Slimfit
  1. TARİX

Göyçə mahalı 1828 ci ildə

Göyçə mahalı 1828 ci ildə
Sakura

Göyçə mahalı

Rusiya işğalından sonra Göyçə mahalında 999 müsəlman və 15 erməni ailəsi qeydə alınmışdı (aydındır ki, işğalçıların hakimiyyəti altında yaşamaq istəməyən müsəlmanların bir hissəsi də İrana getmişdir). Əslində isə bu rəqəmi müsəlamanların evlərinin sayı kimi qəbul etmək lazımdır. Çünki bəzi evlərdə iki və ya daha çox ailə vardı. Deyilənləri nəzərə alsaq, 1831-ci ildə Göyçə mahalında 1.255 müsəlman ailəsi yaşayırdı.
1829-cu il rus-türk müharibəsindən sonra Rusiya işğal etdiyi Bəyazid paşalığından 1.485 erməni ailəsini Göyçə mahalına köçürüb onun cənubunda, az bir qismini də qərbində yerləşdirdi. Ermənilərin yaşadığı ərazi SSRİ-nin dövründəki inzibati-ərazi bölgüsünə görə Martuni və Kamo rayonlarına aid edilmişdir. Bu mahal 1831-ci ilin kameral siyahısında “Göyçə mahalı”, 1842-ci ilin kameral siyahısında “Göyçə nahiyəsi” adlansa da, sonradan Erməni vilayətinin ərazisində yaradılan İrəvan quberniyasının tərkibində Novobəyazid qəzası adlandırılmışdır. Qəza mərkəzi olan Kəvərin adını da 1850-ci ildə dəyişib Novobəyazid qoymuşdular Bu ad Türkiyədən gətirilən ermənilərin Bəyazid paşalığından olmaları ilə bağlı idi. 1959-cu ildə həmin yaşayış məntəqəsi Kamo adlandırılmışdır
Göyçə mahalının yerli müsəlman əhalisinin etnik tərkibi əsasən qarapapaq tayfasına mənsub türk əhali idi. 1831-ci ildə bütün İrəvan əyalətində qeydə alınan 840 qarapapaq ailəsinin 577-i Göyçə mahalında yaşayırdı. Sayca ikinci etnik qrup olan millilər 227 ailə idi (bütün İrəvan əyalətində cəmi 349 ailə). Erməni vilayətində qeydə alınan 666 qaraçorlu ailəsindən 49u, 631 ayrım ailəsindən 42-i Göyçədə qeydə alınmışdır. Qarapapaqların kərkibaşı tayfasına mənsub olan 13 ailə isə yalnız Göyçə mahalında, mahalın Daşkənd kəndində qeydə alınmışdı ki, onlar 1842-ci ildən əvvəl Daşkəndi tərk edərək ayrıca Kərkibaşı adlı kənd yaratmışlar.
Mənbə: Nazir Əhmədli.Göyçə mahalının kameral təsviri.
Qeyd: Xəritə 1856 ci ilə aitdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR