Slimfit
  1. MARAQLI

Həkimlər xəbərdarlıq edir - Çox yatmaq ölümə səbəb olur

Həkimlər xəbərdarlıq edir - Çox yatmaq ölümə səbəb olur
Sakura

Həkimlər xəbərdarlıq edir - Çox yatmaq ölümə səbəb olur

8 saatdan çox yatan insanlarda ürək, damar xəstəliklərinə yoluxma və hətta ölüm risqi yüksək olur. 
 
Medicina.az xəbər verir ki, 21 ölkədən olan 35-70 yaş arası 116632 nəfər üzərində aparılan 8 illik araşdırma boyunca 4381 insanın ölümü qeydə alınıb ki, bunlardan 4365-i ürək-damar xəstəliklərinə bağlıdır. 
 
Araşdırma nəticəsində 6-8 saat yatan insanların digərləri ilə müqayisədə həyatları boyunca daha az xəstələndikləri təsdiqlənib. Amma gündəlik yuxuları 6 saatdan az və 8 saatdan çox olan şəxslərdə isə ölüm risqi daha yüksək olub. Həm də eksperiment nəticəsində yuxunun artıqlığının azlığından daha təhlükəli olduğu da məlum olub. Belə ki, 8-9 saatlıq yuxu ölüm risqini 5%, 9-10 saatlıq yuxu isə 17%, 10 saatdan artıq yuxu isə 41%-dək artırıb. 6 saatdan az yuxu isə ölüm risqini cəmi 9% artırıb. 
 
Bundan əlavə gündüz yuxusu (təxminən 30-60 dəqiqə) sağlamlıq problemlərini və ölüm risqini yalnız insan gecələr 6 saatdan az yatdıqda artırır. 
Daha əvəllər aparılan təcrübələrdə 8 saatdan çox yatan qadınlarda süd vəzi xərçənginin əmələ gəlmə risqi 20%-dən çox olması müəyyən edilmişdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR