Slimfit
  1. CƏMİYYƏT

Gədəbəyin deputatları: "Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı"

Gədəbəyin deputatları: "Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı"
Sakura

Gədəbəyin deputatları: "Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı"

“Gədəbəy rayonunun Söyüdlü kəndində yaşlı qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Milli Məclisin Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda rayonda hadisələrlə bağlı müvafiq araşdırmalar aparılır, ilkin məlumatlar olsa da, nəticə gözlənilməlidir:

“Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründə bu kənd alimlər kəndi kimi də tanınıb. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal zəhmətləri ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı yaşlı qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

Deputat hadisənin necə yarandığına da münasibət bildirib: “Necə ola bilər ki, bu hadisə Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verib? Bu da müəyyən suallar doğurur. Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır. Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcəklər. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaq”.

Gədəbəydən seçilən digər deputat Arzu Nağıyev isə deyib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin dediklərində də həqiqət var.

O bildirib ki, problemi bu qədər böyütmək lazım deyildi: “Biz bu məsələdə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR