Ağamәsih Şirvani, Mirzә Әsgәr, Zülüla Şirvani Yusif Kosa, Asәf, Molla Pәnah Vaqif, Molla Vәli Vidadi, Mirzә Mәhәrrәm Mәriz Qarabaği vә Fәtәli bәy hali Ziyadoğlu Gәncәvi.
 
Dağıstanda mәşhur ülәmadan bunların adları zikr olunur: Mәhәmmәd Qәdәqi, İbrahim Ürәvi, Fazil İmaqi, Yusif Zәrif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.
 
Yuxarıda isimlәri zikr olunan şüәradan--ki, cümlәsi xan әsrlәrinә mәnsubdurlar,--әn mәşhuru Molla Pәnah Vaqifdir ki, öz әsrinin vә ondan sonra vücuda gәlәn bir çox şüәranın ustadı vә pişrәvi olubdur. Sadә ana dilimizin şivәsindә әvvәlcә şer yazan Molla Pәnah Vaqif olubdur.
 
Kitabımızın әvvәlinci cildindәn Molla Pәnah dövrü başlanır. Çün Molla Pәnah cavanlıq sinnindәn әsl vәtәni olan Qazax mahalını tәrk edib, Qarabağ xanlığına hicrәt elәyibdir vә orada İbrahim xanın әn müqәrrәb adamlarından birisi olub vә ömrünün axırına kimi Qarabağda qalıb namü şöhrәt qazanıbdır, ona binaәn onun tәrcümeyi-halına rücu etmәkdәn müqәddәm lazım bildik ki, yeni bina tutmuş Qarabağ xanlığının övzavü әhvalından şәmmәi mәlumat verәk; bir halda ki, şairin sәrgüzәştini Qarabağ xanlığının tarix vә keyfiyyәtindәn ayırmaq olmaz vә bundan maәda Şuşa şәhәri mәnbeyi-fәzlü kamalat olub, bir çox mahir әdiblәr vә rәvantәb şairlәr әrseyi-vücuda gәtiribdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR