Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Yusif Nabi (I hissə)

Firidun bəy Köçərli - Yusif Nabi (I hissə)
Sakura

Firidun bəy Köçərli - Yusif Nabi (I hissə)

Molla Mәhәmmәd Bağdadidәn sonra Azәrbaycan şüәra vә üdәbasına şüәrayi-sәlәfdәn artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi әfәndi türklәrin müqtәdir vә zor şairlәrindәn birisi hesab olunur. Divani-Nabidә ki, zәxim bir kitabdan ibarәtdir, hәr qisim kәlam mövcuddur. Tәmamisi nәzm ilә inşad olunubdur. Haman mәnzumat bu qayda üzrә divani-Nabidә tәb olunmuşdur: 1) Babül-mәdh vә nәt; 2) Qәsaid; 3) Tәxmis vә maddeyi-tarix; 4) Mәsnәvi; 5) Rübaiyyat vә qәzәliyyati-türki; 6) Müqәttәat vә müәmmayat; 7) Divani-qәzәliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".
 
Nabi әfәndi "Xeyriyyә"sindә oğlu Әbülxeyr Mәhәmmәd Çәlәbiyә yazdığı pәndnamәsindә öz tәrcümeyi-halına dair icmalәn mәlumat verir. Bu mәlumatdan görünür ki, Mәhәmmәd Çәlәbi Nabinin ömrünün müsinn çağında, yәni 54 yaşında doğulmuşdur vә onun vücuda gәlmәsi ilә şairin gözlәri nur vә qәlbi sürur ilә dolur; guya ona tәzәdәn bir hәyat verilir. Belә ki, Nabi әfәndi deyir:
 
Pәrtövi-nuri-hәyatım sәnsin,
Mәhz xeyrü bәrәkatım sәnsin,
Salalı başimә zatın sayә,
Bәn sәninlә bakaram dünyayә.
 
Mәhәmmәd Çәlәbinin tәvәllüdü şairin 54-cü yaşında vaqe olmasına onun bu şerlәri şәhadәt verir:
 
Sәni verdi bana, ey feyzmәab,
Mövsimi-sinni-kәbirimdә vәhab.
Toğıcaq alәmә hüsnün mahi,
Güzәran olmuş idim pәncahi.
Çarü pәncahdә verdi sәni hәq,
Hәft salında yazıldı bu vәrәq.
 
Mәhәmmәd Çәlәbinin maddeyi-tarixindәn ki, Nabi әfәndi özü onu inşa edibdir, mәlum olur ki, onun vәqti-tәvәllüdü hicrәtin 1106-cı salında vüqua gәlibdir. Haman maddeyi-tarix bu şerlәrdәn ibarәtdir:
 
Sәrmayeye-fetrәtәm Әbülxeyr-- 
Kәz lotfe-әzәl pәnah darәd,
Tarixe-veladәte-şәrifәş
"Әz dәrd xoda neqah darәd".
 
Tərcüməsi:
Әzәli lütfә sığınan,
Mәnim fitrәtimin sәrmayәsi olan Әbülxeyrin.
Şәrәfli tәvәllüd tarixi
"Әz dәrd xuda pәnah darәd"dir
("Allah onu bәlalardan saxlasın”dır.)
 
Bu hesab ilә Yusif Nabinin tәvәllüdü hicrәtin 1052-ci sәnәsinә tәsadüf edir. 1106 sәnәdәn 54 sәnә çıxanda qalır 1052 sәnә ki, haman salda Yusif Nabi vücuda gәlibdir Rәha şәhәrindә. Rәha isә Qüdsi-Xәlil canibindә Şam xittәsindә basәfa qәsәbәlәrdәn birisidir ki, xoş ab-havası ilә mәşhurdur. Nabi әfәndi vәtәni olan Rәhanı belә vәsf edir:
 
Vәtәnim şәhri-dilarayi-Rәha,
Vәqti-tәhrir müqirrim Şәhba.
Nә Rәha, nüsxeyi-gülzari-cinan,
Mәsqәtürrәsi-Xәlilül-Rәhman.
Nә Rәha qibtәgәhi-xitteyi-Şam,
Mәzhәri-möcüzeyi-bәrdü sәlam. 
 
Tərcüməsi:
Vәtәnim gözәl Rəha şәhәridir,
Bunları yazan vaxtda iqamәtgahım Şәhbadır.
Elә bir Rәha ki, cәnnәt bağçasının bir nüsxәsi,
Xәlilulrәhmanın daimi yaşayış yeridir.
Elә bir Rәha ki, Şam ölkәsi ona hәsrәt çәkir,
"Bәrd və sәlam" möcüzәsinin yeridir.
 
Nabi әfәndi vәtәni-mәlufunda nәşvü nüma tapıb, tәlim vә tәrbiyә aldıqdan sonra 30 sәnәyә qәdәr Әdirnә vә İstambul şәhәrlәrindә bәzi mәnsәblәri әda etmәklә sükunәt etmişdir vә sonradan bu zati-şәrifin aramgahı Hәlәb şәhәri olmuşdur:
 
Bir zaman Әdirnәvü İstambul
Oldu si sal bana cayi-nüzul.
Lillәhülhәmd neçә mәnsәbü cah
Oldu bu bәndәyә ehsani-ilah.
Qalmayıb sonra dimaği-dövlәt,
Oldu üftadeyi-künci-üzlәt.
Cәzbeyi-abü hәva oldu sәbәb,
Oldu aramgәhim şәhri-Hәlәb.
 
Şairin kәlamından belә anlaşılır ki, Hәlәb şәhәri xeyli canfәza vә xoşhava bir mәkandır ki, çahar fәsli düzgün keçir. Bu şәhәrin vәsfindә şair deyibdir:
 
Şәrabә şәrm verir abi-canfәzayi-Hәlәb.
Şәmimi-cәnnәti mәhcub edәr hәvayi-Hәlәb.
Lәbi-bütanә olur xәndәrizi-istehza
Nәmәksiriştә, lәb püstә fәzayi-Hәlәb.
Buna hәvadә İraqü Әcәm müxalifdir--
Ki, çar fәsldә novruz edәr sәbayi-Hәlәb.
Behişt qanda görәr hüsnünün tәmaşasın,
Tururkәn ayineyi-abi-dilgüşayi-Hәlәb.
 
Yusif Nabi xeyli müddәt dünyada zindәganlıq edibdir vә әyyami-zindәganlığı Mәhәmmәd Sultanın oğulları--Mustafa Sultanın vә Әhmәd xan Sultanın zamani-hökumәtlәrinә tәsadüf etmişdir. Şair hәr birisinin vәsfi-şәnindә xeyli qәrra vә sәlis qәsidәlәr yazıbdır ki, manәndi az tapılar. Onun bir qәsidәsindәn anlaşılan budur ki, Sultan Әhmәd xan ibn Mәhәmmәd xanın cülusi-hümayunu şairin 50-ci salında vaqe olubdur. Mәzkur qәsidә bu sayaq başlanır:
 
Bir şәbangәh ki, çiraği-xirәdi-әbdi-fәqir
Eylәmişdi hәrәmi-qәsri-dimağım tәnvir,
Nagәhan mükmәni-qeybin açılıb pәrdәlәri
Oldu yer sәf sipәharayişi-meydani-zәmir.
Birinin nami qәlәm, biri vәrәq, biri dәvat,
Biri mәni, biri mәzmun, biri hüsni-tәbir.
Dedilәr birdәn:--Әya, piri-rәhi-nәzmi-süxәn,
Ey köhәn cövhәri, sövqi-bәyanü tәhrir,
Nә әcәb xeyli zamandır ki, tәmәvvücdә deyil,
Bәhri-zәxxari-xәyal, әbri-köhәrpaşi-zәmir.
Sana noldu, nә turursan, nә günә saklarsan,
Ta bekey nәsri-cәvahirdә bu dәklü tәxir?
Әlli yıldır ki, müsәllәm sana sәccadeyi-nәzm,
Şimdi sәnsәn şüәra zümrәsinә şeyxi-kәbir.
O zamanlar sana tәslim idi meydani-süxәn-- 
Ki, sәnin sözlәrinә Naili olmuşdu әsir.
Meyvәsi az isә dә, lәzzәti әfzuntәr olur
O dirәxtin ki, xiyabani-süxәndә ola pir.
Dedim:--Ey lövhәnәvisani-dәbistani-hünәr,
Ey mәbaniyyi-mәaniyә müdara tәmir,
Hәp bilürsiz ki, qәdi-rastimi xamә kibi,
Etdi әngüşt kibi xәmzәdә bari-tәhrir.
Qalmadı tabü tәvan teyyi-rәhi-әfkarә,
Oldu әndişә dә tәrkibi-vücudum kibi pir.
Leyk var cibi-zәmirimdә nәhüftә çoxdan
Bir göhәr әqdi ki, olmaz ana alәmdә nәzir.
Saklaram namına bir padşәhi-dövranın-- 
Ki, edәm müjdә bәşarәt kim edәrsә tәbşir.
Gәlsin ol padşәhin әsri-şәrifindә görәk
Bülbüli-köhnә necә eylәr imiş bәsti-sәfir,
Dedilәr:--Müjdәlәr olsun, sana, ey rastnәzәr--
Ki, sәni istәdiyin әsrә yetirdi tәqdir.
Lillәhilhәmd ki, bir vifqi-murad etdi cülus
İntizar eylәdiyin padşәhi-alәmgir.
Oldu tәyidi-ilahidә misali-xurşid.
Zati-valatәri arayişi-balayi-sәrir.
Zilli-mәmdudi-xuda hәzrәti-Xan Әhmәd kim,
Sayeyi-sәrvi-әlәm, dövlәtidir mehri-münir.
 
Vә lakin bizә rast gәlmәdiyindәn mәlum olmadı ki, Nabi әfәndi hәlәb şәhәrindәmi vәfat edibdir, yoxsa İstambulda. Vәli çox ehtimal var ki, onun vәfatı İstambulda ittifaq düşübdür. Çünki şairin öz kәlamından görünür ki, ol cәnab ömrünün hәftad sinnindә Hәlәbdәn Ruma әzimәt edib vә Hüzuri-Sultan Әhmәd xanda sahibi-mәnsәb olmuşdur vә dәxi onun İstambuldan Hәlәbә müraciәt etmәyi haqqında divanında bir işarә yoxdur. Şairin bu qoca sinnindә vә ixtiyar halında talibi-izzü cah olması bәzi әhli-qәrәz vә kәcnәzәrlәrin lisani-etirazını diraz edib, onu müttәhim qılmışlar. Necә ki, bu babda şair özü deyibdir:
 
Hәqqin olub dәrindә nәsimi-inayәti,
Gülşәnsәrayi-Rumә düşürdükdә qismәti.
Yәni olub diyari-Hәlәbdәn keşidәpa,
Tәhrik edincә Rumә rikabi-әzimәti.
Nagah vәhmü vәsvәsәfәrmayi-kәcnәzәr
Urdu inan әzmimә dәsti-cәsarәti.
Bәsti-müqәddimati-sualә edib şüru,
Zәmm etdi xeyrxahlıq üzәrә sәdaqәti.
Әbvabi-etirazә küşayiş verib tәmam,
Etdi әdlә ilә mökәdi-ibarәti.
Dedi ki, ey fisürdә xirәd, piri-natәvan,
Hәftad sinndә bu sәfәrin nәy ki, hikmәti?
Bu sinnü saldә qәrәzin izzü cah isә,
Yox izzü cahә cismi-nizarın lәyaqәti.
Var isә arizuyi-münasib zәmirdә,
Anın da tazәlikdәdir ayinü şövkәti.
Әsbabi-ehtişamә әgәr var isә hәvәs,
Piranın ana daxi yakışmaz qiyafәti.
Sövdayi-kәsbi-malla mәali isә dilin,
Anın da pirlikdә nәdir qәdrü qiymәti?
Gahi ocaq başında, gәhi baği-zardә
Eylәrkәn әhli-danişü elm ilә söhbәti,
Kәtm etmә, doğru söylә nәdir mәqsәdü murad,
Böylә dәyişmәdәn süfreyi-zövq üzlәti.
Divan büsatı ilә әgәr әsb isә murad,
Bazulәrindә zәbtinә yox istitaәti.
Halın sәnin bu günә ikәn, ey fisürdәhuş,
Bilmәm bu rahә sәn nәdәn etdin әzimәti?
Gördüm mәqalı gәrçi deyil vәchdәn tәhi,
Әmma әsabәt üzrә deyil hiç hәqiqәti.
Dedim әgәrçi cümlәsi vardır bu sözlәrin
Bәn daxi anlamaz deyilәm rәncü rahәti.
Mәchuldur tәbiәt kәc beyninә sәnin,
Tәdbirә qalib olduğu hәqqin iradәti.
Mәlumdur bu hәr kәsә, vazeh tәriqdir,
Likәi nәhüftә var dәxi çox sirrü hikmәti.
Görmәzmisәn bu mәtbәxi-süni-hәkimdә
Cәzb etdiyin keşan-keşan insani qismәti?
Әz cümlә ol sәnin dedigin rahәtü fәrar
Mәtlubi-cismdir, yox anın canә nisbәti.
Asudәlikdә gәrçi könül müstәrih olur,
Hәp hisseyi-bәdәndir anın hәddü qayәti.
Bir istirahәtin ki, ola mәrcәi bәdәn,
Yoxdur o rahәtin dil ilә canә nisbәti.
Sәmü bәsәr vәzifәsin alamaz kәnardә,
İkisi dә qidadә çәkәrlәr zәrurәti.
Sәmin qidasi mәniyi-pakizә nitqdir,
Çeşmin qidasi hüsndür anınla hekayәti.
 
Nabi әfәndinin bu axırkı sözlәrindә çox nazik mәnalar vardır ki, onlara diqqәt yetirmәmәk olmaz. Hәqiqәtdә mәhz istirahәti-bәdәn vә fәraqәti-cism ilә dolanmaq heyvaniyyәtdәn bir az bәridir. Künci-üzlәt vә qәnaәti qәnimәt bilib, beş günlük ömrü xabi-qәflәtdә, yәni ancaq yeyib-içmәkdә keçirmәk, mәhz bir bәdәnә xidmәt edib, onun zәruriyyatını mühәyya etmәyә çalışmaq vә ruhun varlığından bilmәrrә bixәbәr olmaq insanın sırf cәhalәt vә avamlığına dәlalәt elәr. Odur ki, Nabi әfәndi deyir vә hәqiqәtdә çәmәni-mәnaya dürr vә cәvahir saçır:
 
Bir istirahәtin ki, ola mәrcәi bәdәn,
Yoxdur o rahәtin dil ilә canә nisbәti.
 
Sonradan Nabi әfәndi әtfi-kәlam edib, İstambulu vә onun әhlinin kamal vә mәrifәtini vә hüsni-әdalarını tәrif edir:
 
Minayi-çeşmi qәrqeyi-nuri-sürur edәr,
Xubani-şәhryanın o hüsnü lәtafәti.
Hüsni-әda, hüsni-vәfa, hüsni-hәr ümur
Ol şәhri-bibәdәldә bulur hüsni-qayәti.
Ol dilgüşa mәallar, ol xürdә nüktәlәr
Mümkündür bola Әrәbistanda surәti?
Ol canfәza süxәnlәrin, ol şux әdalәrin
Әkamlәr lisanına olsunmu nisbәti?
Olsunmu hiç kәlami-zәrifanәyә bәdәl
Әsbәr şәvi tәala tәnәqşö ibarәti?
"Bәdi", "lәkә" xitablarından gәlirmi heç
Lәfzi--"a canım", "ay әfәndim hәlavәti?
 
Vә bundan sonra şair sәdri-әzәm Mәhәmmәd paşanın vasitәsilә müqәrrәbi-hüzuri-Xan Әhmәd Sultan olmaqından vә sultanın ol şairi-salxürdәyә iltifat vә mәrhәmәt göstәrmәklәrindәn danışıb deyir:
 
Naziklik ilә dәvәt edib pişgahına,
Etdi müqabilindә qüudә işarәti.
Zәrrinsitanә dövlәtilә eylәyib nәzәr,
Nәrgislәr oldu naili-çeşmi-inayәti.
Dәsti-mübarәkilә edib çidә xakdәn,
Etdi sәri-hәqirimә vәzi-әlamәti.
Yәni duayi-cahıma vәqf eylәdim sәni,
Var eylә ta zәmani gәlincә bu xidmәti.
Allaha şükr can bәdәnә etmәdin vida
Göstәrdi hәqq bana bu zaman sәadәti.
Dәrgahi-dövlәtinә olunmazmı ruymal
Ol davәrin ki, sibqәt edә bu kәramәti.
 
Bu şerlәrdәn mәlum olur ki, Nabi әfәndi Xan Әhmәd Sultanın qәsrindә öz kamal vә mәrifәti vә xüsusәn, tәbi-şeriyyәsi ucundan iqamәt edib, vәzifәxarlar cümlәsindәn olubdur.
 
Nabi әfәndi öz hali-hәyatında, yәqin ki, mәriz olduğu әsnada ölümünün yaxınlaşmağını dәrk edib, tarixi-vәfatını yazmışdır. Bu maddeyi-tarix hesabilә onun vәfatı vaqe olubdur hicrәtin 1124-cü ilindә 77 yaşında. Mәzkur tarixi-vәfat bu şerlәrdәn ibarәtdir:
 
Çon ruhe-kәmine-Nabi dәr locceye-nur amәd,
Әz tәngiye-tәn va rәst dәr dare-sorur amәd.
Tarixşenasane-mәnaye-şohudo ğoyub
Qoftәnd: peye-tarix "Nabi behozur amәd". 
 
 Tərcüməsi:
Nabi, sәnin kiçiçik ruhun nur dәryasına gәldiyindәn
Bәdən darısqallığından nicat tapdı, şadlıq dәryasına gәldi.
 
Gözә görünәn vә görünmәyәn mәnaların tarixşünasları
Dedilәr: tarixin ardınça "Nabi behüzur amәd" (Nabi hüzura gәldi).
 
Yusif Nabi, necә ki, әsәrlәrindәn mәlum olunur, hikmәt vә mәrifәt әhli imiş. Onun da Füzuli Bağdadi kimi asari-hәkimanәlәrindә xeyli dәrin mәnalar, uca fikirlәr, müstәqim vә mәtin rәylәr vardır ki, daimül-övqat zindә vә baqi qalacaqdır. Bundan әlavә mәrhum Nabinin oğlu Әbülxeyr Mәhәmmәd Çәlәbiyә xitabәn yazdığı dәlayili-aqilanә vә nәsayihi-müşfiqanә ki, nәticәsi cümleyi-nasә aiddir, bizim dünyәvi sәadәtimiz, üxrәvi nicatımız vә mәnәvi tәrәqqimiz üçün әn mәqbul vә mötәbәr bir dәsturül-әmәldir. Bu "Xeyriyyә"dә qeyrilәrin dә sәlahı mәnzur olduğunu şair özü açıq deyir:
 
Hәr zaman istәrәm, ey cani-pәdәr,
Ola avizeyi-guşun bu göhәr,
Bunu nazik tutasan canından,
Bir dәm ayırmayasan yanından.
Ta bemәhşәr ola feyzi cari,
Hәm sәnә, hәm ola qeyrә sari.
 
Әlbәttә, Füzuli Bağdadinin әsari-nәfisәlәrindә olan fәsahәt vә bәlağәt, onun әşari-aşiqanәlәrindә hiss olunan lәtafәt vә tәravәt Nabi әfәndinin kәlamlarında müşahidә olunmur vә lakin hikmәt vә fәlsәfә nöqteyi-nәzәrincә Nabinin kәlamlarına diqqәt yetirilsә vә Füzulinin bu qisim asari-qәlәmiyyәlәri ilә tәtbiq olunsa, bәlkә Nabi әfәndinin kәlami-hikmәtamizi ürәfa vә üqәla nәzәrindә Füzulinin kәlamlarından әskik olmaya. Bainhәmә hәr iki şairin özlәrinә mәxsus rütbә vә mәqamları vardır; hәr birisinin şiveyi-lisanları vә tәrzi-kәlamları başqadır; hәr birisinin tәbi-rәvanpәrvәrlәrindә başqa bir yaradıcılıq qüvvәsi mövcuddur; hәr birisinin şer vә kәlamından başqa bir әtir vә rayihә hiss olunur; hәr birisindә başqa bir zövq vә sәfa vardır ki, onları ancaq әrbabı vә sәrrafı tәşxis vә tәmyiz edә bilәr. Belә ki, bunlardan birisini qeyrisinә tәrcih vermәk müşkül әmrlәrdәn birisidir. Bu isә bizim vәzifәmizdәn bala vә qüdrәtimizdәn xaricdir. Belә pürqiymәt dürrlәr bizim tәnqid tәrәzimizdә çәkilәsi daşlar deyil.
 
Hәrçәnd Yusif Nabinin әsәrlәri dә cümlә mәrifәt әhlinә vә xassә şüәra sinfinә mәlumdur vә lakin onlar Füzulinin tәlifatı kimi camaatımız arasında intişar vә iştihar tapmayıbdır. Zaqafqaziyada ancaq Şәki mahalında, xüsusәn Nuxa şәhәrinin vә Qәbәlә mahalının ürәfa vә zürәfası arasında Nabi әfәndinin hikmәtamiz kәlamları özlәrinә xiridar tapmışlar. Sair oxucularımızı da ol zati-әzizin kәlamları ilә aşina etmәk üçün burada bәzi nümumәlәr göstәrilir. Nabi әfәndi öz "Xeyriyyә"sindә oğlu Mәhәmmәd Çәlәbini sәy vә elmә bu sayaq tәrğib vә tәşviq edib, sәy vә elmin vәsfindә vә cәhlin zәmmindә yazır:
 
Ey nihali-çәmәnarayi-әdәb,
Nurbәxşayi-dilü dideyi-әb,
Sәy qıl elmi-şәrifә şәbü ruz,
Qalma heyvansifәt, ol elmamuz.
Elmә sәy eylәmәmәkdәn hәzәr et,
Elmü sәy ikisi birdir, nәzәr et.
Müddәaya bu süxәn şahiddir,
Elmü sәyin әdәdi vahiddir.
Bulamaz elm bilasәy vücud,
Biri getsә, biri olur nabud,
Sifәti-hәzrәti-Mövladır elm,
Cümlә övsafdәn әladır elm.
Mәtlәbi-elmә çalış ol әlәm,
Fәrzdir dedi rәsuli-әkrәm,
Dәxi әmr eylәdi ol sahibi-elm:
Mәhddәn lәhdә dәk ol talibi-elm.
Elm üçün oldu şәhi-xitteyi-nur,
Rәbb zәdni tәlәbilә mәmur.
Bula gör öylә Mәdinәyә vüsul-- 
Ki, qapusi ola damadi-rәsul.
Elmdir maşteyi-ruyi-vühud,
Elmdir vasiteyi-budü nәbud.
Elmdir maideyi-rәbbani,
Elmdir muhibeyi-yәzdani.
Elmdir rabiteyi-izzü әla,
Elmdir baisi-tәmkinü sәfa.
Elmdir zabiteyi-cahü cәlal,
Elmdir rabiteyi-bәrrü nәval,
Elm bir lücceyi-bisahildir,
Anda alәm keçinәn cahildir.
Cәhlә hәq mövt dedi, elmә hәyat,
Olma hәmhali-güruhi-әmvat.
Olma mәhrumi-hәyati-әbәdi,
Elmlә fәrq edә gör nikü bәdi.
Elmin әnvai ilә ol hali,
Bәlkә lazım gәlә istemali.
Bilmәk, әlbәttә, deyilmi әhsәn,
Sorsalar bәn anı bilmәm demәdәn.
Hәzrәtin nasә budur tәlqini:
"Utlubul-elmi vәlo bis-Sini".
Etmә ar, öyrәn oxu әhlindәn,
Hәr şeyin elmi gözәl cәhlindәn.
Cühәla alimә nisbәt xәrdir,
Bәlkә xәrdәn dә belә әbtәrdir.
Qandadır bixәbәrü qanda xәbir.
Mütәsavi deyil әmiyyü bәsir.
Nә qәdәr bulsa da izzәt, şövkәt,
Cah ilә cahilә gәlmәz rifәt.
Cәhldir maideyi-şәrmü xiclәt,
Cәhldir muresi-zillü nikbәt.
Cәhldir adәmә zindani-bәla,-- 
Ki, düşәnlәr görәmәz ruyi-rәha.
Cәhldir mәhz әdәm, elm vücud,
Heç bәrabәrmi olur bud, nәbud?
Şәrәfi-elmә nәhayәt yoxdur,
Sifәti-bariyә qayәt yoxdur.

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR