Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (I hissə)

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (I hissə)
Sakura

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (I hissə)

Molla Pәnah Vaqifdәn sonra mәrhum Kazım ağa Salik nәinki vahid Qazax mahalında, bәlkә tamami Zaqafqaziyada zühur edәn şüәranın müqtәdirlәrindәn birisi hesab olunur. Bu anacan millәtimiz içindә onun şöhrәt vә hörmәt kәsb etmәdiyinә ümdә sәbәb asarının mürәttәb bir qayda üzrә tәb vә nәşr olmadığıdır. Bu kәmetinalıq vә qәdirbilmәmәzlik tәk bir Saliki-mәrhumun haqqında olmayıb, çox şüәra vә üdәbamızın halına şamildir.
  
Çox mәrifәt vә kamal sahiblәrinin ismü әsәrlәrindәn bir әlamәt qalmayıbdır. Kazım ağa Salik tәvәllüd edibdir Şıxlı qәryәsindә 1195 (1781)-ci tarixdә. Tәlim vә tәrbiyәsi öz vәtәnindә olubdur. Vәli onun әsil vә nәsәbi Şәmkirdәndir ki, ona indi Şamxor deyilir.
  
Anası Dilbaz nücәbalarındandır. Salikin babalarına Şıxzadә deyirlәrmiş ki, sabiqdә Qazaxlı qәryәsindә sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qәryәsini bina etdiribdir vә şair,--necә ki, fövqdә zikr olundu,--haman qәryәdә vücuda gәlibdir.
  
Bu halda şıxlinskilәrin bir parası Qazaxlıda vә bәzilәri Şıxlı kәndindә sakindirlәr. Öz әsil vә nәsәbi barәsindә şair Tuba adında bir sevgilisinin mәdhindә yazdığı şerdә deyibdir:
 
Zәhi Tuba ki, xurşidә xәcalәt göstәrir hәr gah,
Niqabın salsa ruyindәn, başından hәm sәrәndazi.
 
Nә mәtlәb istәr idim hasil olurdu o dilbәrdәn,
Xudavәnda, kәm etmә el içindәn ol mühümsazi.
 
Adım Kazım, vәli "Salik" lәqәb, şerdә mәşhurәm-- 
Ki, övtanım kәnari-Kür, şikargahım Qarayazi.
 
Binayi-bixi-nәxli-әslimiz Şәmkirdir әmma,
Vәli tifli-vücudumdur mәkidә şiri-Dilbazi.
 
Şeyxzadә deyәrlәr bizlәrә, gәlmiş Qazaxlıdan,
Şıxlı qәryәmizdir, hәm biziz ol qәryә ezazi.
 
Vәli min iki yüz qırx dördә gәldi tarixi-hicri-- 
Ki, üç yüzdәn keçibdir nәslimiz, oldur çoxu azi.
 
Sәnә, Salik, nә xidmәt hasil oldusa o dilbәrdәn,
Yәqinimdir ki, hәrgiz etmәdin tәxirü iğmazi.
 
Kazım ağa ziyadә qabil, fәhmi iti vә zehni güşadә bir vücud imiş ki, hәr şeyin әsil vә mahiyyәtini bilmәk onun cibilli xasiyyәtindәn imiş. Şairin öz vaxtına görә yaxşı elmi var imiş. Türk dilini bildiyi kimi, fars dilini dә mükәmmәl bilirmiş vә o dildә abdar şer vә qәzәllәri mövcuddur.
 
Türk dilindә yazdığı әsәrlәrin cümlәsi nәzm ilәdir. Şeri vә qәzәllәri mövzundur. Salik dünyada altmış bir sәnә ömr edibdir. Tarixi-vәfatı qәbir daşı üstündә yazılıbdır; 1258 (1842)-ci sәnәdә dari-bәqaya rehlәt edibdir.
 
Rus şairlәrindәn Puşkinin vә Lermontovun müasiri imiş. Qarabağ şairi Mirzәcan bәy Mәdәdov ilә irsal-mәrsulu var imiş. Bir şerindә onu tәrif edib deyir:
 
Sәnsәn cahanda fikri-bikr ilә misli-Mәryәm,
Nola çıxarsa şerin İsa tәk asimana. 
 
Әhibbalarından knyaz Palandova--ki, o vaxtı Qazax mahalının hakimi imiş,--yazdığı bir kәlamında şüәrayi-Azәrbaycandan bәzilәrini belә tәrif vә tövsif qılmışdır:
 
Sәnә daim işim xeyir-duadır,
Әgәrçi saxlayan xәlqi xudadır.
 
Dәmadәm bülbüli-tәbim sәdası
Sәhәrgahan sәnә mәdhü sәnadır.
 
Oxu şerimi, ey mәxdumzadә,
Bilirsәn ancaq ixlasım sanadır.
 
Xudavәnda, Palandovun sәxasın
Füzun et kim, mәnim dәstim onadır.
 
Әdalәt, hәm hidayәt ver ona, çün-- 
Ki, mәlcәi-mәsakinü gәdadır.
 
Qamu alәm bulub ondan mәramın,
Nә tәnha şәfqәti ancaq manadır.
 
Kәmalü rifәti-Şirvan mәlum,
Maarif mәdәni xaki-Qubadır.
 
Neçә әhli-bәlağәt var onda,
Biri Ağabәyü Mirzә Babadır.
 
Biri "Qüdsi" lәqәb Abbasqulu bәy,
Diyari-nәzmü şerә padişadır.
 
Qazax içrә olub şairlәr, әmma
Әsami onların biintәhadır.
 
Biri Vaqif ki, mәşhuri-xәlayiq,
Gözәl mәdhindә mәlumi-şümadır.
 
Biri xәstә Vidadi, tәbi mövzun-- 
Ki, bәhri-nәzmü şeri cabәcadır.
 
İlahi, ol iki mәğmum pirin
Günahi dәrdinә sәndәn dәvadır.
 
Biri "Şair" lәqәb mәzlum şair,
Xәdimi-padişahi-Kәrbәladır.
 
Biri Arif, kona cövr etdi dövran-- 
Ki, qürbәtdә şәhidü mübtәladır.
 
Xudavәnda, qulundur Әbdürәhman,
Tarәhhüm qıl biri çün Mustafadır.
 
Mәhali-Borçalıdan şair olmaz,
Çıxan bir Şәmsәdinlidәn Cәladır.
 
Bunun tәk Qәlәlidәn gәldi Rizvan,
Kәlamü nüsxәsi behcәtnümadır.
 
Biri Sadiq, biri Kazım, xülasә;
Oların ismi ismi-evliyadır.
 
İki dostun arasında әdavәt
Büruz etmәk nә rәsmi-aşinadır?
 
Әbubәkrü Ömәr, Osman came,
Dәxi püştü pәnahım Mürtәzadır.
 
Qәzәl söylә ki, olsun yadigarın,
Qәzәl şәrh et ki, bu dünya fәnadır.
 
Gәl әl çәk, Salika, hәrcayi sözdәn,
Deyәrlәr ki, sәnә bәy bihәyadır.
 
Sәnә layiq deyil bihudә sözlәr,
Sәnin tәbin ki, bundan masәvadır.
  
Kazım ağanın bu kәlamı onun gözәl kәlamlarından birisi olub, mәzmunca dәxi bunun bir çox sair әsәrlәrinә tәrcihi vardır. Şair öz әsrinin üdәba vә şüәrasını kәmali-ehtiram ilә yad edib, hәr birisini özünәmәxsus sifәtlә zikr qılır, mәrhum Abbasqulu ağa Bakıxanovu diyari-nәzmü şerә padşah bilir:
 
Biri "Qüdsi" lәqәb Abbasqulu bәy,
Diyari-nәzmü şerә padişadır.
 
Kәlamın axırında, sәbәb nә olubsa, Kazım ağa tövsәni-tәbinin başından cilovu çıxarıb, bir neçә namünasib sözlәr söylәyibdir ki, onların mәcmuәmizә sığınacağı yoxdur. Şair özü dә filfövr peşman olub deyir:
 
Gәl әl çәk, Salika, hәrcayi sözdәn,
Deyәrlәr ki, sәnә bәy bihәyadır.
 
Sәnә layiq deyil bihudә sözlәr,
Sәnin tәbii ki, bundan masәvadır.
  
Knyaz Palandov, Salikin yazmağına görә, bir mürüvvәtli vә adil divanbәyi imiş ki, onun aqilanә tәdbir vә binagüzarlığı ilә xeyli bәd vә bihesab işlәr qәt olunub, camaat әmnü asayiş üzrә dolanarmış. Necә ki, şair onun haqqında deyibdir:
 
Beborid paye-dozdi dәr vadiye-şәrarәt,
Xun miçekәnd dәmadәm әz xәncәre-әdalәt. 
 
 Tərcüməsi:
Şәrarәt vadisindә oğruların ayağını kәsdi,
Әdalәt qılınçından daim qan damar.
 
Salikin başqa bir kәlamından belә anlaşılır ki, o vaxtlarda oğurluq, yol kәsmәklik vә çapovul hәddәn aşıbmış. Qazax mahalında doğruluq vә düzlük bilmәrrә yox imiş vә oğruların әdәdi o qәdәr çox imiş ki, ölünün kәfәnini soyarlarmış. Necә ki, şairin sözü buna dәlalәt edir:
 
Ze besyare-dozde-kәce-rahzәn
Ke, bordәnd nagәh ze morde kәfәn. 
 
 Tərcüməsi:
Nәhs, yolkәsәn oğruların çoxluğundan
Bәzәn ölünün kәfәni dә oğurlanırdı.
 
Bu şuluqluq vaxtları Qasım bәy Zakir Qarabağinin oğrulardan şikayәt etdiyi zamana tәsadüf edir. Belә ki, Zakir dә oğrulardan şikayәt edib deyir:
 
Qarabağda nә day qaldı, nә dana,
Bu gün, sabah hәrә qaçar bir yana.... i. a.
  
Salikin hәr qisim kәlamları vardır. Cümlәsi tәbii hissiyyatdan doğub zühura gәlәn kәlamlardır. Onlardan öz vәtәnimizin, millәtimizin vә lisanımızın gözәl vә canbәslәyәn rayihәsi hiss olunur.
  
Salikin mürәbbeat növündә yazılmış şerlәri lәtafәt vә sadәlikdә Vaqifin vә Vidadinin qafiyәlәrindәn әskik deyil. Gözәl vәsfindә olan qafiyәlәrindәn bir neçәsi burada nümunә üçün yazılır:
 
Ey şahin cilvәlim, şunqar şivәlim,
Durna tәk tellәrin cığalanıbdır.
Xәstә könlüm onu görәndәn bәri
Çıxıb asimana, havalanıbdır.
 
Ey lәblәri nabat, dәhanı püstә,
Çәkәr hәsrәtini bu dili-xәstә,
Xal deyil görünәn ağ sinәn üstә,
Bir Quran hәrfidir, qaralanıbdır.
 
Demә ki, sevdiyim sәni nihandır,
Sәnә aşiqliyim xәlqә әyandır,
Deyibsәn: busәmin qiymәti candır,
Almaq üçün bir az bahalanıbdır.
 
Çox da mәndәn kәnar gәzmә, ay pәri,
Sәnsәn könlüm zövqi, dilim әzbәri,
Guşeyi-kuyini bulandan bәri,
Dәrdi-bidәrmanım dәvalanıbdır.
 
Mәclislәr zivәri gördüyün Salik,
Xaqani, Әnvәri gördüyün Salik,
Şairlәr sәrvәri gördüyün Salik-- 
Gәl gör sәnsiz necә gәdalanıbdır.
 
Tuba vәsfindә:
 
Ey Tuba, baxışın yıxdı alәmi,
Xumar gözün yenә qiyamәt eylәr,
Kәbeyi-kuyini görәn kimsәnә
Haşa ki, qiblәyә ziyarәt eylәr.
 
Qırqı başlı, topğun, tәrlan cilvәli,
Görmәmişәm sәn tәk nazü qәmzәli,
Sәrasәr yaxası qızıl düymәli,
Baxdıqca üzünә fәxarәt eylәr.
 
Zahid baxsa zülfi-pәrişanına,
Tәrk edәr mәscidi, gәlәr yanına,
Sidqi-dildәn canın qatar canına,
Huriyü qılmana mәlamәt eylәr.
 
Hәr kimsә ki, sәnә baxarsa gendәn,
Bil ki, öyrәnibdir o halı mәndәn,
Özgә tәvәqqeyim yox әsla sәndәn,
Xәstә Salik sәnә zarafәt eylәr.
 
Bu qafiyәlәrdә şair gözәl istiarat vә tәşbihat ilә--ki, mәhz türk lisanına mәxsusdur,--öz sevgilisi Tubayi-dilfәribi mәdh edib, axiri-kәlamda ona güstaxlıq ilә deyir ki, sözlәrimdәn incimә. Özgә tәvәqqe vә iltimasım yoxdur, ancaq xәstә Salik sәninlә zarafat elәyir.
  
Tubanı bu qisim istiarat ilә şair vәsf qılır: "topğun, tәrlan cilvәli", "durna telli", "qırğı başlı", "nazü qәmzәli", "yaxası qızıl düymәli". Söz yoxdur ki, bu sifәtlәr ilә müttәsif olan dilbәr "baxdıqca özünә fәxarәt eylәr".
  
Pәrizad mәdhindә demişdir:
 
Ey pәrizad, nәdir yenә qaşların
Әyilib ucları, yayә dönübdür?
Ay qabağın şölә verir gün kimi,
Yanaqların bәdr ayә dönübdür.
 
Kәmәr kimi sarmaşaydım belinә,
Hәna kimi üz sürtәydim әlinә,
Mәgәr nabat tökülübdür dilinә,
Dodaqların tәr halvayә dönübdür?!
 
Sallananda sanasan ki, xan gәlir,
Ayinә әndamlı alişan gәlir,
Danışanda mürdә cismә can gәlir,
Mәgәr nitqin Mәsihayә dönübdür?!
 
Göydә ayı hәr dәm nöqsana saldın,
Sәrgәrdanlıq çәrxi-dövrana saldın,
Yusif kimi mәni zindana saldın,
Mәh camalın Züleyxayә dönübdür.
 
Sәnsәn axır şuxü şәngi Salikin,
Sәnsiz qırılıbdır hәngi Salikin,
O gördüyün gülgәz rәngi Salikin
Saralıban kәhrәbayә dönübdür.
 
Çığatay dilindә yazdığı kәlamları çoxdur. Onlardan nümunә olaraq bir qәzәli atidә zikr olunur:
 
Quyaş yüzlü nigarın tәlәtiğә mübtәlaydurmin,
Dәxi bir mahi-novğaşlu qәmindәn incәlaydurmin.
 
Dü püstanı iki limudurur әmma әlim yetmas,
Dutub şol nәxli-әndamin tibindәn silkalaydurmin.
 
Bәlayi-firqәtindә köb cәfavü xәstәlik buldum,
Dәvayi-vәslini bulğac bir az şimdi qolaydurmin.
 
Sana gәr yaşü tәblә dersәm, ey Salik, yeridür kim,
Bürünәnsin niçün derdin ana aşiq olaydurmin.
 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR