Slimfit
  1. ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Gəncədə şəkərli xəstələrə verilən pulsuz insulin norması yarıyadək azaldıldı

Gəncədə şəkərli xəstələrə verilən pulsuz insulin norması yarıyadək azaldıldı
Sakura

Koronavirusa yoluxma ehtimalı yüksək olan əhali kateqoriyası təhlükədə

Məlum olduğu kimi, ölkəmizdə tətbiq olunan xüsusi dövlət proqramı çərçivəsində uzun illərdir ki, qeydiyyata alınmış diabet xəstələri lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə pulsuz olaraq təmin olunur. Bu işlərin həyata keçirilməsi isə aidiyyatı üzrə Səhiyyə Nazirliyinə həvalə olunub. Hər ay şəkər xəstələri qeydiyyat üzrə yaşayış ərazisindəki müvafiq xəstəxanalardan endokrinoloq tərəfindən yazılmış norma üzrə həyati vacib dərmanları pulsuz olaraq alırlar.

 

Məsələ bundadır ki, əhalinin imkanlı hissəsi daha çox özəl klnikalarda müayinə və müalicə almağa üstünlük verir, çox vaxt dövlət xəstəxanalarında qeydiyyata düşmürlər. Müvafiq dərmanları da şəxsi vəsaitləri hesabına aptekdən özləri alırlar. Dövlət tərəfindən pulsuz verilən dərmanları almaq üçün daha çox imkansız və təqaüddə olan şəxslər müraciət edir. Belədə müraciət edənlərin sayı təbii olaraq azalır və müvafiq nazirliyə bu işi düzgün qaydada təşkil etmək asanlaşır. Lakin bu prosesdə növbələr yaranması, insanlara rahat şəkildə pereparat verilməsində yaradılan digər çətinliklər çoxdan adi hala çevrilib.

Bu gün isə sözügedən məsələdə daha ciddi problem ortaya çıxıb. Gəncə şəhəri üzrə diabetli xəstələrə aylıq norma üzrə verilən insulinin yarıyadək azaldıldığı məlum olub. Redaksiyamıza daxil olan məlumata əsasən, şəkərli diabet xəstələrinə dərmanların verildiyi xəstəxanadan bu barədə bildirilib. Daha əvvəl dərmanlar 3 sayı xəstəxanada verilirdi, eyni vəziyyət illərdir davam edir. Sadəcə şikayət edildiyi üçün şikayət edən vətəndaşa dərmanın qaydasında verildiyi bildirilir. Bu yaxınlarda dərmanların verilməsi Gəncə şəhəri Endikronoloji xəstəxanaya tapşırılıb. Bundan sonra xəstəxana daxilində dərmanların paylanması məsələsi gündəmə gəlir, hətta 1 ay keçməsinə baxmayaraq sənədlər tam hazırlanmayıb. Növbə məsələsi də çox ciddiləşib.

Məsələ burasındadır ki, hazırda bütün dünyada kotonovirusla əlaqədar Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən Pandemiya elan olunub. Ölkəmizdə də bu virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Bütün beynəlxalq səhiyyə qurumları xroniki xəstəlikləri olan şəxsləri, xüsusilə də şəkərli diabet xəstələrini vurusla bağlı risk qrupuna aid edir, onların immunitetinin qorunmasına çağırdığı halda, qeyd olunan problemin hansı nəticələr doğuracağını təsəvvür etmək çətin deyil.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxladıq. Qaynar xəttdən bildirildi ki, Gəncə şəhər səhiyyə idarəsinə bu ay dərman az verilib. Daha sonra Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bu məsələ ilə İnnovasiya şöbəsinin məşğul olduğunu söylədilər. İnnovasiya şöbəsi məsələni araşdıraraq dərmanların sayında heç bir azalmanın olmadığını bildirdi. Daha sonra Endikronoloji xəstəxananın baş həkimi əlaqə saxladı və dərmanların çatışmadığını bildirdi. Amma innovasiya şöbəsindən indiyə qədər onlara dərman çatışmazlığı ilə əlaqədar heç bir müraciətin olmadığı bildirildi. Gəncə şəhər səhiyyə idarəsi də günlərdir telefonlara cavab vermədiyi üçün onların mövqeyini dərc edə bilmədik. 

Buradan belə qənaətə gəlmək mümkündür ki, Səhiyyə Nazirliyi eyni qaydada dərmanla xəstələri təchiz edir. Amma nədənsə Gəncə şəhəri dərmanların bu ay iki dəfə az verildiyini bildirir. Həmçinin xəstəxananın baş həkimi dərman çatışmazlığından əziyyət çəkdiklərini bildirdi. Qaynar xətdən verilən məlumatdan belə çıxır ki, bu məsələdən Gəncə şəhər səhiyyə idarəsinin də məlumatı var. Nəticə çıxır ki, Gəncəyə dərmanlar ya çatandan sonra, ya da çatana qədər iki dəfə azalır və xəstəxananın baş həkimi xəstələrə verilən dərmanları az verməyə məcbur olur. 

Şikayətçidən daxil olan məlumata əsasən, dərman 2 qutu olaraq qaydasında verilib. Bəs digərləri necə? Şikayət etməyənlərin aqibəti necə olacaq? Dövlətin bu istiqamətdə nəzarəti heçmi yoxdur? Əlaqədar orqanlardan bu məsələ ilə bağlı araşdırmalarını xahiş edirik.

Məsələ ilə bağlı araşdırma davam edir. Bu barədə məlumatı olanlar və ya dərman çatışmazlığından əziyyət çəkənlər redaksiyamıza müraciət edə bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR