Slimfit
  1. GÜNDƏM

Go Europa adlı firmanın sahibi 70 nəfərdən artıq adamdan külli miqdarda vəsait alaraq Polşaya qaçmışdır

Go Europa adlı firmanın sahibi  70 nəfərdən artıq adamdan külli miqdarda vəsait alaraq Polşaya qaçmışdır
Sakura
:34

Go Europa adlı firmanın sahibi 70 nəfərdən artıq adamdan külli miqdarda vəsait alaraq Polşaya qaçmışdır

Bakıda “Caspian Plaza”da fəaliyyət göstərən “Go Europa” adlı firma və onun sahibi, Azərbaycan Respublikasının vətəndaşı, 16.10.1987-ci ildə Bakı şəhərində anadan olmuş İbrahimov Orxan Rəfael oğlu dələduzluq yolu ilə yerli və bir neçə əcnəbi vətəndaşlığı olan şəxsləri aldadaraq topladığı pullarla birlikdə ölkədən qaçıb. Sosial şəbəkələrdə “milli dələduz” kimi ifşa edilən şəxsin barəsində Yasamal rayon 27-ci polis bölməsində müvafiq maddələr üzrə cinayət işi açılmaqla incələnib və toplanmış materialın tərkibində -  O.İbrahimovun əməllərində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və CM-nin 178.2.3-cü maddələrinin əlamətləri olduğundan iş materialları aidiyyatı üzrə baxılması üçün Yasamal RPŞ-nin istintaq şöbəsinin icraatına verilib. Hazırda araşdırma aparılır, şikayətçilərnin ərizələri cəm edilməklə digər zərərçəkmiş şəxslərin də müəyyən edilməsi istiqamətində hüquqi tədbirlər davam etdirilir.

Ens.az xəbər verir ki, dələduz şəxs aldatdığı insanları guya Polşa Respublikasında işlə təmin edəcəyi vədilə hər birindən 500 manat və daha yuxarı məbləğlərdə pullar toplayaraq məqsədli şəkildə mənimsəyib. İddialara görə o, pullarını alsa da vədinə əməl etməmiş və özü də hazırda məhz Polşa Respublikasına qaçıb oralarda gizlənir.

Hazırki qənaətə görə, Orxan İbrahimov aldatma yolu ilə ümumilikdə 100-ə yaxın şəxsə maddi ziyan vurub. Dələduz şəxs Pakistan Respublikası sakinləri Asghar Muhamməd və Tanveer Muhammadı da eyni üsulla aldadaraq pullarından başqa, onların pasportlarını da ələ keçirərək rəsmi sənədləri məhv etməsinə dair əsaslı şübhələr var. 

Zərərçəkmiş şəxslərin bir çoxu hesab edir ki, cinayət işi üzrə istintaq ləng gedir, adıkeçən dələduzun həbs edilməsi, tutularaq ölkəyə gətirilməsi və digər hüquqi qiymətin verilməsi istiqamətində Cinayət Prosessual qanunvericiliyin tələbləri axsadılır, boşluqlardan istifadə edən Orxan İbrahimov da aldatdığı qurbanların pulları sayəsində gedib Avropada “kef” çəkir.

Onu da xatırladaq ki, son illər ölkədəki işsizlik mühitindən istifadə edən bəzi işbazlar ehtiyacı olan insanları Avropada işlə və yaşayışla təmin edəcəklərini vəd edərək oxşar dələduzluq əməlləri törədirlər.

Hüquq mühafizə orqanlarını dələduz Orxan İbrahimovu sərt şəkildə cəzalandırmağa, digər vətəndaşlarımızı isə belə dələduzların toruna düşməmək üçün daha diqqətli olmağa çağırırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR