Slimfit
  1. COĞRAFİYA

Gürcüstanda bahalaşma davam edir

Gürcüstanda bahalaşma davam edir
Sakura

Gürcüstanda bahalaşma davam edir

Son vaxtlar Gürcüstanda ərzaq və digər gündəlik tələbat mallarının qiymətində artım qeydə alınır.

AZƏRTAC xəbər verir ki, təkcə oktyabr ayında Gürcüstanda geyim əşyalarının qiymətlərində (pal-paltar) 3,6 faiz, ayaqqabılarda 12,6 faiz bahalaşma olub. Gürcüstan Mili Statistika Xidmətinin məlumatına görə, ölkədə nəqliyyat xərcləri 0,6 faiz, alkoqollu içkilər və tütünün qiyməti 0,7 faiz, səhiyyə xərcləri isə 0,6 faiz artıb.

Ümumiyyətlə, oktyabr ayında Gürcüstanda inflyasiya 0,3 faiz təşkil edib. İllik inflyasiya isə 2,3 faiz olub.

İllik inflyasiyanın təsiri nəticəsində 2017-ci illə müqayisədə ərzaq və alkoqolsuz içkilər 0,2 faiz, alkoqollu içkilər və tütün 5,7 faiz, nəqliyyat xərcləri 6,5 faiz, səhiyyə xərcləri 6,1 faiz, kommunal xərclər isə 4,4 faiz artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR