Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (III hissə)

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (III hissə)
Sakura

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (III hissə)

Әdәbiyyatın bu növü Mirzә Fәtәli kimi qabil әdibin qәlәmindәn әvvәlinci dәfә olaraq Azәrbaycan türklәrinin arasında vücuda gәldikdә cümlәni heyrәtә salır. Bu qisim әsәrlәr, yәni komediya o vaxtacan müsәlmanlar arasında görülmәmişdi. Әvvәlinci imtahan, o da belә kamil vә gözәl surәtdә, eybdәn xali, lәtafәt vә mühәssinat ilә dolu; Azәrbaycan türklәrinin dolanacağını, adәt vә adabının ayineyi-hәqiqәtnüması. Әlhәqq, bunlar xәzinә malıdır.... Odur ki, bu komediyalar sәhneyi-tamaşaya qoyulduqda vә çapdan çıxdıqda hamının fikir vә diqqәtini öz tәrәfinә cәlb edir. Әcnәbi qövm vә tayfaların gözü önündә tәzә bir dünya açılır. O sәbәbdәndir ki, bu komediyalar hәnuz türk dilindә çapa verilmәmiş rus dilindә 1853-cü tarixdә tәbdәn çıxır*. Bu komediyaların şöhrәt vә sәdası artıq sürәt ilә hәr yerә dağılır. Onların barәsindә rus vә Avropa dillәrindә çıxan jurnal vә qәzetәlәrdә gözәl mәqalәlәr yazılır.
Çox çәkmir ki, Axundovun komediyaları İran mәmlәkәtindә dә şöhrәt kәsb edir. Şahzadә Cәlalәddin Mirzәnin (sekretarı) kargüzarı Mirzә Cәfәr onları türkdәn fars dilinә tәrcümә edib, Tehranda çapa verir. Avropa üdәba vә lisaniyyuni bu komediyalardan bәzini öz dillәrinә tәrcümә edirlәr. 1882-ci sәnәdә İngiltәrәdә "Sәrgüzәşti-vәziri-xani-Sәrab" ingilis dilinә tәrcümәsi ilә bir yerdә dәrc olunur. Bu tәrcümәyә әlavә olaraq mәxsus lüğәt vә bir para qeydlәr qoşulur. 1886-cı tarixdә mәşhur әdib Barbiye dö Meynar Parijdә "Journal Asiatique" adlı cәridәdә "Hekayәti-İbrahimxәlil-kimyagәr"i çap elәyir. 1889-cu ildә Stokholm lisaniyyun cәmiyyәtinin jurnalında "Hekayәti-xırs quldurbasan" tәb olunur vә haman sәnәdә Alfons Silyer ismindә bir şәxs fars dilindә "Vәziri-xani-Sәrab" ilә "Mürafiә vәkillәri"ni çap etdirir vә yenә haman sәnәdә Vyana şәhәrindә professor Vahrmund "Hәkimi-nәbatat müsye Jordanı"ın fars dilindәki tәrcümәsini lüğәti vә bәzi qeydlәri ilә mәәn çap etdirir.
 
Bu komediyalardan әlavә, Mirzә Fәtәli Axundov tarixi-islamiyyәnin 1273-cü sәnәsindә ki, tarixi-mәsihiyyәnin 1857-ci ilinә mütabiqdir, "Aldanmış kәvakib" vә yaxud "Hekayәti-Yusif şah" adında qәribә bir hekayәt yazıbdır. Bu hekayәtin vüqui Sәfәviyyә padşahlarından Şah Abbasın zamani-sәltәnәtinә tәsadüf elәyir. Bu tәәccüblü әhvalatın hәqiqәtdә İran-zәmindә vaqe olub-olmamasına söz verә bilmәrik. Amma yәqinәn tәsdiq edә bilәrik ki, bu qisim әhvalat orada baş verә bilәr. "Aldanmış kәvakib"dә mәrhum Mirzә Fәtәlinin ümdә mәtlәbi İran vәzirlәrinin sırf avamlığını vә öz ali mәnsәblәrinә әsla layiq olmadıqlarını göstәrmәk imiş ki, insafәn bu mәtlәbi müsәnnifi-mәrhum böyük mәharәt vә ustadlıq ilә bәyan edir. "Aldanmış kәvakib"i oxuduqda yәqinlik hasil olur ki, İranın viran olmağına, "Dövlәti-әliyyәnin" belә zәif vә nәhif hala düşmәyinә "ümәnayi-dövlәt" vә "ülәmayi-kiram" vә "vüzәrayi-zәviyül-ehtiram" olublar. Bu hәqiqәt vә doğrunu Şah Abbasın müqәrrәb vәzirlәri vә әrkani-dövlәt onun hüzurunda lisani-bәlağәtlә öz qüsurlarını, dәnaәt vә sәfahәtlәrini kamali-iftixar ilә bәyan edirlәr. Köhnә vә şövkәtli İranı xarab vә pozğun hala salan cahilanә tәdbirlәrini hüsn-xidmәt vә böyük hünәr mәqamında qoyub, dövlәti-әliyyәyә sәdaqәtlә xidmәt etmәklәrini sübuta yetirmәk istәyirlәr. "Aldanmış kәvakib"i oxuyandan sonra Mirzә Hüseyn xanın mәrhum Mirzә Fәtәli Axundova nisbәt olan büğz vә әdavәti hansı mәnbәdәn qaynayıb cuş etmәyi vazeh olur.
 
Axundovun dramnәvis müsәnniflәrә vә hәqiqi әdibә mәxsus olan istedad vә qabiliyyәtlәrindәn birisi dә budur ki, öz tәmsilat vә hekayәtlәrindә әhvalat vә güzarişatı söylәnәn әşxasın hәr birini öz dili ilә danışdırır. Әkinçidәn tutmuş şaha kimi hәr hansı sinfin dilindәn söz söylәyir isә, elә bir sayaqda söylәyir ki, guya mәrhum haman o sinfin özündәndir vә yainki onların sözlәrini eşitdikdә bir-bir sinәsinә yığıbdır. Bu qabiliyyәtdәn әlavә Mirzә Fәtәlinin dilindә elә bir nәmәkrizlik, mәlahәt vә zarafәt var ki, hәr kәs onun kәlamını oxuyur isә könlü açılır vә dodağı altında gülür. Mirzә Fәtәlinin tәbiәtindә zövq vә xoştablıq mayәsi vә yaranmasında zarafәt vә lәtafәt xәmirәsi olduğuna binaәn hәmişә meyli zarafatçı, lәtifәgu vә güşadәqәlb adamlar ilә imiş. Mәzәçilik, zәrifanә danışıb gülmәk onun tәqazayi-tәbiәti olduğundan bәzi işlәri vә danışıqları dәxi başdan ayağa gülünc vә zarafәt imiş. Onun dilindәn söylәnәn lәtifәlәri vә türfә sözlәri cәm etsәk, gözәl bir kitabça әmәlә gәlәr.
 
Şah Abbasın vәzirlәri padşahın hüzurunda ulduzların sәdәmәyi-üzәmasını dәf etmәk üçün artıq vüqar vә tәmkin ilә danışdıqları sözlәrә diqqәt yetirilsә, hәmәn sözlәrin cümlәsi mayeyi-istehza vә gülünc olmağına şübhә qalmaz. Belә ki, mәsәlәn, sәrdar Zaman xan özünün sahibi-әql vә tәdbir olmağını hüzzari-mәclisә bәyan etmәk üçün әsla mәtlәbә dәxli olmayan osmanlı qoşununun İran üstünә hücum elәmәyindәn söz açıb deyir: "Әgәrçi bizim qoşunumuz da hesab vә әdәddә taifeyi-Osmaniyyәdәn kәm deyil idi, nәhayәt, mәnim heyfim gәldi ki, firqeyi-naciyәnin qoşununu güruhi-zallәnin müqabilindә tәlәfә verdirim. Ona binaәn әmr etdim ki, Osmaniyyә sәrhәddindәn ta nәhayәti-mülki-Azәrbaycan tamam dәhaqinin ziraәtini xarab etsinlәr vә çarpalarını qovub gәtirsinlәr, körpülәri dağıtsınlar vә yolları pozsunlar. Vәqta ki, Bәkir paşa (Osmanlı әsgәrlәrinin sәrkәrdәsi) sәrhәddimizә daxil oldu, әgәrçi müqabilindә bizim qoşundan bir nәfәr görmәdi, amma yollar bir mәrtәbәdә xarab olunmuşdu ki, әsla özüylә topxana gәtirmәyә qadir olmayıb, ancaq atlı vә piyadәsi ilә әnvai-zәhmәtdәn sonra Tәbrizә varid oldu vә hәr tәrәfә dәstә göndәrib, zәxirә tәhsilinә iqdam etdi. Әlinә bir hәbbә vә bir öküz vә qoyun düşmәdi. Naçar üç gündәn sonra üftan vә xizan, ac vә әfsürdә Tәbrizdәn kusi-rehlәt döyüb qaçdı. Bu tәdbir ilә mülki-İran taifeyi-biganәnin hücumundan mәhfuz qaldı. Yolları pozmaq vә körpülәri yıxmaq bir mәrtәbәdә tәdbiri-müfid göründü ki, dövlәti-әliyyә Bәkir paşa qaçandan sonra dәxi belә sәlah gördü ki, onları hәmişә bu qәrarda baqi qoysun, dübarә taifeyi-biganәnin [hücum gәtirmәk] ehtiyatı ilә. Bu tәriq ilә dövlәti-әliyyәnin qoşunundan bir nәfәrin dәxi burnu qanamayıb, әsakiri-mәnsurәnin cümlәsi hәmsayә düşmәnlәrin v?hs?ti ucun salim qald?. Bel? isl?r xususunda asitaneyi-?liyy?nin qoca iti t?dbir gost?rm?kd? aciz deyil! Amma k?vakib il? muxalif?t etm?kd? ?qlim h?r bir ?lacdan qasir gorunur....".
 
Sәrdar Zaman xanın bu gunә öz hüsn-xidmәtlәrini tәrif edib ağıllı vә tәdbirli binagüzarlıqlarını vәsf etmәyi doğrudan da adama gülünc gәlir: "Әsakiri-mәnsurә" "güruhi-zallәnin" hücumuna davam gәtirә bilmәyib qaçır. Vәtәnin uğrunda, onun mühafizәsi üçün bir damcı qan da tökülmür. Bu heç! Amma öz әllәri ilә vәtәnin viran olmağı, әkinçilәrin ziraәti, bağbanların bağ vә bostanları dağılıb alt-üstә çevrilmәyi, mal-mәvaşinin pәrakәndәliyi, yolların xarab olmağı, körpülәrin uçub dağılmağı iftixar ilә şahın hüzurunda söylәnir vә şahın "asitaneyi-әliyyәnin qoca itinә" әsla qәzәbi tutmur. Bu çox qәribәdir! Sәrdari-rövşәnzәmirin tәdbir vә sәlahdidi ilә yolların dağınıq vә körpülәrin uçuq halda qalmağı bir dәrәcәdә sәlah göründü ki, onları bu qәrarda baqi saxlamaqlarına hökm olundu, zira ki, "taifeyi-bikanәnin" hücumundan ehtiyatda olmaq lazımdır.
 
Hәqiqәtdә hәm gülmәli vә hәm ağlamalı halәtdir! Ümuri-mәmlәkәt belә şәxslәrin ixtiyarında olduğu әsnada abadiyi-vәtәn vә tәrәqqiyi-mәmlәkәt mümkünmüdür?
 
Xanemani ke, to başi mәhrәm,
Vay bәr siyrәti-an әhli-hәrәm.[2]
 
[2] Tərcuməsi: Bir ailəyə ki sən məhrəm olasan,
Vay o ailə uzvlərinin halına.
 
Mәrhum Mirzә Fәtәli Axundov öz әsrinin ürәfa vә üdәbası ilә tanış idi vә cümlәsinә onun hüsni-tәsiri var imiş. Xüsusәn, onunla Qarabağın әn müqtәdir şairi Qasımbәy Zakir tәxәllüsün mabeynindә dostluq vә yaxınlıq var imiş. Zakir Qarabağ mahalında vüquә gәlәn әhvalatdan vә orada sakin olan ruhani sinfinin, ürәfa vә nücәba qisminin әfal vә әmalından vә әlәlxüsus elat әhlinin dolanacağından vә övzai-mәişәtindәn mәlumat cәm edib, cabәca gözәl vә sadә şerlәr vasitәsi ilә yazıb, dostuna göndәrәrmiş. Bәzi rәvayәtә görә, "Hacı Qara" tәmsilatının mәal vә mәzmununu filcümlә Mirzә Fәtәliyә Qasımbәy veribdir vә mәrhum Axundov onu qәribә bir dona geyindirib, mәşhur "Mәrdi-xәsis" komediyasını tәrtib qılıbdır.
 
Mәlum ola ki, Qasımbәyin bәradәrzadәlәrindәn Behbud adında bir nәfәri qaçaqlığa qurşanıb, Qarabağda çox fәsadlar törәdәrmiş. Qasımbәy nahaq yerә bir neçә bәdxahların tәhriki ilә divan әmәlәsinin nәzәrindә müttәhim olub, oğlanları ilә Qarabağdan sürgün düşür vә bir neçә ay mәhbusvar Bakıda sakin olur. Mәrhum Mirzә Fәtәli dostunun xilası üçün çalışır vә axırda onun tәmizә çıxıb vәtәninә qayıtmağına sәbәb olur. Mәrhum Zakir bir kağızında bu barәdә dostunu tәrif edib yazır:
 
Aşina, müsahib, yar, hәmsayә
Lazımdır yetişә qövrә, hәrayә.
Kitabәtin dәyәr mülki-dünyayә,
Nә hacәt istәmәk simü zәr sәndәn?
 
Tәk yaradıb sәni vahidi-yekta,
Әxlaqına, әtvarına mәrhәba!
Neylәmişsәn Molla Sәfi, Bәybaba,
Mәmnundur, әzizim, bu qәdәr sәndәn.
 
O vilanın yoxdur bu yer tәk pisi,
Tәqәllübü, hәrzәkarı, xәbisi;
Yaxşı gördüm tamam әhli-Tiflisi,
Razıyam, nәhayәt, biştәr sәndәn....
 
Başqa bir namәsindә Qarabağın tamamı әhvalını vә keyfiyyәti-macәrasını cabәca yazıb, namәni bu sayaq qurtarır:
 
Çәkilib köksümә dağlar, düyünlәr,
Kafirә olmasın nәsib bu günlәr.
Qınamasın mәni könlü bütünlәr,
Fikrim dağınıqdır, xatirim övraq.
 
Mәqsudumuz hasil olmadı bizim,
Yeksandır hicrindә gecә-gündüzüm.
Bu bәdbәxtin halәtindәn, әzizim,
Barı o vilada olgil göz-qulaq.
 
Gәrçi vilayәtdә çox idi әhval,
Müyәssәr olmadı şәrh edәm әlhal.
Bir parasın yazıb eylәdim irsal,
Bu şәrt ilә nә diş bilsin, nә dodaq.
 
Ziyarәt eylәyib Şeyxülislamı,
Zakiri-hәzindәn yetir salamı,
Hacı Yusif, Molla Әhmәd tamamı,
Haçan ola bir dә deyәk, dan?saq?....
 
Zakirin Mirzә Fәtәliyә yazdıqları mәktubat barәsindә Azәrbaycan türklәrinin әdәbiyyatı xüsusunda yazdığımız mәcmuәdә tәfsilәn mәlumat verilibdir. Mirzә Fәtәlinin Qasımbәyә nәzmlә yazdığı kağızlardan ancaq birisi әlә düşdü ki, burada dәrc olunur. Bu mәktubi-mәnzumәni mәrhum Mirzә Fәtәli dostu Zakirә yazıbdır ibtidai-mәhәrrәmdә, 1271-ci tarixdә, Mehdiqulu xanın qızı Xurşudbanu bәyim Natәvan haqqında. Mәlum olur ki, o vaxtlarda Qasımbәy Xanqızına çox yaxın imiş. Mirzәyi-mәrhumun yazdığı qafiyәlәr zarafat tәriqincәdir:
 
Qasımbәy, eşitdim yaxın olubsan,
Xanqızına, axır nәdir bu rәftar?
Edibsәn xubları yüz yol imtahan,
Eylәrsәn onlara yenә etibar.
 
Yeyib otağında şamü nәharın,
Kәsdiribsәn yasdığının kәnarın.
Eşidirsәn şirin-şirin göftarın,
Kişi, sәnin, vallah, әcәb işin var!
 
Dediyin qafiyә ona xoş gәlib,
Qaçan bәxtin indi sәnә tuş gәlib,
Sevdalı başına tәzә huş gәlib,
Tәәccüb eylәrәm büsyar-büsyar.
 
Sәni pәrivәşlәr salıb bu halә,
Döndәriblәr әlif qәddini dalә,
Çәkәrdin onlardan hәmişә nalә,
Nәdir yenә dildә әzbәr olub yar?
 
Xanqızı mәhvәşdir, el bilir, alәm,
Mәhvәşlәr atәşdir, bizik ağlı kәm;
Yüz il xidmәt edә oda bir adәm,
Yenә düşәn dәmdә ona, bil, yanar.
 
Xudadәn istәrәm versin muradın,
Yamanlığa hәrgiz çәkmәzәm adın.
Yolunda zәhmәtin, rәnci-ziyadın,
Mәn çәkdim, o etdi mәni şәrmsar.
 
Özgә cәfalarım dursun kәnarә,
Nә lazım hәr birin salmaq şümarә,
Xeyr işinә onun mәn o diyarә
Şadü xürrәm getdim, qayıtdım bәs xar.
 
O qafiyәn mәnә çox etdi әsәr,
Qalmadı könlümdә ondan bir kәdәr.
Novcavandır, tәkdir iyzәdi-davәr,
Eylәsin ömründәn onu kamgar.
 
Rәvadırmı çәkә bixurdü bixab,
Bәstәri-möhnәtdә bu qәdәr әzab?!
Duayi-xeyrinә eylәdin şitab,
Siz dә mәnim kimi hәr leylü nahar.
 
Belә pәriruyun, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola üzarı?
Hәm xәlәfdәn xali ola kәnarı,
Olsun ona mövlam yavәrü qәmxar.
 
Mәnim dә var gәrçi bir az günahım,
Sәn get hüzuruna, ol üzrxahım.
Söylә ki, ey şahım, ay qiblәgahım,
İncimә, gәr etdim şikayәt izhar!
 
Mirzә Fәtәlinin bu şerlәri sadә vә rәvanlıqda Zakirin kәlamına bәnzәyir. Bu şivәdә şer yazmağı, çox ola bilәr ki, Mirzәyi-mәrhum Zakirdәn әxz etmiş olsun. İbtidayi-kәlamda Mirzә Fәtәli Xurşudbanu bәyimdәn bir azacıq gilayә izhar edir. Bundan mәlum olur ki, onların mabeynindә cüzi bir soyutluq әmәlә gәlib imiş, vәli kәlamın axırında paki-zәmir Mirzә öz xәtasına müqirr olub, dostundan tәvәqqe elәyir ki, Xanqızının hüzuruna gedib, üzrxahlıq etsin vә şikayәt izhar qılmağından rәncidәxatir olmasın.
 
Mirzә Fәtәli mәrhumun bu kağızı Xurşudbanu bәyimin bәstәri-qәmdә mәrizә olduğu zaman vә hala tәsadüf edir vә yәqinlik hasil olur ki, Mirzәyi-mәrhum bu şerlәri Qasımbәyin kәlamını oxuyandan sonra yazıbdır. Qasımbәyin kәlamından belә mәlum olur ki, Xurşudbanu bәyimin bir müddәt övladı olmurmuş vә övlad ümidi ilә o mәrhumeyi-mәğfurә özünә müalicә etdirib, ondan naxoş olubdur. Bu әhvalın doğru olmağı Zakirin vә Mirzә Fәtәlinin qafiyәlәrindәn aşkara görünür. Zakir yazır:
 
Sipehri-bәrinin hilalı sәnsәn,
Şәrafәtdә mәlәk misalı sәnsәn,
Gülşәni-Xәlilin nihalı sәnsәn,
"Barvәr istәrәm xudadan sәni"!
 
Mәsihi çıxardan әrşi-әlayә,
Salan üftadәlәr başına sayә.
Yetmişdә İshaqı verәn Sarayә,
Qurtarsın bu rәncü әnadan sәni.
 
(Xanqızının müalicә etmәyinә işarә)
 
Çubi-çinn nәdir, qiblәsәn, nәsәn?
Tәәccüb eylәrәm bu әhvalә mәn.
Dәstgirin olsun Hüseynü Hәsәn,
Fәrağәt olasan cәfadan sәni.
 
Axundov yazır:
 
O qafiyәn mәnә çox etdi әsәr,
Qalmadı könlümdә ondan bir kәdәr.
Novcavandır, tәkdir, iyzәdi-davәr,
Eylәsin ömründәn onu kamgar!
 
Belә pәriruyun, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola üzarı?
Hәm xәlәfdәn xali ola kәnarı,
Olsun ona mövlam yavәrü qәmxar.
 
Mirzә Fәtәlinin, eşitdiyimizә görә, yenә dә bir neçә türki vә farsi әşarı vardır vә lakin mәtәәssüf nә onları, nә Rzaqulu xan Hidayәt tәxәllüsün tarixinә yazdığı tәnqidi vә nә dә Tehran şairi Süruş tәxәllüsün qәsidәsinә tәhrir qıldığı tәnqid mәqalәsini axtarıb tapa bilmәdik. Bu әsәrlәri Axundovun fәrzәndi-giramisi mәrhum Rәşidbәy bizә göndәrmәyi vәdә etmişdi. Heyfa ki, ona da әcәldәn macal olmadı.
 
Bu halda Mirzә Fәtәli Axundovun tәvәllüdündәn yüz il (bir әsr) vә vәfatından otuz üç sәnә (bir dövr) gәlib keçir. Bu uzun müddәtin әrzindә biz Azәrbaycan türklәri qәflәtdәn ayılıb, necә ki, lazımdır, özümüzü tanımamışıq, vәq vә heysiyyәtimizi layiqincә dәrk etmәmişik, milliyyәt vә bәşәriyyәt hissi bizlәrdә ayılmayıbdır. Әsil vә nәsәbimiz kimlәrdir, vәzifәmiz nәdir, dünyada zindәganlığımızdan murad nәdir?--bu qisim suallar başımıza gәlmәyibdir, qәflәt vә kәsalәtimizә xәlәl yetirmәyibdir. Filhәqiqә, әgәr biz özümüzü tanıyıb bilsә idik, şәrafәti-milliyyәmizin hifz vә izdyadına çalışsa idik, bu qәdәr dalda vә töhmәtlәr altında qalmaz idik. Biz dә sairlәr kimi öz millәt qeydi çәkәnlәrimizin, tәriqi-hidayәtә bizi dәvәt edәn ülәmamızın, xoştәb vә müqtәdir şairlәrimizin, eyblәrimizi zәrifanә açıb göstәrәn әdiblәrimizin qәdrini bilәrdik.
 
Mәrhum Mirzә Fәtәli rus әdiblәrindәn vә dramnәvislәrindәn mәşhur Qoqolun müasiri idi. Hәr iki әdib zatәn psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, sәfahәt vә hәmaqәtini, büxl, hәsәd, şәrarәt vә fәsadını, zahiri vә batini alәmlәrini görürlәrmiş. Zahirdә güldüklәri adamların halına ürәkdәn yanıb ağlayırlar vә onların әsәrlәrini mütaliә edәn şәxslәrin qәlblәrindә yatmış hisslәri oyadıb, mәhәbbәt çırağını yandırırlar. Bununla bәşәriyyәt alәminә böyük xidmәt göstәriblәr.
 
Rus millәti Qoqolun qәdrini bilib, onun adı ilә iftixar vә qәdrşünaslıq vәzifәsini ifa etmәkdәdir. Amma biz möhtәrәm vә bimisl әdibimizin haqqında heç bir yaxşılıq etmәmişik vә bu anacan o mәrhumun qәdr vә qiymәtini bilmәmişik. Ancaq 1903-cü sәnәdә oktyabrın 27-dә Bakı şәhәrindә cәnab Әlimәrdanbәy Topçubaşovun vә mәrhum Hәsәnbәy Mәlikovun vә sair maarifpәrvәr şәxslәrin sәy vә ehtimamı ilә mәrhumun komediyalarının tәb vә intişarından әlli sәnә keçmәklik münasibәti ilә bir mәclisi-ceşn tәrtib olunub, mәzkur komediyalardan "Hacı Qara" sәhneyi-tamaşaya qoyulmuşdu vә "Kaspi" ruznamәsinin 232-ci nömrәsindә cәnab Әlimәrdanbәy Axundovun tәrcümeyi-halına vә asari-qәlәmiyyәsinә dair әtraflı mәlumat vermişdi. Bu ittifaq çәndan әhәmiyyәtli olmasa da, bir növ qәflәtdan ayılmağımıza şәhadәt verir.
 
Eşitdiyimizә görә, möhtәrәm bәradәrimiz Әbdürrәhimbәy Haqverdiyev mәrhum Axundovun yadigaranәsi üçün tәrtib qıldığı әsәrindә onun bahadırlarını ki, ibarәt ola Hacı Qaradan, İbrahimxәlil kimyagәrdәn, Mәstәli şahdan, Teymur ağa vә qeyrilәrindәn, mәrhumun özü ilә bir yerdә tamaşa sәhnәsinә gәtirir vә burada onlar Axundovdan itab ilә sual edirlәr ki, axır biz sәnә nә elәmişdik ki, sәn bizi alәm içindә rüsva vә bәdnam etmişsәn. Mәrhum Axundovun onlara cavabı nә olacağı bizә hәlә mәlum deyil. Amma biz bilmirik ki, o mәrhumun, ruhi-pakı bizim müqabilimizdә durub bizdәn sual etsә ki, mәn bu qәdәr sizin xeyir vә sәlahınız üçün çalışdım, eyblәrinizi açdım, tәrәqqi vә sәadәt yolunu göstәrdim, әlifbanızın islahına, dilinizin asanlığına çalışıb, ömrümü çürütdüm, bu qәdәr zәhmәt vә küdurәtimin әvәzindә heç mәni yad etdinizmi? Mәn göstәrdiyim batil vә fәsad әmәllәrinizdәn daşındınızmı, cәhalәt çәngindәn xilas olmağa çalışdınızmı?....
 
Bu suallara, әlbәttә, bizim binalı vә tutarlı cavabımız olmayacaqdır. Ancaq xәcilanә bunu izhar edә bilәcәyik ki, bu anacan biz qәflәtdә olduq, sәnin qәdrini bilmәdik, kәrәm et, bizi әfv qıl. Bundan sonra bacardığımız xidmәti haqqında müzayiqә etmәrik, sәnin adına kitabxanalar vә mәktәblәr güşad edәrik, әsәrlәrini çap etdirib әbnayi-vәtәn arasında yayarıq ki, onları mütaliә edib, amal vә әfkarını bilsinlәr, nicat vә sәadәt yoluna düzәlsinlәr....

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR