Slimfit
  1. DÜNYA

Gözdən əlil qız Gürcüstan gənclərini BMT-də təmsil edəcək

Gözdən əlil qız Gürcüstan gənclərini BMT-də təmsil edəcək
Sakura

Gözdən əlil qız Gürcüstan gənclərini BMT-də təmsil edəcək

Gürcüstanın Kutaisi şəhərindən olan 24 yaşlı gözdən əlil Esma Qumberidze BMT-də ölkə gənclərinin maraqlarını təmsil edəcək.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatında bildirilib.

E.Qumberidze “BMT-də Gürcüstan gənclərinin nümayəndəsi” adlı milli müsabiqədə qalib gəlib. O, BMT-nin Nyu Yorkdakı mərkəzi qərargahında Gürcüstan nümayəndə heyətinin tərkibində tamhüquqlu üzv kimi təşkilatın Baş Assambleyasının tədbirlərində iştirak edəcək.

Nümayəndə BMT-nin komitə iclasında müasir dünyada gənclərin qarşısında duran əsas çağırışlar barədə ingilis dilində çıxış edəcək. O, Nyu Yorka yollanmamışdan əvvəl Gürcüstanın müxtəlif bölgələrində gənclərlə görüşlər keçirəcək.

ABŞ və Almaniyada təhsil alan E.Qumberidze tərcüməçi, bloger və teleaparıcı kimi çalışır.

“BMT-də gənclərin nümayəndəsi” proqramı 1981-ci ildə hazırlanıb. Gürcüstan proqrama 2012-ci ildə qoşulub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR