Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Seyid Əbülqasım Nəbati (III hissə)

Firidun bəy Köçərli - Seyid Əbülqasım Nəbati (III hissə)
Sakura

Firidun bəy Köçərli - Seyid Əbülqasım Nəbati (III hissə)

Burada Nәbati:
 
Mәn mәgәr әbәs olmuşam dәli,
Bir o «mim»ü «dal», «ba»vü «ra»yә bax --
 
-- şerindә ona işarә edir ki, ruzi-әzәldәn müdәbbiri-lәmyәzәl -- ki, ibarәt ola qadiri-zülcәlaldan, -- onun xәmirәsini mәhәbbәtlә yoğurub, mәrifәt nuru ilә münәvvәr qılıbdır, bәrgüzidәlәr silkinә daxil vә dünya qeydindәn xilas vә biehtiyac elәyibdir. Necә ki, özgә bir mәqamda şair deyir:
 
Tәbbali-qәza döydü mәnim adıma axir
                        Bu tәbli-cununu.
Sәhrayә salıb etdi mәni kuhdә mәskun,
                        Bu gәrdişi-gәrdun.
 
Vә habelә şair eşq әhlinin ustadı vә sәrxeyli olan Mәcnuni-zәbunu vә sonra Fәrhadi-bimuradı yada salıb özünü dәxi onların silkinә daxil edib vә hәtta Fәrhadi-qәmpәrvәrdәn özünü artıq tutub deyir:
 
Әlminnәtü-lillah oxudum elmi-lәdünni
                        Ustadi-әzәldәn.
Feyzi-nәzәri etdi mәni qabili-әsma,
                        Çün Xizri-müәlla.
Әfsus ki, alәmdә deyil dağ çapan oğlan
                        Fәrhadi-hünәrmәnd,
Tәlim edәydim ona mәn dәrsi-«sәmina»
                        Ta ayeyi-«övfa».
Mәcnun idi eşq әhlinin ustadı, hәqiqәt,
                        Pirimdәn eşitdim.
Әfv eylә günahın sәn onun, bari-xudaya,
                        Ovsilhu bi Leyla.
Hәrçәnd qaradağlıyam, yoxdu kәmalım,
                        Müşküldü kәlamım,
Hәr fәrddә mәsturdu bir dürri-müsәffa,
                        Yüz lölövü lala.
Yandı ciyәrim, bәsdi, fәğan etmә, Nәbati,
                        Bir lәhzә tut aram.
Sәhrayi-cünun içrә ol azadәdil, amma
                        Tut damәni-mövla.
 
Vә yenә Nәbati riyakar zahidin söhbәt vә ülfәtindәn peşman olub vә yaxasını kәnara çәkib deyir:
 
Mәn hara, söhbәti-namaz hara?!
Mәni azdırdı bu müsahibi-xam.
Dәftәri-eşqü babi-sövmü sәlat,
Mәbhәsi-xalü xәt, rükuü qiyam.
Ey әlәmdari-şahi-tәşnәcigәr,
Sәnә qurban mәnim atam-anam.
Hәrә bir şahı sevmiş, әzәldәn
Sәni sevmiş Nәbatiyi-bәdnam.
Gәh Әbülfәzlü gahi ya Abbas --
Deyәrәm, eylәdim sözü itmam.
Saqiyü camü şahidü gülü mül --
Bu idi, vәssәlam, vәlikram.
Gәl, gözüm, tut nәzәrdә ol şahi,
Müxtәsәr eylә, etmә çox ibram.
Qoy qәdәm rahi-eşqә mәrdanә,
Gir xәrabatә mәstü mәstanә.
 
Aşağıda dәrc olunan kәlamında Nәbati bir növ hali-dilini bәyan etmәk üçün bәni-Haşim mahı, mәnbәi-sövlәtü şücaәt Әliyyül-Mürtәza oğlu Hәzrәt Abbasdan mәdәd tәlәb edir, xamәsinin tişeyi-Fәrhaddan kәskin olmağını tәmәnna edir vә divanәvәr hәlqeyi-zәnciri meydani-tәrәbdә silkәlәyib eşq ilә bir hay-huy çәkir. Bu әsnada şairin qulağına Hatifdәn nida gәlir ki, ey Nәbati, mәtlәbin rәva oldu, xatiriki şad qıl! Vә sonra münşiyi-divani-hәqq şairә bu fәrmanı verir ki, eşqdәn lafü gәzaf vurub özünü eymә vә aşiqәm demә. Bu yolda eşqi-mәcazi yaramaz; bu yolda gәrәkdir kәrrat ilә canını bәlalara salıb, bәrkidib polad edәsәn vә buteyi-ixlasda qәlbi-misi әridib iksiri-eşq ilә onu pak vә saf qılasan vә hәr nisfi-şәbdә rahәt yuxusundan ayılıb, әl-üzünә sәfa verib, şövq ilә nami-xudanı vird edәsәn, ta ki, bu minval ilә nәfsi-dunun köpәyi mәqamında olan hirsü tamahı özünә ram edә bilәsәn vә qәmkәdeyi-üzlәtә tәbini mötad qılmağı bacarasan.
 
Vәqti ki, bu imtahanlardan çıxıb vә şәrbәti-tәcriddәn bir cam içib özünü hәlqeyi-ürәfayә vә daireyi-hükәmaya daxil elәdin, onda sәnә eşq tilsiminin qıfılı fәth olunar. Bundan sonra rahi-fәnada sәnin nәfsinә bircә tәvәkkül kifayәt edәr, beşәrti ki, su yerinә gözlәrin yaşını Dәcleyi-Bağdad edib vә yarın әtәyindәn bәrk yapışıb rahi-eşqdә müstәhkәm durasan. Bu halda alәmi öz әmrinә tabe edә bilәrsәn vә xatirini zikrdәn cәnnәti-Şәddad qılsan da, vәsvәseyi-şeytan sәni gümrah edә bilmәz. Bundan sonra әgәr Nәbati başqa mәqamlarda sәyahәt etmәk fikrinә düşәrsә, onda onun başını temeyi-xәncәr etmәyә muxtarsan. Şairin öz kәlamına rücu edәk:
 
Aşiqi-divanә, bir zümzümә bünyad qıl!
Xatirimi qüssәdәn bir nәfәs azad qıl!
 
Hәlqeyi-zәnciri bir silkәlә, sәslәn yenә,
Eşq ilә bir hay-huy, şur ilә bir dad qıl!
 
Müddәti-axır bu ev bәzmgәhi-yar idi,
Heyfdi, bu mәnzili yıxma, gәl abad qıl!
 
Mahәsәl, mәqsәdin yar idi mәqsud әgәr,
Başini bu damdә daneyi-sәyyad qıl!
 
Ruzi-әzәl aşiqә qismәt olub xuni-dil,
Bax mәnә bir sәdrini kureyi-hәddad qıl!
 
Yoxdu bizim sazımız, tari-xoşavazımız,
Tök üzә әşki-rәvan, nalәvü fәryad qıl!
 
Mahi-bәni-haşim ol Hәzrәti-Abbasdәn --
İstә mәdәd, xamәni tişeyi-Fәrhad qıl!
 
Müğbәçeyi-mütrübün burda yeri yox hәnuz,
Ah çәkib dәmbәdәm növhәvü bidad qıl!
 
Yetdi nida sәminә Hatifi-lareybdәn,
Mәtlәbin oldu rәva, xatirini şad qıl!
 
Münşiyi-divani-hәqq yazdı bu fәrmanı kim,
Bu neçә әbyatı da dәftәrә irad qıl!
 
Laf urub eşqdәn, adına aşiq demә,
Ya bu ki, bu rahdә canını fulad qıl!
 
Bu misi-qәlbi әrit buteyi-ixlasdә,
Vur ona iksiri-eşq, qabili-nәqqad qıl!
 
Nisfi-şәb olduqca dur әl-üzünә ver sәfa,
Yatma dәxi, sübhә dәk şövq ilә övrad qıl!
 
Ta ki, sәnә ram ola hirsi-sәki-nәfsi-dun,
Qәmkәdeyi-üzlәtә tәbini mötad qıl!
 
Şәrbәti-tәcriddәn başına bir cam çәk,
Get özünü daxili-hәlqeyi-övtad qıl!
 
Ta ki, sәnә fәth ola qıfli-tilismati-eşq,
Xәlq üzünә qapını şeşdәri-nәrrad qıl!
 
Әşhәbi-sәr-sәr-xuram gәrçi inanın qırıb,
Getmә, dur, ey biәdәb, hörmәti-ustad qıl!
 
Şamü sәhәr müttәsil hәmdü yüz ixlas ilә
Ta nәfәsin var isә ruhun onun şad qıl!
 
Yar әtәyindәn әlin üzmә, budur rahi-eşq,
Gözlә onu, alәmi tabeü münqad qıl!
 
Vәsvәseyi-Әhrimәn gәr sәni gümrah edә,
Xatirini zikrdәn cәnnәti-Şәddad qıl!
 
Bir dә Nәbati әgәr meyli-sәyahәt edә,
Başın onun tömeyi-xәncәri-cәllad qıl!
 
Digәr bir kәlamında Nәbati könlünә xitab edib deyir: Bu qәdәr yatdığın bәsdir. Qәflәt yuxusundan bir gözünü açıb bidar ol! Qönçә kimi pәrdәdә qaldığın bәsdir, bir zaman açılıb sәn dә bir şahidi-bazar ol! Zülmәt diyarına qәdәm basıb abi-hәyatı axtar, irәli yeri, dönüb dala baxma, xövfü şәkkә düşmә! «Lәntәrani» әcәb bir әmrdir. Әgәr hәqiqi aşiqsәn, Tura sarı yüyür, talibi-didar ol! Musa kimi әsanı yerә at vә nәleynini ayağından çıxart, onda nuri-hәqq sәndә tәcәlla edәr. Әgәr hәqqi tutub xalqı unutsan. İsa kimi göylәrdә mәqam tutarsan.
 
Әlli ilin müddәtindә bu qәdәr mәscidә gedib-gәlmәyindәn nә hasil etdin? Hansı feyzü kәmalata nail oldun? Oğlun ölsün, bir usan, bәsdir bu qәdәr riyayi ibadәt vә zahiri taat! Bizar ol! Şәkkü sәhvi qәlbindәn çıxart, «qabili-mәğfirәti-qadiri-qәffar ol-ol»!
 
Bu qәdәr guşeyi-mehrabә sığındın bәsdir,
Bir dә meyxanәyә gәl, faizi-әnvar ol-ol!
 
Eşqi, aşiqliyi mәn eylәmә, zahid, billah,
Әqlini başına yığ, aşiqi-bir yar ol-ol!
 
Seyid Әbülqasım öz tәbi-gövhәrbarı vә әşari-abdarı xüsusunda belә yazır:
 
Aç fәsahәt qapısın, ey «әnә әfsәh» nәsli[4],
Sәndә mirasi-şahәnşahi-tәdәlla görünür.
 
[4]- Rәsuli-әkrәmә işarәdir.
 
Şәms Tәbrizi kimi mühyiyi-әmvat oldun,
Vәh, onun cilvәgәhi alәmi-bala görünür.
 
Tәbi-mәtbuun edәr Maniyü Әrcәngi xәcil,
Rәşheyi-kilki-tәrin sehri-hәlala görünür.
 
Bu nә pәrvazdı, ey tairi-Simürğ-şikar,
Tәhti-balında onun fövqi-Sürәyya görünür.
 
Sözü qıl şәhdü şәkәr, ey әnә әmlәh balası,
Mәhәki-dürri-süxәn -surәti-Sәdra görünür.
 
Hәyy edәr әzmi-rәmimi nәfәsi-müşkini,
Nitqi-şirini ara möcüzi-İsa görünür.
 
Qәlәmi gövhәrrizinә xitabәn deyibdir:
 
Ey qәlәm, ey әnisi-әhli-bәyan,
Cәhd qıl etgilәn sözü ziba.
Gәl, gәtir badә, ey gözüm saqi --
Ki, verim çöhreyi-mәqalә sәfa,
Ta salım bu cahanә bir ğülğül,
Başlayım tazә bir әcibә nәva,
Gәlәlәr vәcdә aşiqü arif,
Düşәlar rәqsә padişahü gәda.
 
Bu babda yenә başqa bir kәlamında yazıbdır:
 
Kilki-süxәnsәncü şәkәrrizә bax,
Gündü bu ya gövhәri-inşa imiş?
 
Kağızı diba kimi gülgun edib,
Cümlә hünәr bunda mühәyya imiş.
 
 Nöqtәlәri hәr biri bir qitәdir,
Hәrflәri hәr biri pira imiş.
 
Haşimiyәm, varisi-fәxrül-kәlam,
Bizlәrә bu şiveyi-aba imiş.
 
Padişahi-әrzü sәmadır qәlәm,
Taçi-sәri-Xosrovü Dara imiş.
 
Bu qәlәmi-silsilәmudur ki, bu
Hәmdәmi-hәr arifü dana imiş.
 
Yenә bu xususda başqa bir yerdә yazmışdır:
 
Kağәzi-zәrkeş kәtir, ver mәnә zәrrin qolәm,
Ta ki, mәn inşa qılım eşqdә bu mәhzәrn.
 
Çünki tamam eylәdim mәn bu tәrәbxanәni,
Hazır edin siz v dәm Maniyi-surәtgәrn.
 
Onda mәnim şәklimi, surәti-dildarımı
Nәqş edә bu sәfhәdә, şad edә bu kafәri.
 
Getdi Nәbati özü, qaldı sözü yadigar,
Aşiq olanlar gəzәr axtarı bu dәftәri.
 
Yenә ez tәbi haqqında buyurmuşdur:
 
Çox tәrif elәmә baği-behişti, zahid --
Ki, onun kuyi, mәnim rövzeyi-rizvanım bәs,
 
Bülbülü tutiyü qumri sәnә әrzani ola,
Ey Nәbati, mәnә bu tәbi-süxәndanım bәs.
 
Burada zikr olunan kәlamlardan başqa yenә Nәbatn-nin öz tәbi vәsfindә mövzun şerlәri vardır ki, cümlәsini yazmağa ehtiyac yoxdur. Biz ancaq bunu deyә bilәrik ki, әlhәqq Nәbatinin tәbi kezәl vә rәvan imiş. Ondan nәşәt edәn sözlәrin çoxu lәlü çәvahirә bәrabәrdir.
 
Gövhәri-iәzmdi ya silki-dürü lәli-xoşab,
Şeri-rәnkindi ya lölövü lala-lala.
 
Nәbati әleyhirrәhmәnin başqa növ kәlamları nlә möhtәrәm oxucuları daha da әtraflı aşina etmok qәs-di ilә tәbәrrükәn bir neçәsini burada dәrc edirik,
 
Müstәzadi-Nәbati:
 
Ta oldu sәnin mehri-ruxun sunbülo mülhoq,
                        Ey mahi-mütәbbәq!
Sandım ki, kunәş әbrә kirib oldu mübәrrәq,
                        Çan oldu mühәrrәq.
Mah uzrә duşәn nöqteyi-xalın nә bәladır,
                        Ey közlәri cadu.
Heyrәtdәdi bu mәsәlәdә cümlә müdәqqiq,
                        Acizdilә mütlәq.
Bu dairәdә nöqteyi-pәrgar qalıb mat,
                        Şәtrәncdә çün şah.
Girdabi-bәla içrә sınıb lәngәri-zövrәq,
                        Hәr dәm deyәr «hәq-hәq».
Bu acizü dәrvişә әgәr mürşidi-eşqin
                        Rüsxәt verә, billah,
İsbat edәrәm böylә ki, hamı deyә sәddәq,
                        Hәm әrşi-müәllәq.
Faş eylәmәzәm mәn dәxi әsrari-nihanı,
                        Yox, yox, qәlәt etdim.
Get, get, qanını heç yerә tökdürmә benahәq,
                        Ey cahili-әhmәq!
«Bismillah»ı dәrk eylәmәmiş «hәmd»ә yüyürmә,
                        Ey zahidi-gümrah!
Sәrkәrdәsiz aya görünüb bağlana sәncәq,
                        Lәşkәr tapa rövnәq?
Doymәz iki dinarә sәnin sövmü sәlatın,
                        Sallanma behiştә!
Qәflәtdәn oyan, aç gözün, ol tazә müsәbbәq,
                        Manәndi-Fәrәzdәq.
Keyfiyyәti-meyxanәni mәsciddә kim anlar,
                        Gәl ol sözә vaqif.
Aldatdı sәni cifeyi-dünyayi-müzәrrәq,
                        Vur başına çün bәq.
Hümmәt elә, aç sinәmi, qıl nitqimi guya,
                        Ey piri-xәrabәt!
Bu leyli-düca içrә mәni qoyma müfәrrәq,
                        Ey sübhi-müfәllәq.
Bu әrseyi-xunxardә dәm vurma, Nәbati,
                        Ol sakitü samit.
Guya sәnә kәşf olmayıb әhvali-«әnәlhәq»,
                        Sәn bilmәdin әlhәq
 

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR