Slimfit
  1. İDMAN

“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb

“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb
Sakura

“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb

Şimali İrlandiya millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Corc Best tarixin ən yaxşı britaniyalı futbolçusu seçilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,siyahını nüfuzlu “FourFourTwo” nəşri dərc edib.

Jurnala görə, müxtəlif dövrdə oynamış 34 futbolçudan ibarət siyahıya Best başçılıq edir.

İkinci yeri şotlandiyalı Kenni Dalqliş (“Liverpul”) tutub. Üçüncü yerdə ingilis Bobbi Çarlton (“Mançester Yunayted”) qərarlaşıb.

Dərgiyə görə, 10 ən yaxşı britaniyalı oyunçunun siyahısı:

1. Corc Best (Şimali İrlandiya);

2. Kenni Dalqliş (Şotlandiya);

3. Bobbi Çarlton (İngiltərə);

4. Bobbi Mur (İngiltərə);

5. Qaret Beyl (Uels);

6. Ueyn Runi (İngiltərə);

7. Kevin Kiqan (İngiltərə);

8. Harri Keyn (İngiltərə);

9. Cimmi Qrivz (İngiltərə);

10. Con Çarlz (Uels).

Nəşrdə XXI əsrdə oynamış futbolçulardan Rayan Giqqz (Uels, 18-ci), Devid Bekhem (İngiltərə, 19-cu), Alan Şirer (İngiltərə, 22-ci), Frank Lempard (İngiltərə, 28-ci) və Stiven Cerrard (İngiltərə, 30-cu) yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR