Slimfit
  1. CƏMİYYƏT

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri
Sakura

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri

Samux rayonunun üç minə yaxın sakini olan dörd kəndi - Poylu, Kəsəmən, Salahlı və Qarabağlı illərdir həkim sarıdan əziyyət çəkir.

Sakinlər tibbi xidmət almaq üçün hər dəfə ya Samux rayonuna, ya da Gəncə şəhərinə üz tutmaları olurlar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,kənd sakinlərinin sözlərinə görə, əvvəl Qarabağlı Kənd Tibb Məntəqəsində üç tibb bacısı olub. 65 yaşı tamam olduğuna görə, onlardan biri təqaüdə göndərilib.

Əhali tibb bacısının işdə qalması üçün imza toplasa da, onun orta təhsilli olduğu əsas gətirilərək müraciətlər nəzərə alınmayıb.

Hazırda isə məntəqədə iki tibb bacısı xidmət göstərir. Lakin onlardan da birinin üç aydan sonra 65 yaşı tamam olacaq. Bu isə o deməkdir ki, məntəqə bir tibb bacısının ümidinə qalacaq.

Sakinlər deyirlər ki, bir də kəndin mavi yanacaq və bankomat problemi var.

Daha ətraflı İTV-nin süjetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR