Slimfit
  1. MEDİA

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı layihə yekunlaşıb.

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı layihə yekunlaşıb.
Sakura

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı layihə yekunlaşıb.

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı layihə yekunlaşıb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu yekunlaşıb.

Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.

Təlim kursu əsnasında təlimçi – Gülşən Bayramova tərəfindən iştirakçılara ali təhsildə beynəlmilləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verilib, iştirakçılarla beynəlxalq qrantlar üçün layihələrin hazırlanması ilə bağlı qrup işləri təşkil edilib. Həmçinin interaktivliyin qorunması məqsədi ilə əyləncəli oyunlar da həyata keçirilib.

Layihənin birinci mərhələsi olan təlim kursunda Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetindən olan ümumilikdə 20 nəfər əməkdaş iştirak edib.

Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Mentorluq proqramı əsasında əməkdaşlar artıq real layihə təkliflərini formalaşdırmaq üzərində işləyəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR