Slimfit
  1. TƏBİƏT

Göbələklər

Göbələklər
Sakura

Göbələklər

Göbələk (lat. Fungi) - mayalar və kiflər kimi mikroorqanizmlər və eləcə də geniş yayılmış papaqlı göbələklər kimi eukariot orqanizmlərin daxil olduğu geniş qrupdur. Göbələklər bitkilər, heyvanlar, bakteriyalar və protistlərdən fərqlənən və ayrıca bir aləm kimi Göbələklər adı altında birləşdirilən orqanizmlərdirlər. Xitindən təşkil olunan hüceyrə divarı göbələkləri bakteriyalar, bitkilər,heyvanlar və protistlərdən fərqləndirən başlıca əlamətdir( Protistlər və bitkilərdə hüceyrə divarı əsasən sellüozadan təşkil olunur). Əksər göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 100 000-ə qədər növü var. Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir çox cəhətlər vardır. Məsələn:

  • Onların hamısı sporla çoxalır.
  • Papağın alt hissəsində sporangilər yerləşir.
  • Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır.
  • Göbələklərin ömrü çox deyil.
  • Göbələk kölgəsevən canlılardır.
  • Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlılardırlar .Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.
  • Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər və bu xassə onları bitkilərə bənzəyir.
  • Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunur.

Göbələklər torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə zəngin horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit mikroorqanizmlərdir. Göbələklər üzvi birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər.

Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal parçalamaq qabiliyyətində də özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı olan və bir sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə göbələk xəstəliklərinin inkişafına əngəl törədir.

Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir.

Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və mədənilik dərəcəsindən asılıdır.

 

Təsnifatı

Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi parazit həyat keçirir. Belə göbələklərdən biri də "Plazmapola - Vitikola"dır. Bu papazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar.

Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır.

Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi, çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk, küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar. Bu göbələklər əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni kök vasitəsilə ötürür.

 

Məişətdəki rolu

Göbələklər təbiətdə olduğu kimi məişətdə də işlədilir. Təbiətdə müxtəlifliyi ilə fərqlənən göbələklərdən biri də Maya göbələyidir. Maya göbələyi bəzi güllərin çiçək kasasında bitir və tumurcuqlanma yolu ilə çoxalır. Onların papağı və yaxud kök sistemi olmur. Onlar yastı formada olub çiçək tozu ilə qidalanırlar. Bu göbələk pakmaya hazırlanması üçün əlverişlidir.Onun təkibindəki nişasta xəmirin keyfiyyətli hazırlanmasına kömək edir. Belə ki, onun təkibindəki nişasta unun tərkibinidəki şəkəri yeyir və nəticədə karbon qazı əmələ gəlir. Karbon qazı xəmirin şişməsinə və keyfiyyətli, dadlı olmasına xidmət edir.

 

Kimyagər göbələk corticeps

Corticeps göbələyi, yağış meşələrində yetişən çox qüvvətli zəhəri olan, parazit göbələkdir.Ancaq bütün göbələklərin əksinə Corticeps zəhərini həzm yolu ilə deyil, toxunma yolu ilə keçirir.Corticepsin sporları çox təsirli zəhərlə doludur. Yanından keçən qarışqaya bu ölümcül sporlardan biri bulaşdığı anda bütün qarışqa koloniyası həyəcana keçir və infeksiyaya bulaşan qarışqanı koloniyadan uzağa daşıyırlar.Bir-birləri arasında çox böyük həmrəylikləri olan qarışqa birliyinin, koloniyalarındakı hər hansı bir qarışqanı özlərindən uzaqlaşdırmağı isə heyrətamiz və qeyri-adi vəziyyətdir. Ancaq koloniyanın bu hərəkəti etməkdə çox haqlı səbəbləri var. Corticeps, spor bulaşan qarışqanın bütün bədəninə və beyninə təsir edən güclü zəhərə malikdir və qarışqa bulaşan bu güclü zəhərin təsiriylə qısa müddətdə bütün şüurunu itirir. Sanki hipnoz olmuş kimi zəhərin təsiri altına girir və bir budağa, ya da kökə doğru dırmaşmağa başlayır və birdən dayanıb bütün gücü ilə möhkəm-möhkəm yapışaraq başını budağa batırır və zəhərin təsiriylə intihar edərək ölür. Və əsl möcüzə burada başlayır… Ölü qarışqanın bədənini öz sporları üçün gübrə olaraq istifadə edən Corticeps, qarışqanın başını batırdığı budağın tərkibindəki su ilə də bəslənərək, böyüməyə başlayır və qısa müddətdə ölü qarışqanın gövdəsini yararaq böyüyür və uzanar. Bütün böcək növlərinin yüzdən səksən faizinin yaşadığı yağış meşələrində, bitki örtüyünün qorunması və bu böcəklərin saylarının tarazlıq təşkil etməsində Corticeps göbələyinin ifraz etdiyi bu zəhər çox əhəmiyyətli yerə malikdir. Və bu həssas tarazlığı qorumaq üçün, hər bir Corticeps növü müəyyən bir böcək növü üzərində təsirli zəhərə malikdir

 

Maraqlı məlumat

Otyeyən heyvanların peyinində olan mikroskopik göbələklərdə öz sporlarını yüksək sürətlə uzaq məsafələrə atmaq xüsusiyyəti var. Mayami və Oksford Universitetindən olan tədqiqatın müəllifləri yüksəksürətli (saniyədə 250 kadr çəkə bilən) videokameradan istifadə ediblər.

Tədqiqatın nəticəsində göstərilib ki, saniyədə 25 metr olmaqla göbələklər maksimum sürətlə öz sporlarını 2 metrdən çox məsafəyə atır. 

 

Göbələklərin qidalanması

Göbələk mitselisinin elementar kimyəvi tərkibində karbon - 40%, oksigen - 40%, azot-7,8%, hidrogen–2-3% mövcuddur. Bunlardan kül elementi 7-10 %dir. Göbələk mitselisinin külünə aiddir: kükürd (S), fosfor (P), kalium (K), maqnezium (Mg), dəmir (Fe), sink (Sn), Kalsium (Ca) və b. Göbələklərin normal qidalanması üçün təxminən 17-18 elementin olması vacıbdir.

 

Quruluşu

Vegetativ bədən yaxud tallom göbələklərdə mitselidir. Mitseli budaqlanmış borunu xatırladır. Mitselilər 2 cür olur:

  • 1.arakəsməli
  • 2.arakəsməsiz

Arakəsməli mitselilərdə eninə çoxsaylı arakəsmələr əmələ gəlir. Çox hüceyrəli mitselilər Kisəli,Bazidili və Qeyri-müəyyən göbələklər üçün xasdır. Arakəsməsiz mitselilərdə nüvənin bölünməsi nəticəsində hüceyrə çoxnüvəli olur. Məsələn: Xitridiomycota və Oomycota şöbələrində olduğu kimi.

Göbələk mitselilərinin bir birinə möhkəm birləşməsi nəticəsində sklerotsilər əmələ gəlir. Bunlar əlverişsiz mühitə davamlıdır. Sklerotsilərə yaxın olan stromadır .Bu isə əsasən Kisəli göbələklərdə meyvə cismlərini mühafizə etmək funksiyasını daşıyır.

Bir çox göbələklərdə qidanı mənimsəmək funkksiyasını yerinə yetirən rizomorflar və mitseli sapları vardır. Göbələklərdə mitseli hifləri bir birinin üzərinə yığılıb yalançı toxuma əmələ gətirirlər ki, bu da plektenxima adlanır. Göbələklərdə həqiqi əsl toxuma nadir hallarda olur. Məsələn: Həşəratlarda parazitlik edən Labulbenlərdə olur.

Göbələklədə hüceyrə divarının 80-90%-ni polisaxaridlər təşkil edir ki, bunun da əsası zülal və lipidlərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR