Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Goranboyda məktəb direktoruna niyə töhmət verilib? - FAKTLAR

Goranboyda məktəb direktoruna niyə töhmət verilib? - FAKTLAR
Sakura

Goranboyda məktəb direktoruna niyə töhmət verilib? - FAKTLAR

Goranboyun Rus Borisi kəndinin sakini Eminov Neman Bayram oğlu Redaktor.az saytına şikayət məktubu ilə müraciət edərək Rus Borisi kənd tam orta məktəbində baş verən qanunsuzluqlar barədə bəhs edib.

Onun sözlərinə görə, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində bir çox nöqsanlar, saxtakarlıqlar, qanunsuzluqlar, məktəb direktorunun vəzifəsindən sui istifadə halları mövcuddur.

Şikayətçi bildirib ki, təhsil məktəbin direktoru vəzifəsində çalışan Roman Səfərəliyev tərəfindən məhv edilir, direktor bu məktəbi dövlətin təhsil qanunları ilə deyil, bazar qanunları ilə idarə edir.

Şikayətdə qeyd olunub ki, Azərbaycan bölməsi 8-ci sinifdə iki nəfər şagird olmaqla iki bacı təhsil alması üçün adları jurnalda yazılmasına baxmayaraq, bu şagirdlər məktəbə gəlmir, dərslərdə iştirak etmirdilər. Belə ki, bu sinifdə dərs deyən müəllimlər şagirdləri görmədikləri halda mövzuları sinif jurnalına yazaraq, biliklərini qiymətləndirirdilər:

"08.12.2022- ci il tarixində Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov Rus Borisi kənd tam orta məktəbində ciddi araşdırmalar apardı. Həqiqətən də Azərbaycan bölməsinin 8-ci sinfində şagirdlərin olmamasını, olmayan şagirdlərə müəllimlərin biliklərinin qiymətləndirilməsinin, sinif jurnalında mövzular yazıldığının şahidi olaraq qeydiyyat etdi və həmin siniflərdə dərs deyən müəllimlərin izahatlarını aldı.

15.10.2022-ci il tarixindən 08.12.2022-ci il tarixinə kimi olan günlərin əməkhaqqısı bu sinifdə dərs deyən müəllimlərdən tutulması üçün Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun mühasibatlığına arayış təqdim etdi. Məsləhətçi Mirabbas Məmmədovun dediyinə görə 8-ci sinif bağlandı.

QEYD: bu məsələni araşdırmaq üçün 8-ci sinfin bağlanması əmrini, 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin müəllimlərdən həqiqətən əməkhaqqılarının tutulması sənədlərini, məsləhətçi Mirabbas Məmmədovdan müəllimlərdən aldığı izahatları araşdırmaq lazımdır;

Məsləhətçi Mirabbas Məmmədov bu məktəbdə mövsümü olan ocaqçı ştatında olan ocaqçıların işdə olmamalarını aşkarladı;
Azərbaycan bölməsi 9- cu sinifdə oxuyan bir nəfər şagird ümumiyyətlə məktəbə gəlmir, dərslərdə iştirak etmir, Gəncə şəhərində yaşayır, şagirdin əmisi Dövlət Yol Polisində çalışır (DYP) adını jurnala yazdırıblar, müəllimlər həmin şagirdi görməsələr də biliyini qiymətləndirirlər;
Rus bölməsinin Çinarə adlı 11- ci sinif şagirdi Naftalan şəhərində yaşayır, məktəbə gəlmir, dərslərdə iştirak etmir, biliyi müəllimlər tərəfindən qiymətləndirilir;
Məktəbin kitabxanaçısı 20 ilə yaxındır ki, orta təhsilli kimi kitabxanaçı işinə qəbul olunub. Rus Borisi kənd tam orta məktəbində üç nəfər məktəb direktorları : Mixail, Malik, Xəqani müəllimlərin dövründə kitabxanaçı orta təhsilli kimi işə başlayıb, orta təhsilli kimi əməkhaqqı alıb.
Məktəbə direktor vəzifəsinə təyin edilən Roman Səfərəliyev bir neçə müddətdən sonra həmin bu kitabxanaçının təhsilini orta təhsildən dəyişdirərək ALİ təhsilli kimi əmrləşdirərək ali təhsilli əməkhaqqı almasına şərait yaradıb.

2023- cü ilin yanvar ayının əvvəllərində bu məsələdən xəbər tutan məsləhətçi Mirabbas Məmmədov kitabxanaçını qəbul etmiş, ali təhsil sənədinin gətirməsini, ali təhsil sənədini gətirənə kimi əməkhaqqısının ali təhsilli kimi deyil orta təhsilli kimi alacağını kitabxanaçının diqqətinə çatdırıb.

Məsləhətçi Mirabbas Məmmədovun deməsinə görə kitabxanaçı ali təhsil sənədini təqdim edə bilmədiyi üçün kitabxanaçının əməkhaqqısı 2023- cü ildən bu günə kimi yenidən orta təhsilli kimi hesablanır.

QEYD: məktəb direktoru kitabxanaçını ali təhsilli kimi işə qəbul olunması barəsində əmrini, ali təhsil haqqında sənədini təqdim etməsə mühasibatlıq kitabxanaçının orta təhsilli əməkhaqqısını ali təhsilli kimi hesablaya bilməz, kitabxanaçının adına ali təhsilli kimi əməkhaqqı yazıla bilməz;

Məktəbin rus bölməsinin Saşa (əsl adı Andrey ya Aleksandr olmalıdır) adlı müəlliminin 34 saat dərs saatı, bir sinfin sinif rəhbərliyi var. Qeyri ixtisaslı pedaqoji kadrdır. Bu müəllim iş günlərində bir neçə günlük 2022- ci ilin oktyabr ayında sərhəddi keçərək xaricə getmişdi. Məktəb direktoru bu müəllimin xaricdə olduğu müddətdə olan günləri üçün əməkhaqqını tutmamış, adına əməkhaqqı yazmış, müəllim özü də xaricdən qayıtdıqdan sonra dərs dediyi siniflərdə sinif jurnallarına mövzuları öz xətti ilə yazmışdır;
Məktəb direktoru Roman Səfərəliyev ali təhsilli tarix müəllimidir, rus bölməsində tarix fənnini tədris edir. Tarix fənni ilə yanaşı qanunsuz olaraq informatika fənnindən olan dərs saatlarını da götürüb tədris edir, əməkhaqqı alır.
İnformatika fənnini tədris etməsi üçün " Müəllimlərin İşə Qəbulu İmtahanında " iştirak etməli, bu fənni tədris etməsi üçün uğur qazandıqdan sonra informatika fənnini tədris edə bilər. İmtahanda iştirak etmədən qanunsuz olaraq adına informatika fənnindən olan dərs saatlarını da əmrləşdirib, əməkhaqqı alır",- deyə şikayətdə əks olunub.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu göndərdik.

Cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ilinin əvvəlində Rus Borisi kənd tam orta məktəbinin Azərbaycan bölməsi üzrə 8-ci sinfi 2 nəfər şagirddən ibarət olub:

"08.12.2022-ci il tarixində Rus Borisi kənd tam orta məktəbində monitorinq keçirilmiş və məktəbin 8-ci sinfində təhsil alan Məmmədova Gülnarə Murad qızı və Məmmədova Sevinc Murad qızının kənd ərazisini tərk etməsi, bu səbəbdən məktəbə gəlməməsi və dərslərdə iştirak etməməsi faktı aşkar olunmuşdur. Şagirdlərin dərsdə iştirak etməməsinə baxmayaraq müəllimlər həmin şagirdlərə qayıb yazmamış, onları qiymətləndirmiş, sinif jurnalında yeni mövzular yazmışdılar. Məsələ ilə bağlı məktəb direktorunun, təlim-tərbiyə işi üzrə direktor müavininin, məktəbdənkənar sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının, məktəb psixoloqunun, uşaq birliyi təşkilatı rəhbərinin, həmin sinifdə dərs yükü olan müəllimlərin izahatları alınmışdır. Həmin sinifdə dərs yükü olan müəlllimlərin əməkhaqlarından 01.11.2022-ci il tarixindən 08.12.2022-ci il tarixinə qədər ödənilmiş vəsait tutulmuşdur. Növbəti aylarda da həmin şagirdlər məktəbə gəlmədikləri üçün məktəbin 8-ci sinfində dərs yükü olan müəllimlərə həmin saatlar üçün əmək haqqı ödənilməmişdir. Rus Borisi kənd tam orta məktəbinin direktoru Roman Səfərəliyevin 01.02.2023-cü il tarixli 9 nömrəli əmri əsasında məktəbin Azərbaycan bölməsi üzrə 8-ci sinfi bağlanılmışdır. Rus Borisi kənd tam orta məktəbinin kitabxanaçısı Şükufə Məmmədovanın ali təhsil haqqında sənədinin (doplomunun) mövcud olmadığı aşkarlanmışdır. Şükufə Məmmədovaya ali təhsil haqqında sənədini gətirmək üçün vaxt verilmiş, lakin sözügedən şəxs ali təhsil haqqında sənədini gətirməmişdir. Bu səbəbdən, 2023-cü ilin yanvar ayından etibarən Şükufə Məmmədovanın əmək haqqısı orta təhsilli kadr kimi verilməyə başlanılmış, əvvəlki aylar üçün ali təhsilli kadr kimi ödənilən fərq hər ayın əməkhaqqısından tutulmağa başlanılmışdır. 08.12.2022-ci il tarixində məktəbdə aparılan monitorinq zamanı məktəbin ocaqçısının işdə olmaması və oçaqçının şəxsi işinin məktəbdə olmaması faktı aşkar olunmuşdur".

Cavabda o da qeyd olunub ki, yuxarıda sadalanan səbəblərdən ötrü məktəb direktoru Roman Səfərəliyevə töhmət verilib.

"Məktəbin direktoru Roman Səfərəliyev ixtisasca tarix müəllimidir. Məktəbdə rus bölməsi üzrə müəllim çatışmazlığı mövcuddur. Bir çox fənlərdən vakant dərs yükü sistemə yerləşdirilsə də müəllim gəlməyib. Yolun uzaq olması səbəbindən qarşılıqlı razılaşdırılma əsasında qonşu məktəbdən müəllim dəvət olunması mümkün olmadığı üçün məktəbdə bir çox dərsləri qeyri-ixtisas müəllimləri tədris etməkdədir. Bu səbəbdən Roman Səfərəliyev informatika fənnini tədris etmişdir.

18.04.2023-cü il tarixində Rus Borisi kənd tam orta məktəbində aparılmış monitorinq nəticəsində məktəbin 9-cu sinif şagirdi Əsədov Etibar Ramin oğlu və 11-ci sinif şagirdi Almuradova Çinarə Firuz qızının dərsdə iştirak etməmələri aşkar olunaraq aktlaşdırılmışdır. Məktəbin təlim-tərbiyə işi üzrə direktor müavini Həmidov Təyyar İbrahim oğlu öz izahatında həmin şagirdlərin dərsə davamiyyətlərinin zəif olduğunu bildirmişdir. Şagirdlərin şəxsi işləri və kiçik summativ qiymətləndirmə vərəqləri məktəbdə mövcuddur.

Goranboy rayon Rus Borisi kənd tam orta məktəbinin kimya müəllimi Milosevdo Aleksandr İvanoviç 12.10.2022-ci il tarixində ölkəni tərk edərək, Rusiya Federasiyasının Rostov şəhərinə getmişdir. Məktəbin direktoru Səfərəliyev Roman Babaş oğlu öz izahatında Milosevdo Aleksandr İvanoviçin yaxın qohumunun dəfn mərasimində iştirak etmək məqsədi ilə ölkəni tərk edərək, Rusiya Federasiyasına getdiyini bildirmişdir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR