Slimfit
  1. TARİX

Gəncə xan körpüsü

Gəncə xan körpüsü
Sakura

Gəncə xan körpüsünü bərpa etməliyik.

Gəncə xan körpüsünü bərpa etməliyik.

İndiki Gəncə ərazisində Gəncə çayı üzərində iki körpü var idi.
Gəncə çayı üzərində iki əsas körpünüdən biri Xan körpüsüdür digəri isə Kilsəkəndi birləşdirən taxta körpü idi.

9 aşırımlı bişmiş kərpic və çay daşından tikilən “Xan körpüsü” Qarabağ yolunun üzərində yerləşirdi. Sisianov tərəfindən hazırlanmış 1803-1804-cü il işğal planında və digər xəritələrdə bu körpünü görmək olur.

Bu körpü qədim xəritələrindən aydın olur ki, bu möhtəşəm doqquz tağlı körpü köhnə Bazar meydanından (İH binasının qarşısı) müasir Şeyx Bahiəddin küçəsi ilə Uğurlu xan Karvansarasının önündən keçib üzü köhnə Əttarlar qəbrstanlığı (“kolxoz bazarı” müasir Gəncə Qalası Ticarət və Əyləncə Kompleksinin önü) düz üzü çaya düşən hissədə (müasir Bayraq meydanı) yerləşirdi. Çöl qaladan çıxarkən (Qarabağ qapısından) xan körpüsündən keçib Qarabağa doğru gedilirdi.

Xan körpüsünü rus etnoqraf, arxeoloq və fotoqrafı M.Ermakovun Gəncədə olarkən çəkdiyi tarixi fotolardan da görə bilərik.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR