Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Nabi Əfəndi Şirvani Valiyül-əsl

Firidun bəy Köçərli - Nabi Əfəndi Şirvani Valiyül-əsl
Sakura

Firidun bəy Köçərli - Nabi Əfəndi Şirvani Valiyül-əsl

Nabi әfәndi Şirvaninin bir neçә qәzәllәri vә müxәmmәslәri sәmahәtli müfti әfәndinin «Mәcmuә»sindә tәhrir olunmuşdur. Onlardan atidә dәrc olunmuş bir qәzәlә iktifa etdik:
 
Әsrari-xәtinlә dili mәdhuş edә bilsәm,
Bir gәz qәmi-dünyanı fәramuş edә bilsәm.
 
Eylәrdim iki dәstimi bir qifli-mütәlsәm,
Ol qamәti-mövzuni dәrağuş edә bilsәm.
 
Göstәrmәz idim kimsәyә heç lәzzәti-lәlin,
Möhri-lәbim ol nemәtә sәrpuş edә bilsәm.
 
Etmәk nә olur әncümәni-dәhri pәrişan,
Bir gәz meyi-samanşikәni nuş edә bilsәm.
 
Vermәz süxәnaralıq ilә kimsәyә növbәt,
Nabi, dәhәni-xamәni xamuş edә bilsәm

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR