Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs (II hissə)

Firidun bəy Köçərli - Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs (II hissə)
Sakura

Firidun bəy Köçərli - Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs (II hissə)

 
Bu şerlәri mütaliә etdikdә, filhәqiqә, oxucular bir növ hәqiqәt yolunda sәy edәn saliklәr cümlәsinә daxil olub, onların fikir vә xәyalı vadiyi-vәhdәt tәrәfinә meyl edir ki, onda sultan ilә gәda vә әğniya ilә füqәra arasında bir fәrq vә tәfavüt yoxdur. Füzulinin әşar vә kәlamının bәqasına ikinci sәbәb onların elm vә tәcrübә üzü ilә tәbi-sәlimdәn doğub vüqua gәlmәlәridir. Necә ki, şair özü deyir ki, şairliyim tәsdiq olub, avazeyi-nәzmim ilә alәmlәr dolub şöhrәt tapdımsa da, mәşşateyi-himmәtim rәva görmәdi ki, müxәddәreyi-hüsni-nәzmim pirayeyi-maarifdәn xali vә rişteyi-silki-şerim cәvahiri-elmdәn ari qalsın. Zira ki, elmsiz şer әsası yox divar kimi olur vә әsassız divar qayәtdә bietibar olur (Bu irada bizim şüәra diqqәt yetirmәlidir vә elm vә maariflә öz şerlәrinә möhkәm bina vә әsas saz etmәlidir). Pәs, Fuzulinin qәlәmi-gövhәrrizindәn vücuda gәlәn lölö vә cәvahir ilә tikilmiş imarәtin divarları elm vә maarifin möhkәm bünövrәsi üstündә qәrar tutmuşdur vә afәti-zәmanәdәn ona bir xövfü xәtәr yoxdur, zira bir xanәnin binası nә qәdәr möhkәm olsa, bir o qәdәr onun daimi vә әbәdi olması yәqindir. Bu cәhәtә, Füzulinin tәbi-gövhәrbarından zühur etmiş vә ülum vә maarifin әlәyindәn әlәnmiş vә әqli-sәlimin tәrәzisindә müvazinә olunmuş әşari-hәkimanә vә asari-fәlsәfanә onun ismi-şәriflәrini, necә ki, dünya vardır vә türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganәnin uşaqlar әlinә tәlim üçün verilәn "Leyli vә Mәcnun" dastanında o qәdәr hikmәtamiz sözlәr, dәrin fikirlәr, nazik imalar vә rәqiq işarәlәr, şairanә nәzmlәr vә fәlsәfanә şerlәr vardır ki, cümlәsini burada zikr etmәyә vә şәrh qılmağa nә xamәdә qüdrәt vә nә lisanda bir o qәdәr tәlaqәt vә fәsahәt vardır. Avropa hükәma vә fәlasifәsindәn mәşhur Şopenhauer "Mәhәbbәt nәdәn ibarәtdir" sәrlövhәsilә yazdığı bir әsәrindә bәst verdiyi şәrh vә bәyanatın çoxunu Füzulinin abdar şerlәrindә tapırıq. O fikirlәr ki, alman filosofu әlli sәnә bundan irәli bәyan etmişdir, onları Molla Mәhәmmәd Bağdadi üç-dörd yüz sәnә bundan müqәddәm xeyli әdibanә vә mәrğub surәtdә rişteyi-nәzmә çәkmişdir.
 
Fuzulinin hәkimanә kәlamlarından nümunә üçün ancaq "Leyli vә Mәcnun" hekayәsinin ibtidasında dәrc olunmuş münacatın bәzi yerlәrini burada yazmaqla iktifa edirik:
  
 
BU, MÜNACAT DӘRYASINDAN BİR CÖVHӘRDİR VӘ TӘZӘRRÖ MӘDӘNİNDӘN BİR GÖVHӘRDIR.
 
Ya rәb, kәrәm et ki, xarü zarәm,
Dәrgahә bәsi ümidvarәm.
Topraqdan eylәdin bir insan,
Müstövcibi-әqlü qabili-can.
Gәr can isә xaki-dәrgәhindir,
Vәr әql isә saliki-rәhindir.
Mәn gülşәni-can içindә xarәm,
Ayineyi-әqli pürqubarәm.
Ol gün ki, yox idi mәndә qüdrәt,
Qıldın mәnә qeybәtimdә rәğbәt.
Can verdinü sahibi-dil etdin,
İdraki-ümurә qabil etdin.
Yüz şükr ki, yox sәnә xilafım,
İnsafım varü etirafım.
Öylә deyilәm ki, bu aradә
Sәdd ola sülukim etiqadә.
Rahi-tәlәbindә biqәrarәm,
Әmma tәlәbimdә şәrmsarәm.
Doğru yola getmәdim, nә hasil?
Bir mәnzilә yetmәdim, nә hasil?
Bir әrsәdә hәr әsәr ki, gördüm,
Sәnsәn dedim ol әsәr, yügürdüm;
Çün verdi xәyal ona xәmü piç,
Mәn münfәil oldum, ol әsәr hiç.
Mәn әqldәn istәrәm dәlalәt,
Әqlim mәnә göstәrәr zәlalәt.
Tәhqiq yolunda әql netsin,
Әmavü qәrib qanda getsin?
Tövfiq edәsәn mәgәr rәfiqim,
Ta sәhl ola şiddәti-tәriqim.
Dünya nәdirü tәәllüqatı,
Әndişeyi-mövtdür hәyatı.
Әmma demәzәm yalandır ol hәm,
Sәrmәnzili-imtәhandır ol hәm.
Billah ki, bu dilfәrib mәnzil
Öylә mәnә verdi rahәti-dil-- 
Kim, әski mәqamımı unutdum,
Sandım vәtәnim, mәqam tutdum.
Müşkül gәlir indi tәrkin etmәk,
Bir özgә mәqama dәxi getmәk.
Mәn böylә qılıram etibarı-- 
Kim, bunda olur könül qәrarı.
Әmma çü sәnindürür bu göftar-- 
Kim, dünyadan özgә axirәt var.
Oldur ki, mәqami-cavidandır,
Kami-dilü rahәti-rәvandır.
Göftarına etiqad qıldım,
Ol dәxi yek olduğunu bildim.
Bildim bu imiş sәnin muradın-- 
Kim, әhli-kәmal ola ibadın,
Bunda yetә rütbeyi-kәmalә,
Onda yetә dövlәti-vüsalә.
Bu rahdәn etmәk olmaz ikrah,
Xoşrahdürür sәnә gedәn rah.
Ol lәhzә hәm etmә şәfqәtin kәm.
Tövfiqinә qıl rәfiq hәr dәm.
Çün әql ilә can әmanәtindir,
Mәndә әsәri-inayәtindir.
Bunları mәnimlә zar qılma,
Bir neçә әzizi xar qılma!
Ta kim, bu mәqamı tәrk edәndә,
Mәndәn sәnә әzm edib gedәndә,
Mәndәn cәzә ilә getmәsinlәr,
Dәrgahә şikayәt etmәsinlәr.
Şum olmasın onlara vüsalım,
Olmasın olardan infialım.
Etmәk gәrәk әhli-feyzi-biniş,
Tәhqiqi-vücudi-afәriniş.
Bilmәk gәrәk onu kim, cәvahir
Nә gәnci-nihandan oldu zahir?
Nә dairәdir bu dövri-әflak,
Nә zabitәdir bu mәrkәzi-xak?
Cismә әrәzi kim etdi qaim.
Narә nәdәn oldu nur lazim?
Hәr xilqәtә gәrçi bir sәbәb var,
Aya, sәbәbi kim etdi izhar?
Gәr kaf ilә nundan oldu alәm.
Aya nәdәn oldu kafü nun hәm?
Bihudә deyil bu karxanә,
Bifaidә gәrdişi-zәmanә.
Haşa ki, bu türfә nәqşi-qәrra
Nәqqaşından ola mübәrra.
Haşa ki, bu bargahi-ali,
Bir dәm әyasından ola xali,
Fikr eylә vә gör, nәdir bu üslub,
Nә saniәdir bu süni-mәnsub?
Hәr zәrreyi-zahirin zühuri
Bir özgәyә bağlıdır zәruri.
Gәr ğayәtә eylәsәn tәәmmül,
Zahir olur onda mәzhәri-küll.
Versәn özünә fәnayi-mütlәq,
İsbat olur ol fәna ilә hәqq.
Gәr var isә mәrifәt mәzaqi,
Fani sәnә bәs dәlili-baqi.
Hәqqa ki, hәmin vücud birdir,
Bir zatә vücud münhәsirdir.
Әksidir onun vücudi-әğyar,
Mәnidә yox etibar ilә var.
Var olanı xәlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun etibarı,
Hәq ayinәdir, cahan qübarı.
Ey әql, әdәbә riayәt eylә,
Bu bilmәk ilә kifayәt eylә!
Tәhqiqi-sifatә qane olgil,
Әndişeyi-zatә mane olgil!
Ol pәrdәyә kimsә rah bulmaz,
Tәhqiq bil, onu bilmәk olmaz.
Gәr yetsә idi bu sirrә idrak,
Demәzdi rәsul "maәrәfnak".
Xәlq oldu bu bәhri-heyrәtә qәrq,
Ta xәlqdәn ola xaliqә fәrq.
Hәr riştә ki, hәqq әyan edibdir,
Sәrriştәsini nihan edibdir.
Faş oldu ki, sirri-hәq nihandır,
Alәmdә nişanı binişandır.
 
 
BU, İZHARİ-ETİRAFİ-CӘHALӘTDİR VӘ İQRARİ-İSRAFİ-MӘSİYYӘTDİR.
 
Ey hikmәtә baxmayan nәzәrsiz,
Әhvali-zәmanәdәn xәbәrsiz!
Tәn etmә ki, çәrx bivәfadır,
Daim işi cövr ilә cәfadır.
Şәrh eylә mәnә ki, çәrx netdi?
Ondan nә cәfa zühura yetdi?
Nәn var idi kim, әlindәn aldı,
Nә mәrtәbәdәn aşağı saldı?
Dövranә gәtirdi mehrü mahi,
İçindә sәpidiyü siyahi.
Gәh atәşә zәcri-ab verdi,
Gәh badә qәmi-türab verdi.
Şәmi-әmәlin münәvvәr etdi,
Hәr nә dilәdin müyәssәr etdi;
Qıldı sәni hiçdәn bir adәm,
Әsbabi-tәnәümün fәrahәm.
Çәrxin xud işi sәninlә böylә,
Sәn neylәdin onun ilә, söylә!
Hәr dәm onu bivәfa oxursan,
Dönsün--deyü bәddua oxursan.
Çün ol sәnә qıldı mehribanlıq,
Yaxşılığa eylәmә yamanlıq!
 
 
RUHA XİTAB
 
Ey ruh ki, cami-cәhl edib nuş,
Hübbi-vәtәn eylәdin fәramuş.
Kim saldı sәni bu tәng rahә,
Qandan düşdün bu damgahә?
Sәn tәrk qılıb әdәm diyarın,
Bulduqda vücud etibarın,
Qılmışdı sәninlә hikmәtüllah,
Әcnasi-hәvasü әqli hәmrah.
Ta alәmә qәldiyin zamanda,
Bazari-tәrәddüdi-cahanda
Sәrmayәlәrindәn edәsәn sud,
Ol sud nәdir?--Rizayi-mәbud.
Hala ki, xәsarәt oldu vaqe,
Sәrmayәlәrin tәmam zaye.
Heyranü mükәddәrü tәhidәst,
Әhvali xәrabü rütbәsi pәst.
Dönsәn yenә gәldiyin mәqamә,
Qabilmi düşәsәn ehtirama?
Әlbәttә, zәlilü xar olursan,
Bu fel ilә şәrmsar olursan.
 
 
NӘFSPӘRӘST QAFİLӘ XİTAB
 
Ey nәfspәrәstü cismpәrvәr,
Olma qәmi-hirs ilә mükәddәr!
Sәy eylә mәtai-mur yığma,
Cәhd eylә әzabi-gur yığma!
Alma әlә sәğari-meyi-nab-- 
Kim, qәrqә edәr sәni bu girdab!
Olma nigәrani-sәbzeyi-bәng-- 
Kayineyi-dininә salır jәng!
Dәf kimi köksdә lәhv qoyma!
Ney kimi hәvayi-nәfsә uyma!
Damani-tәriqi-şәri tutgil,
Hәr nә ki, xilafi-şәrdir, unutgil!
Tәhqiqi-vәsileyi-vüsul et!
Tәqlidi-şәriәti-rәsul et.
 
Qәdim Yunanıstanda şüәra sinfi bir qissә vә hekayәt yazmaq istәdiklәri әsnada Muza adlı şer ilahәsinә rücu edib, ondan kömәk vә mәdәd dilәrdilәr. Bu adәtә oxşar әski әcәm vә әrәb vә türk şairlәri dәxi saqiyi-safzәmirә vә sadәruya üz çöndәrib, ondan kәrәm vә himmәt dilәrdilәr. Füzulinin "Leyli vә Mәcnun" qisseyi-pürqüssәvü mәlalının ibtida vә intihasında vә hekayәnin bәzi mәqamlarında yazdığı saqinamәlәr onun әn xoşmәzmun vә dilpәzir kәlamlarından әdd olunsa gәrәkdir. Bu saqinamәlәrdә o qәdәr mühәssәnat, lәtafәt vә mövzuniyyәt vardır ki, onları yazmaqla başa gәlәsi deyil. Onları diqqәtlә oxuyanlar bir tәrәfdәn dünyayi-dunun qeydindәn vә nәfsi-şumun hirs vә tәmәindәn, alçaq vә rәzil әmәllәrdәn, pis işlәrdәn, fasid vә batil fikirlәrdәn xilas olub, nuraniyyәt kәsb edirlәrsә dә, digәr tәrәfdәn onların qәlbi bir növ mәhzun vә könlü tutqun olur. Bu hala sәbәb oldur ki, Füzuliyi-şikәstә-halın qәlәmi-gövhәrsәnci tökdüyü dürri-safın әksәri gözdәn tökülәn әşki-müsәffaya bәnzәyir, nәinki şadlıq çәmәnindә yağan barana. Füzuli, demәk olur ki, möhnәt yükünün barkeşi olub, alәmi-insaiyyәtdә tamami qәmzәdәlәrin vә möhnәtkeşlәrin yüklәrini götürmәk vә mәzlumların halına yanmaq üçün xәlq olunmuşdur. Füzulinin ahü nalәlәri qarelәrә dәxi sirayәt edib, onları da özü ilә atәşi-hüzn vә әlәmә yandırır. Amma bu yanmaqda bir feyz vә sәadәt vә ülviyyәt vardır ki, o atәşә yanan istәr ki, bir dә yansın. Bu cansuzluq pәrvanәnin şam başına dolanıb yanmağına bәnzәyir.
 
Füzuli tamam alәmin dәrd vә qәmin çәkdiyini "Hәdiqәtüs-süәda"nın axırında bәyan edir. Bu qәm vә әlәm nüsxәsini tamam etdikdәn sonra şair füzәlayi-bәlağәtpişә vә füsәhayi-diqqәtәndişәdәn tәvәqqe vә rica edir ki, binayi-tәlifinә vә tәrhi-tәsnifinә diqqәt yetirdikdә, islahi-xәtasına iqdam vә ehtimam edәlәr vә mühәrririn duayi-xeyir ilә yad edib, qәbuli-üzr ilә hәr nöqsanın tamam qılalar. Vә sonra bu şeri gәtirir:
 
Hücumi-möhnәti-dövran mәluli,
Giriftari-qәmi-alәm Füzuli.
Deyil ol lәhceyi-göftarә qabil-- 
Kim, ola qabili-sәmi-әkabir.
Qılır cәmiyyәti-dil lәfzi dilkәş,
Müşәvvәş söylәmәz, illa müşәvvәş.
Gәl, ey hali-tәkәllümdәn xәbәrdar,
Tәrәhhüm qıl, tәәrrüz qılma zinhar!
 
"Leyli vә Mәcnun" hekayәsinin sәbәbi-nәzmini bәyan qıldığı saqinamәdә Füzuli deyir: Bu, bir bәzmi-müsibәti-bәladır ki, onun әvvәli qәm, sonu bәladır. Bu hekayәnin nә badәsinә nişatdan rәng, nә nәğmәsinә fәrәhdәn ahәng var. İdrakı verir xәyala azar, әfkarı edәr mәlali әfkar.
 
Hәrkah bu, bir bәhcәt gәtirәn vә fәrәh yetirәn hekayә olsaydı, bunun tövcihinә rağib olanlar çox olardı. Bu, pürmәlal bir dastandır ki, hәr bir fәsihin halını pәrişan edib nitqini bağlar vә sözlәrini kutah elәr. Necә ki, bu babda Nizamiyi-şirinkәlam deyibdir:
 
Әsbabe-soxәn neşato nazәst,
Zin hәr do soxәn bәhane sazәst.
Meydane-soxәn fәrax bayәd,
Ta tәb dәr u honәr nәmayәd.
Dor gәrmiye-riko sәxtiye-kuh,
Ta çәnd soxәn rәvәd beәnbuh. [1]
 
[1] Tərcüməsi:
Sözün lәvazimatı şadlıq vә nazdır,
Söz özünü bu iki vasitә ilә göstәrir.
Sözün meydanı gәrәk geniş olsun--
Ki, tәb onda hünәr göstәrә bilsin.
İsti qumda vә bәrk dağda
Heç qiymәtli söz demәk olarmı?!
 
Füzuli Şeyx Nizaminin bu sözlәrini saqinamәsindә zikr edib deyir:
 
Bir iş ki, qılır şikayәt ustad
Şagirdә olur rücui bidad.
 
Amma bu әmr nә qәdәr düşvar isә dә, Füzuli onu әncama gәtirmәyә şüru edib, öz tәbi-lәtifindәn vә qәlәmi-gövhәrrizindәn himmәt tәlәb edir;
 
Ey tәbi-lәtifü әqli-vala,
İdraki-bülәndü nitqi-guya!
Düşdü sәfәrim diyari-dәrdә,
Kimdir mәnә yar bu sәfәrdә?
Hәr kimdә ki, vardır istitaәt,
Dәrdü qәmü möhnәtü qәnaәt,
Oldur bu müsafirәtdә yarım,
Zövq әhlinә yoxdur etibarım....
 
 
QӘLӘMӘ XİTAB
 
Ey xameyi-sәrkәşi-sәbükxiz,
Vәqt oldu ki, olasan göhәrriz!
Mәn acizәmü bu әmr müşkil.
İmdad dәmidir, olma qafil!
Asari-mürüvvәt eylә izhar,
Bir tәprәn, әgәr mürüvvәtin var!
Sәn qıl hünәri, mәn alayım ad,
Sәn çәk әlәmi, mәn olayım şad.
Çün nәxli-hәdiqeyi-hünәrsәn,
Müftahi-xәzineyi-göhәrsәn,
Cәhd eylә, çıxar cәvahiri-pak,
Fikr etmә ki, yoxdur әhli-idrak!
Demә ki, bulub kәsad bazar,
Bulmaz bu mәtaimiz xәridar....
 
       * * * * *
 
Ey bәxt, vәfasız olma sәn hәm,
Hәmrahlıq et bizimlә bir dәm.
 
Әlhәqq, demәk olur, bu әmri-müşkili, yәni "Leyli vә Mәcnun" hekayәsini ustadi-şüәra vә әfsәhi-füsәha Molla Mәhәmmәd Bağdadi Füzuli kәmali-fәsahәt vә bәlağәt ilә әncama yetiribdir ki, onda zәrrәcә bir qüsur yoxdur vә ümumi-şüәra vә üdәba bu qövlә şәrik vә müqirrdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR